“BOZ KARDİNAL”ın QARANLIQ SONU

ramiz mehdiyev

Əzilmiş müxalifəti, satqın QHT və KİV-ləri, dəqiq qurulmuş repressiya aparatı olan «qorxu cəmiyyəti”nin arxitektoru yola salınır

Azərbaycanla ABŞ arasında münasibətlərdə Vaşinqtonun 9 oktyabr prezident seçkilərinin nəticələrinə verdiyi qiymətlə bağlı rəsmi Bakının kəskin narazılığı nəticəsində yaranan böhran Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin siyasi olimpdən gedişinin müjdəçisi ola bilər.

Digər yüksək rütbəli məmur, müdafiə naziri Səfər Əbiyev ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstara hücum edərək qapalı söhbətin audioyazısı ilə onu şantaj edəndən sonra istefaya getdi. Əbiyevin məhz bu hərəkətinin onun istefasına səbəb olduğunu demək çətindir. Bir şey aydındır ki, nazirin bu cür bəyanatı ekspromt olmur və ali rəhbərliyin müstəsna hüququdur. Belə versiya daha inandırıcıdır ki, istefası planlaşdırılan nazir sonuncu döyüş tapşırığını həyata keçirib Bakı ilə Vaşinqton arasında polemikada özünü güllə qabağına verdi. İstisna olunmur ki, onun istefası Ağ Evə “Amerikalı dostları” şantaja görə cəza kimi təqdim olundu.

Bu cür mühakimə yürütsək, belə bir nəticəyə gəlmək olar ki, rejimin baş ideoloqu istirahətə getməzdən öncə qızğın antiamerikaçı rolunu öz üzərinə götürməyə razı olub. Bu, bir ənənədir, Əliyevlər üçün çətin vaxtlarda onlara yaxın yüksək rütbəli məmurlar öz iradəsi olmadan mazğala atılır, öz bədəni ilə prezidenti təhlükədən qoruyur. Mehdiyevin igidliyini onun tabeçiliyində olan Əli Həsənov və Elnur Aslanov təkrar etdi. Səfir Morninqstar səslərin irimiqyaslı saxtalaşdırılmasına demokratik parıltı vermək cəhdində ittiham edildi.

ABŞ-ın və ya Bakıda daim təkrar edildiyi kimi, Dövlət Departamentində  «bir sıra dairələrin» tənqidi Vaşinqton ATƏT-in müşahidə missiyasının seçkilərin qeyri-demokratikliyi barədə rəyini dəstəkləyəndən sonra başladı. İfşa obyekti səfir Morninqstar oldu. Prezident Administrasiyasında bəyan etdilər ki, Amerika dipmissiyasının rəhbəri seçkilərin legitimləşməsi üçün müxalifətə 25% səs yazmağı təklif edib.

ABŞ, o cümlədən Morninqstar bu ittihamı rədd etsə də, qarşılıqlı maraq doğuran və doğurmayn məsələlər üzrə əməkdaşlığı davam etdirmək arzusu ilə kifayətləndilər. Amerika-Azərbaycan informasiya-diplomatik müharibəsində taktiki uğur qazanmaq üçün Mehdiyev son vaxtlar bir sıra Qərb ölkələrində qarşı-qarşıya qoyma və ixtilaf taktikasına əl atır, Vaşinqtonda «bir sıra dairələri» Əliyevi izolyasiya etmək üçün Avropadan olan tərəfdaşlara təzyiq etməkdə günahlandırır.

Bu, Mehdiyevin son əsəri deyil. Bu ilin martında o məqsədyönlü şəkildə beynəlxalq qeyri-hökumət təşikilatlarına hücum edib onları Azərbaycanın daxili işlərinə qarışmaqda və ölkədə “rəngli inqilab” həyata keçirmək cəhdində ittiham etdi. O vaxt ABŞ Milli Demokratiya İnstitutunun ünvanına inqilab təşkil etmək cəhdinə görə açıq ittihamlara Turan analitikləri, «həm ölkədə, həm də onun hüdudlarından kənarda bütün qüvvələrə rejimin problemli prezident seçkiləri dövrünə daxil olmuş Azərbaycanda hakimiyyət dəyişikliyinə yönəlmiş istənilən təşəbbüslərin qarşısını almaq qətiyyəti haqqında mesaj kimi” baxırdı.

“Turan” o vaxt xəbərdarlıq edirdi ki, «Prezident Administrasiyası rəhbərinin müxalifətə, müstəqil QHT və KİV-lərə qarşı nifrətlə dolu nitqi Əliyev komandasında yaranmış daxili və beynəxalq gerçəklərin qəbul edilməsində ciddi problemlərdən və hakimiyyət və vətəndaş cəmiyyəti münasibətlərində qarşıdurma xəttinin üstünlük təşkil etməsindən xəbər verir ki, bu da təkcə hakimiyyət üçün deyil, bütünlükdə ölkə üçün ciddi problemlərə gətirib çıxaracaq». Məhz Mehdiyevi indiki əzilmiş müxalifəti, satqın QHT və KİV-lər, dəqiq qurulmuş repressiya aparatı olan «qorxu cəmiyyəti”nin arxitektoru hesab edirlər. Uzun illər üçün hesablanan bu sistem yeni dünya cərəyanları ilə sarsıldı. Qoca sovet ideoloqu bunları görmürdü və nəzərdən qaçırmışdı.

Son illər Azərbaycanın daxil olduğu Avrasiya regionunda sürətlə inkişaf edən siyasi proseslər göstərir ki, bir-birini xaotik şəkildə əvəz edən, hətta  qabaqlayan “modernləşmə”, “strateji baxış” Mehdiyev doktrinaları hadisələrin axarına uymur və günün tələblərindən geri qalır. Qərb demokratik cərəyanlarına münasibətdə Mehdiyev komandasının aqressivlik və əsəbilyinin səbəbi budur.

Prezident Əliyev üçün Avropa İttifaqının “Şərq tərəfdaşlığı” proqramının Vilnüs sammitində Azərbaycanın “uğurları”na cavab verəndə Mehdiyev doktrinalarına istinad etmək çətin və təhlükəli olacaq. Görünür, o özü yaxın perspektiv üçün köhnə strateqi olmadan seçkisonrası strategiya qurmalı olacaq. Çünki Köhnə Dünya liderləri seçkisonrası müraciətlərində Avropa şərtləri ilə əməkdaşlığa çağırırlar.

~ tərəfindən Patriot 07/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma