İSA QƏMBƏR: “MƏNİ MƏCBUR ETMƏSİNLƏR Kİ…” (VIDEO)

isa qember

Müsavat Başqanı Milli Şuranın fəxri sədrinə ittihamlar səsləndirdi

“Rüstəm İbrahimbəyov ictimai-siyas xadim kimi bir sıra yanlışlıqlara yol verir”

«Mənim 2013-cü ildə əsas məqsədim Azərbaycan müxalifətinin seçkidə iştirakını təmin etmək idi. Bütün addımlarım buna xidmət edib və mən şadam ki, məqsədimə nail ola bildim».

Bunu «İşdən Sonra» verilişində Müsavat başqanı İsa Qəmbər deyib:

«Milli Şura Azərbaycanda hakimiyyəti dinc yolla dəyişmək üçün demokratik düşərgənin istifadə etdiyi formatlardan biridir. İndi elə bir fikir yaranıb ki, Milli Şura çökür və təqsir Müsavat Partiyasındadır. Müsavat Partiyası Milli Şurada qalıb-qalmamaq məsələsini müzakirə edib qərarını verəcək. Ancaq mən demişəm ki, başqa dövlətin vətəndaşının sədrliyi, həmsədrliyi, fəxri sədrliyi olan Milli Şurada olmaq Müsavat üçün məqbul deyil. Rüstəm İbrahimbəyova bir ziyalı, intellektual kimi hörmətimiz var. İctimai-siyasi xadim kimi Rüstəm bəy bir sıra səhvlərə yol verdi ki, bunu müzakirə etmək istəmirəm. Nə qədər deyilsə də ki, fəxri sədr siyasi status deyil, Rüstəm bəyin siyasi proseslər barədə bəyanat verməsini və bu bəyanatın Müsavatın da mövqeyi kimi qəbul olunmasını istəmirəm. Biz Rüstəm bəyin sədrliyini o zaman qəbul etdik ki, onun Rusiya vətəndaşlığından çıxıb Azərbaycana gəlmək məsələsi var idi. Biz ölkədə vəziyyətin dəyişməyini istəyirik. Milli Şura bu gün ölkədə vəziyyətin dəyişməsi üçün yetərli deyil».

~ tərəfindən Patriot 06/12/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma