KOJENİ QALMAQALI DAVAM EDİR

eliyev-kojeni

Amerikalı Bakıya çamadanlarla pulu kimlər üçün gətirib?

«O, Azərbaycan məmurlarını satın aldı, bu gün isə Baham adalarında xoşbəxt yaşayır»

ABŞ-ın məşhur jurnalistlərindən olan Emi Qudman Kojeninin Əliyevlərə rüşvət verməsinə dair qalmaqalı yenidən gündəmə gətirib. Amerikalı yazar “Neft, Azərbaycan və Rik Burkun müəmmalı hekayəti” başlıqlı materialda bu korrupsiya zəncirinin həlqələrindən olan Frederik Burkun həbsi, Bakıya çamadanlarla pul daşınması və nəhayət, Azərbaycandakı diktatura rejimindən bəhs olunur:

“Neft dünyada bir çox bəlaların səbəbkarıdır. Dünyada neft çıxan yerlərin əksəriyyətində diktatura rejimi hökm sürür, insanlar əziyyət çəkir. Neft gəlirlərinə hərislik iqlimi və demokratiyanı pozur. Frederik (Rik) Burk Kolorado ştatında ümumi rejimli həbsxanada cəza çəkir. Onun cinayəti isə Xəzər sahilində neftlə zəngin ölkədə korrupsiya və rüşvətxorluqda əli olmasıdır.
Rik Burk lüks “Dooney ant Bourke” çanta şirkətinin bəlkə ən çox tanınan təsisçisidir. O, xeyriyyəçidir və sərvətini xərçəng xəstəliyindən əziyyət çəkənlərin müalicəsinə sərf edirdi. 1990-cı illərin ortalarında o, çexiyalı Viktor Kojeni ilə tanış olub. “Praqa piratı” ləqəbilə tanınan Kojeni qaranlıq razılaşmalar, qalmaqallı özəlləşdirmə əməliyyatlarından onlarla milyon dollar vəsait qazanıb. Kojeni investorları cəlb etmək yolu ilə Azərbaycanın Dövlət Neft Şirkətini özəlləşdirməyə çalışırdı. Kojeni investorlara böyük gəlirlər vəd edirdi. Kolumbiya Universiteti Investiya Fondu, nəhəng sığorta şirkəti olan AIG, keçmiş senator Corc Mitçel və s. bu layihəyə böyük pullar yatırmışdılar.
Burkun vəkili Maykl Tiqar deyir ki, Kojeni fırıldaqçı idi: “O, Rik Burkun sərvətinin bir hissəsini, başqa investorların isə bütün pullarını oğurladı. O, Azərbaycan məmurlarını satın aldı. Bu gün isə Baham adalarında xoşbəxt yaşayır”.
Kojeni Əliyevlərə böyük pullar verib. Heydər Əliyev da Rusiya prezidenti Vladimir Putin kimi KQB rəhbərliyində işləmiş şəxs idi. Sovet Ittifaqı dağılandan sonra o, ölkəyə nəzarət etmək imkanı qazandı. Onun oğlu Ilham Əliyev Kojeni olayları baş verdiyi dövrdə Dövlət Neft Şirkətinin vitse-prezidenti idi. Kojeni bu mürəkkəb dələduzluq əməliyyatını koordinasiya etmək üçün isveçrəli vəkil Hans Bodmerin xidmətlərindən istifadə etmişdi. Sankt-Peterburqda çalışan amerikalı Tomas Farrel çamadanlarla Bakıya pul daşıyırdı.
Investisiya layihəsi iflasa uğradı və Kojeni pulların bir hissəsini götürüb aradan çıxdı.
Burk bu məsələ ilə bağlı prokurorluğa şikayət etsə də, son nəticədə özü xaricdə korrupsiya əməlində günahkar hesab edilərək, həbs olundu.
Yeri gəlmişkən, Bodmer və Farrelə də bu iş üzrə ittiham verilib, lakin onlar sərbəst buraxılıb və tezliklə də ABŞ-ı tərk ediblər.
Bu iş üzrə məhkəmə yazılarının əksər hissəsi gizli saxlanılır. Çünki bu işdə xüsusi xidmət orqanlarının əməkdaşları iştirak edib.
Heydər Əliyevin oğlu Ilham Əliyev prezident postunu atasından miras alıb. Elə ölkəni də atası kimi diktatura rejimində idarə edir. O, bu yaxınlarda nəticəsi səsvermədən bir gün əvvəl yayılan seçki vasitəsilə üçüncü dəfə prezident oldu.
Hazırda Kolorado ştatındakı Enqlvud federal həbsxanasında saxlanılan Rik Burk bir il azadlıqdan məhrum edilib”.

~ tərəfindən Patriot 27/11/2013.

Bir Cavab to “KOJENİ QALMAQALI DAVAM EDİR”

  1. Tesekkür ederim

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma