“ŞƏRQ TƏRƏFDAŞLIĞI” SAMMİTİNİN YEKUN SƏNƏDİ İMZALANDI

vilnus sammit

Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramını Vilnüsdə keçirilən III zirvə toplantısının yekun Bəyannaməsi qəbul olunub.

Verildiyi xəbərə görə, bəyənnamədə son 2 ildə “Şərq tərəfdaşlığı” proqramı çərçivəsində viza rejiminin liberallaşdırılması, nəqliyyat, enerji, təhsil, gənclik siyasəti, ətraf mühit, vətəndaş cəmiyyətinin inkişafı sahələrində əldə olunan tərəqqi qeyd edilir və bu istiqamətlərdə əməkdaşlığın davam etdiriləcəyi bildirilir.Həmçinin bəyənnamədə AB və tərəfdaş ölkələr strateji baxımdan vacib sahələrdə sıx əməkdaşlıqlarını bundan sonra da inkişaf etdirəcəkləri vurğulanııb. Sənədə yaxın illər üçün qarşıya qoyulan məqsədlərə demokratiyanın inkişafı, insan haqlarına hörmətin təmin olunması və hüquq sahəsində islahatların davam etdirilməsi  və digər məsələlər daxil edilib. Qeyd edək ki, “Şərq tərəfdaşlığı”ölkələrinin növbəti sammiti 2015-ci ilin ilk yarısında Latviyanın paytaxtı Riqa şəhərində keçiriləcək.

Azərbaycanla Avropa Birliyi arasında vizaların sadələşdirilməsinə dair razılaşma imzalandı

Noyabrın 29-da Vilnüsda Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov, Litvanın Xarici İşlər naziri Linas Linkevicius və Avropa Birliyinin genişlənmə və qonşuluq siyasəti üzrə komissarı Stefan Fuele vizaların sadələşdirilməsinə dair razılaşmanı imzalayıblar.

VİZA SADƏLƏŞDİRİLMƏSİNDƏ BUNLAR NƏZƏRDƏ TUTULUR

Avropa Birliyi ilə Azərbaycan arasında viza sadələşdirilməsinə bəzi qruplardan olan şəxslərə vizaların verilməsi prosedurlarının sadələşdirilməsi, viza üçün tələb olunan sənədlərin sayının azaldılması nəzərdə tutulur.
Razılaşma gələn il həm Azərbaycan, həm də Avropa Birliyində təsdiq edildikdən sonra qüvvəyə minəcək.

Sənədin tam mətni ingilis dilində

Visa facilitation

~ tərəfindən Patriot 30/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma