MÜƏMMALI ƏSGƏR ÖLÜMLƏRİ

esger

Azərbaycanda “əsgər ölümü” mafiyası

Azərbaycanda qeyri – qanuni orqan alverinin pərdəarxası; Dəfələrlə sübut edilmiş cinayət faktlarına baxmayaraq bu günə kimi orduda qeyri – qanun orqan alverinə görə heçbir cinayət işi açılmayıb

Müasir dünyada “Qara biznes” anlayışı ən gəlirli sahələrdən biri hesab edilir. Bura silah ticarəti, narkotik və insan alveri kimi qara biznes sahələri aiddir. Xüsusilə də, insan alveri dedikdə daha çox insan orqanlarının qeyri – qanuni satışı diqqəti cəlb edir. Ümumdünya Səhiyyə Təşkilatının son hesabatlarına əsasən orqan alverçiləri hər il dünya üzrə qeyri – qanuni olaraq 7000 böyrək alırlar. Müxtəlif orqanların transplantasiyası məqsədi ilə isə, hər il təxminən 10 000 qeyri – qanuni cərahiyyə əməliyyatları həyata keçirilir.

Həmin biznes daha çox sosial – iqtisadi baxımdan geri qalmış ölklərdə geniş yayılıb. Xüsusilə də, qeyri – qanuni orqan alverləri qeyri – demokratik ölkələrdə daha tez – tez rast gəlinən hallardan biridir. Bu çür cəmiyyətlərdə ictimai nəzarətin aşağı səviyyədə olması və ya heç olamaması həmin “biznes” in inkişafı üçün münbit şərait yaradır.

Qeyri- qanuni orqan trasplantasiyası üçün donorlar

Həmin biznes sahələrinin arxasında qeyri – qanuni qruplaşmaların dayanması fikri geniş yayılıb. Lakin, müəyyən araşdırmaların izi bəzi hallarda resmi dövlət strukturlarına da aparır. Bu baxımdan, Cənubi Qafqaz ölkələrindən biri olan Azərbaycan diqqəti cəlb edir. Bəs qeyri- qanuni orqan trasplantasiyası üçün donorlar hardan əldə edilir?.

Burada xususilə də, orduda müəmmalı ölüm hallarının geniş yayılması müəyyən şübhələr yaradır. Ictimai nəzarətdən tam kənarda qalmış orduda ölüm halları son zamanlar cəmiyyəti də narahat etməyə başlamışdır. Əslində, ordu qeyri – qanuni orqan alveri üçün əlverişli potensial baza rolunda çıxış edir. Xüsusilə də, nəzərə alsaq ki orduda gənclər xidmət edir və her bir əsgərin sağlamlıq vərəqəsi var o zaman, orqan alveri ilə məşğul olan cinayətkar qruplar üçün ordu münbit donor mənbəyinə çevrlir.

Artıq, orduda qətlə yetirilimiş gənclərin daxili orqanlarının çıxarılması hallarına dəfələrlə rast gəlinib. Təsadüfi deyil ki, qətlə yetirilmiş əsgərin meydini valdeyinlərinə təhvil verən ordu nümayəndələri meyitlərin açılmasına müqavimət göstərirlər. Lakin, sonradan meyidlərə baxış keçirilərkən həmin əsgərlərin daxili orqanlarının çıxarıldığı məlum olur. Azərbaycanın rəsmi dövlət orqanları ordudakı ölüm hallarını müxtəlif səbəblərlə izah etməyə çalışırlar. Həmin izahatlarda iki forma – intihar və xəstəlik – formaları geniş yayılıb. Lakin, bu izahatlar heçdə inandırıçı görünmür. Artıq, ictimaiyyətdə də, bu cür izahatlara inanmırlar.

Mafiyanın gizli əməlləri

Ölmüş və ya qətlə yetirilmiş əsgərin cəsədi hərbi hospitala gətirilir. Orada daxili orqanların çıxarılması əməliyyatı aparılır. Müxtəlif dövrlərdə vaxtilə Bərdədəki hərbi hospitalda xidmət etmiş əsgərlərin dediyinə görə qətlə yetirilmiş əsgərlərin orqanları icindən tüstü çıxan qutulara qoyulur. Daha sonra həmin qutu hosptalın həyətində gözləyən maşınlara qoyularaq aparılır. İçindən tüstü çıxan qutu dedikdə daxilində soyuducu yerləşdirilmiş konveyerlər nəzərədə tutulur. Məhz daxili orqanların saxlanması üçün nəzərdə tutulan bu qutular orqanların uzaq məsafələrə daşınması üçün isyifadə edlir. Çıxarılmış daxili orqanlar 8 – 12 saat ərzində transplantasiya üçün yararlı olur. Ona görə də, həmin orqanların vaxtında ünvana çatdırılması vacibdir. Həmin orqanlar əsasən Gəncədəki beynəlxalq aeroporta gətirilir. 2006 cı ildən beynəlxalq istifadəyə verlimiş Gəncə aeroportundan xüsusi “Çarter reysləri” ilə orqanlar müxtəlif ölkələrə aparılır. Onu da qeyd edək ki, hal – hazırda dünya bazarında transplantasiya üçün nəzərdə tutulmuş bir böyrəyin qiyməti orta hesabla 90 min ABŞ dolları, insan ürəyinin qiyməti isə 120 – 130 min dollar arasında dəyişir.

Bu ilin yanvar ayında orduda qətlə yetirilmiş Ceyhun Qubadovun qətli ölkədə kütləvi etirazlara səbəb oldu. Cəsədin tibbi baxışını təşkil etmiş və cinayət faktını ictimayiləşdirən müxalifət yönlü hüquqşünas Qurban Məmmədov sonradan uydurma ittihamlarla həbs edilidi.

Dövlər adamlarına ittihamlar

İlk dəfə olaraq 2013 cü il yanvarın 12 də gənclər ordudakı ölüm hallarına son qoyulması tələbi ilə etiraz aksiyası keçirdi. Lakin, ölkə başçısı lham Əliyev ordudakı bu cinayətlərin qarşısını almaq əvəzinə həmin hallara etiraz edən gəncləri təhqir edərək xəyanətkar adlandırdı. Aksiyanın təşkilatçısı və aktivistləri olmuş gənclər isə sonradan həbs edilmişlər. Bu sahədə araşdırmalar aparmış və orduda orqan alverlərini ictimayiləşdirmiş hüquq müdafiəçisi Ələkbər Məmmədov nəticə etibarı ilə Azərbaycanı tərk etməyə məcbur olub. Məmmədovun bildirdiyinə görə, əvvəlcə onu fiziki baxımdan neytallaşdırmaq üçün hakimiyyət orqanları müəyyən cəhdlər etmişlər. Lakin, sonradan bu məsələ ictmailəşdikdən sonra başqa vassitəyə əl atdılar. Belə ki, bu dəfə onu məhkəməyə verməklə həbs etməyə cəhd göstərmişlər. Hal hazırda Fransada yaşayan prof Elşad Abdullayev isə verdiyi açıqlamalarda Azərbaycanda qeyri – qanuni orqan alverinin arxasında Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin dayandığını iddia edir.

Əlbəttə, hakimiyyət orqanlarının bu məsələyə münasibətini nəzərə alsaq bu iddiaların əsaslı olduğu fikri yaranır. Dəfələrlə sübut edilmiş cinayət faktlarına baxmayaraq bu günə kimi orduda qeyri – qanun orqan alverinə görə heçbir cinayət işi açılmayıb. Əvəzində isə, həmin cinayəti aşkar edən , ictimailəşdirən və etiraz edən şəxslər həbs edilmişlər. Bu faktın özü sübut edir ki, ordudakı orqan alveri ilə məşğul olan kriminal qruplaşma rəsmi şəkildə himayə edilir.

Hədəfdə kasıblardı: onları pulla susdurmaq olur

Əgər qətlə yetirilmiş əsgərlərin sosial statuslarına nəzər salsaq məlum olur ki, bu cinayətlərin qurbanları əsasən sosial baxımdan kasıb ailələrin övladlarıdırlar.Məhz hərbi hissələrdə bilirlər ki, azərbaycanda kasıb insanlar öz hüquqlarını müdafiə etmək imkanına malik deyillər. Ona görə də, bu cür ailələrin övladlarının orduda orqan alverinin potensial qurbanlarına çevrilmə etimalı daha yüksəkdir.

Qeyri – qanuni orqan alverinin transmilli cinayət hesab olunduğunu başa düşən azərbaycan rəsmiləri bu çür cinayətlərin hər vassitə ilə ictimailəşməsinin qarşısını almağa çalışır. Bu ilin əvvəlində ordudakı müəmmalı ölüm hallarına görə təşkil edilmiş etiraz aksiyalarının arxasında “xarici qüvvələr” in dayandığını iddia etməklə hökumət əslində bu cinayyətlərə haqq qazandırmışdır. Bu məsələdə ABŞ ın “Milli Demokratiya İnstitutu” nun (NDI) Azərbaycan nümayəndəliyi hədəf götürüldü. Məqsəd isə, ictmaiyyətin diqqətini həmin problemdən yayındırmaq idi.

Təsadüfi deyil ki, bu ilin avqust ayında övladları orduda orqan alverinin qurbanı olmuş valideyinlər müxalifətin mitinqində iştirak etdikləri üçün polis tərəfindən saxlanmışlar. Əsgər valideyinlərinə müxtəlif təzyiq vassitələrindən istfadə edilir. Belə ki, oğlu Bərdədəki hərbi hissədə qətlə yetirilmiş Cahan İsgəndərli polis və hərbiçilər tərəfindən şərlənərək istintaqa cəlb edilmişdir. Bu yolla oğlunun qətlinə görə ədalət tələb edən valideyin susdurulmağa cəhd göstərilmişdir.

Ölüm statistikası ilə yüksələn hərbi büdcə

Bu gün Azərbaycan regionda hərbi xərclərə görə lider ölkə hesab edilir. 2013 cü ildə ölkənin hərbi büdcəsi 3.7 milyard manat təşkil edir. Maraqlıdır ki, ölkənin hərbi büdcəsi artdıqca ordudakı ölüm sayları da durmadan artır. Belə ki, ötən il 2012 ci ildə orduda ölənlərin sayı 73 nəfər olmuşdur. 2013 cü ilin yanvar -oktyabr ayları ərzində isə bu rəqəm 76 nəfər təşkil etmişdir.

Bunula yanaşı, Azərbaycan ordusunun rəhbərliyində korrupsiya və rüşvət halları geniş yayılıb. Belə ki, orduda zabitlər tərəfindən əsgərlərdən pul tələb edilməsi halları adi hala çevrilib. Digər fakt isə ondan ibarətdir ki, Macarıstanın OTR Bankı bu yaxınlarda öləkinin keçmiş mudafiə naziri Səfər Əbiyevə məxsus 65 milyon avroluq bank hesabını dondurub. Onuda qeyd edək ki, həmin bank hesabı S.Əbiyevdən gəlir deklarasiyasını tələb etmiş lakin, heç bir cavab alınmadıqdan sonra hesabı bağlamalı olmuşdur.

Artıq, azərbaycan cəmiyyətində müəmmalı əsgər ölümləri və orqan alveri barədə məlumatlar adi hall kimi qəbul olunmağa başlanıb. İctimai biganəliyin qurbanları isə günahsız gənclərdir.

~ tərəfindən Patriot 05/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma