HEYDƏROVUN BAŞI DƏRDDƏ

 

heyderov

FHN şefi çaşqınlıq içərisində

Azərbaycanın Xarici İşlər Nazirliyi Fövqəladə Hallar Nazirliyinin zəlzələ bölgəsində iş ortağı olan Türkiyənin “Hekim Holding” şirkəti barədə araşdırmaya başlayıb. Bu barədə Azadlıq Radiosuna XİN-nin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev məlumat verib.

“Dağlıq Qarabağ Respublikası”nda  biznes fəaliyyəti göstərən “Hekim Holdinq” şirkətlər qrupuna məxsus “Özge Yapı” Anonim Şirkətinin Zaqatala-Balakən zəlzələ bölgəsində FHN-nin sifarişi ilə kamplar (hazır evlər) inşa etdiyi barədə məlumat haqda jurnalist araşdırması zamanı “Özge Yapı” şirkətinin qondarma “DQR”-də fəaliyyət göstərdiyi məlum olub. Bu barədə şirkətin rəsmi internet səhifəsində məlumat verilib. Xəbər qəzetimizdə dərc edildikdən sonra şirkət “DQR” –lə bağlı məlumatları internet səhifəsindən silib. Azərbaycanın işğal altında olan ərazilərində biznes fəaliyyəti göstərən şirkətin zəlzələ bölgəsində FHN-nin xətti ilə dövlət sifarişlərinin icra etməsi ölkədə rezonansa səbəb olub. Xarici İşlər Nazirliyi dərhal şirkət barədə araşdırmaya başlayıb. Xarici İşlər Nazirliyinin sözçüsü Elman Abdullayevin Azadlıq Radiosuna verdiyi açıqlamasına görə, Azərbaycanın Türkiyədəki səfirliyi araşdırmaya başlayıb: “Bu tipli məsələlər birmənalı olaraq diplomatik korpuslarımız tərəfindən araşdırılır və yerli orqanlar qarşısında məsələ qaldırılır. Bu məsələ ilə bağlı səfirliyimizə təlimat verilib. Məsələ qısa müddət ərzində araşdırılacaq və bundan sonra qərar qəbul edəcəyik ”.  Fövqəladə Hallar Nazirliyi isə ötən həftə ərzində məsələyə münasibət bildirməyib. FHN-də olan qaynaqlarımızın məlumatına görə, şirkətin saytında “DQR” ilə bağlı məlumat bir başa  Kamaləddin Heydərovun tələbi ilə silinib. İndiki həssas dönəmdə bu məlumatın yayılması fövqəlnaziri ciddi şəkildə narahat edib. Çaşqınlıq içərisində olan K. Heydərov şirkət rəhbərliyindən  dərhal məsələnin həll edilməsini tələb edib. K. Heydərov şirkətin saytında dəyişiklik etməklə özünü sığortalamağa, mümkün hücumların qarşısını almağa cəhd edib. Lakin K. Heydərov “Özgə Yapı” şirkətinin çap məlumatlarında, reklam bukletlərində qondarma rejimin adının getdiyini nəzərə almayıb.

“Hekim Holdinq”  Ermənistanla iş birliyini davam etdirir

Ötən müddət ərzində “Hekim Holdinq” şirkətlər qrupu barədə araşdırmamızı davam etdirmişik. Araşdırma zamanı məlum olub ki, şirkətlər qrupu 1989-cu ildə Önər  Həkim və Unal Hafiz Həkim tərəfindən yaradılıb. Holdinqə  “Özge Yapı” (1992-ci il), “Hebo Yapı” (1996 ), ” HEKİM SÜT Endüstrisi Gıda ve Yapı San.Tic. A.Ş” (1999 cu il), “Hekim Yapı” (2001-ci il)  “Hekim boya plastik” (2002-ci il) , “Hekim Madencili” (2004-cü il), “Piraziz Diş Ticaret A.Ş” şirkətləri daxildir.  Holdinqə Önər Həkim rəhbərlik edir.

~ tərəfindən Patriot 05/11/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma