CƏBHƏÇİ QADINLARDAN “AZADLİQ”a DƏSTƏK

azadliqa destek

AXCP Qadınlar Şurası “Azadlıq”la bağlı tədbir keçirib

Azərbaycan Xalq Cəbhəsi Partiyasının qərargahında partiyanın Qadınlaş Şurası “Azadlıq” qəzetinə dəstək tədbiri keçirib. Tədbiri giriş sözü ilə Qadınlar Şurasının sədri Solmaz Hüseynova açıb. Daha sonra AXCP sədrinin müavini Gözəl Bayramlı tədbirinin partiyanın yeni qərargahında keçirilməsini vurğulayaraq qərargahsız keçən çətin illərdən danışıb. G.Bayramlı daha sonra “Azadlıq”ın problemlərindən söz açıb: “Bilirsiniz ki, neçə müddətdir Azərbaycan hakimiyyəti “Azadlıq” qəzetinə sifarişli məhkəmələr vasitəsilə böyük məbləğdə cərimələr kəsib. Qəzetin qarşısına cərimələrin dərhal ödənilməsi tələbi qoyulub. Ancaq məlumdur ki, “Azadlıq”a reklam yerləşdirməyə imkan verilmir. Uzun illərdir hakimiyyət qəzeti çökdürməyə çalışır. Ancaq oxucuların, dəyanətli insanların, cəbhəçilərin, demokratik düşərgənin hesabına Azərbaycan hakimiyyəti buna nail olmayıb. 2013-cü il prezident seçkiləri hakimiyyəti yenə hövsələdən çıxardıb. axcp qadinlar surasi“Azadlıq” qəzetinin bu seçkilərdə hakimiyyətin mahiyyətini, seçki saxtakarlıqlarını ifşa edərək Azərbaycan cəmiyyətinə, bütün dünyaya çatdırması hakimiyyətin əsəblərini tarıma çəkib. Yenidən “Azadlıq” qəzetinə qarşı təşkil olunmuş bir kampaniyaya başlayıblar. Bilirsiniz ki, Bakı Metropoliteninin rəisi Tağı Əhmədovun iddiası ilə qəzet 30 min manat cərimə olunub. Cərimənin hissə-hissə ödənilməsi ilə bağlı razılıq əldə olunsa da, bu yaxınlarda Tağı Əhmədov razılaşmanı pozdu və 30 min manatın dərhal ödənilməsini tələb etdi. Bundan əlavə Binə Ticarət Mərkəzinin rəhbəri Kəbirə Məmmədova tərəfindən “Azadlıq” 32 min manat cərimə olunub. Bu cərimələrin ödənilməməsinə görə məhkəmə bu yaxınlarda yeni bir qərar çıxardı. “Azadlıq” qəzeti bu cərimələri vaxtında ödəmədiyinə görə 3 min manat cərimə olunub. Halbuki, bu dəqiqə Azərbaycan məhkəmələrində icra olunmayan xeyli işlər var. Amma “Azadlıq”la bağlı ilk məhkəmədə qərar çıxartmaq o deməkdir ki, hakimiyyətin qəzeti çökdürmək planı realdır və bunu ardıcıllıqla davam etdirir. Bundan əlavə, “Azadlıq” qəzetinin hesabına həbs qoyulub və qəzetə “Qasid” firmasının 50 min manatdan çox borcu var. “Qasid” firmasının arxasında hakimiyyət durduğuna görə pulu verməkdən açıq aşkar imtina edir. Halbuki, bu pul “Azadlıq”ın hesabına köçürülsə, həmin o cərimələr ödənər. “Azadlıq” elə bir qəzetdir ki, hər zaman Azərbaycan xalqının yanında olub. Azərbaycan xalqının yeganə tribunası bu qəzetdir. Hamımızın problemi olanda ilk olaraq ağlımıza “Azadlıq” qəzeti gəlir. “Azadlıq” qəzeti yeganə qəzetdir ki, özündə İlham Əliyev də daxil olmaqla onun ailəsinin və məmurların korrupsiya fəaliyyətini ifşa etmək gücünü tapır. İkinci bir qəzet yoxdur ki, orda hakim ailənin üzvlərini adı çəkilsin. Biz hesab edirik ki, demokratik dəyərlərə hörmət edən bütün insanlar kimi qadınlar da “Azadlıq” qəzetinə belə bir zamanda dəstək verməlidir. Bu tədbiri təşkil etməyimizin səbəbi bundan ibarətdir. AXCP Qadınlar Şurası olaraq ayrı-ayrılıda qəzetin redaksiyasında olmuşuq, həm mənəvi, həm maddi dəstəyimizi ifadə etmişik. İstəyirik ki, bugünkü tədbirdə xanımlarımızın fikirlərini, təkliflərini eşidək. Düşünürük ki, Azərbaycan xanımlarının qəzetin xilasında xüsusi bir rolu olmalıdır. Təklif edirəm kütləvi şəkildə Tağı Əhmədova teleqrama vuraq. İlham Əliyevin saytına etiraz məktubları yazaq. Məsələn, Tağı Əhmədova, Kəbirə Məmmədovaya demək olar ki, hakimiyyətin “Azadlıq”ı çökdürmə planında niyə iştirak edirsiniz? Bir anlıq təsəvvür edin ki, “Azadlıq” qəzeti bağlandı. Bəs bizim mübarizəmizin nəticəsi, aqibəti necə olacaq? Azərbaycan hakimiyyəti çox gözəl bilir ki, “Azadlıq”sız vəziyyət o qədər də yaxşı olmayacaq. “Azadlıq” qəzeti demokratik mücədiləmizin alınmaz qalasıdır. Hakimiyyət bu qalanı alsa, vəziyyət ağır olacaq. Amma biz inanırıq ki, bu qalanı ala bilməyəcəklər. Möhkəm olmalıyıq, var gücümüzlə “Azadlıq”ı qorumağa çalışmalıyıq”.

Daha sonra AXCP Qadınlar Şurasının üzvü Almaz Rəhimova çıxış edib: “Bizi buraya toplayan bir amal var. Hamımızın qəlbi azadlıq eşqi ilə döyünür. “Azadlıq” qəzeti həyatımızın bir parçasına dönüb. Bütün demokratik düşüncəli insanları bir araya topladığına görə, haqqın carçısı olduğuna görə hər bir dərdli insanın üz tutduğu “Azadlıq” var. Hakimiyyət çox yaxşı bilir ki, demokratiyanın bərqərar olmasında, hakimiyyətin ifşasında “Azadlıq” öndə gedir. “Azadlıq” demorkatiyanın dilidir desək, səhv eləmərik. “Azadlıq” susdurulsa, hamı pərən-pərən düşəcək, məlumat azalacaq, heç kim heç yerdən xəbər tuta bilməyəcək, yavaş-yavaş yorulanlar arxada qalacaq, çoxunun demokratik yolda addımlamağa taqəti qalmayacaq. Düşünürəm ki, “Azadlıq”ı qorumaq üçün abunələrin sayını artırmalıyıq. Bunun üçün hamımız çalışaq. Öz qohumlarımızı, qonşularımızı, iş yoldaşlarımızı, hər kəsi abunə olmağa çağıraq”.

Daha sonra söz AXCP Qadınlar Şurasının üzvü, yazıçı Səadət Cahangirə verilib. “Azadlıq”ın əməkdaşı olan S. Cahangir qəzetin çətin günlərindən danışıb: ” Qəzet yaranandan bəri onunla əlaqəsi olan şəxs kimi özümü ölüm təhlükəsinin qarşısında olduğu kimi hiss edirəm. İnşallah, bu təhlükədən qurtulacağıq. “Azadlıq” bizim yeni tariximizi yazan bir tribunadır. “Azadlıq” Azərbaycanın azadlığının sözün əsl mənasında simvoludur. Onu itirmək həqiqətən də azadlığımızın böyük bir hissəsini itirməkdir. “Azadlıq” olmasa Azərbaycanda gerçəkləri yazan bir qəzet olmayacaq. “Azadlıq”ı qorumaq üçün mən də çalışıram. İnsanları qəzetə abunə olmağa çağırıram. Artıq müsbət nəticələr də var. Dostlarımı ianə üçün cəlb edirəm. Çıxış yolu sadə, bu yola bağlı olan idealist insanlarımızdadır. Bütün dünyanı irəli aparan idealist insanlar olub”.

Cəbhəçi gənc xanım, jurnalist Humay Zahirqızı isə çıxışında “Azadlıq”la bağlı uşaqlıq xatirələrindən danışıb, qəzetə olan bağlılığını vurğulayıb: “Qəzetə abunələr yazdırmaq, ianələr toplamaq üçün əlimdən gələni edirəm. “Azadlıq”ın xilası üçün hər şeyi etməliyik”. Fəal cəbhəçi xanım Kəmalə Bənəniyarlı çıxış edərək iki ay ərzində durmadan qəzetə ianə toplanılmasını təklif edib. Həmçinin, minlərlə insanın imzası ilə Kəbirə Məmmədovaya, Tağı Əhmədova məktub göndərilməsinin effektli ola biləcəyini söyləyib. Yekun olaraq Gözəl Bayramlı tədbirdə qəzetin xilası üçün verilən təklifləri sadalayıb. Tədbir zamanı qəzet üçün ianə toplanılıb.

~ tərəfindən Patriot 11/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma