GÜRCÜSTANIN YENİ PREZİDENTİ AVROPANI SEÇDİ

ivanisvili - marqvelasvili

Gürcüstanın yeni prezidenti planlarından danışdı

“Vilnyusda keçiriləcək sammit ölkə üçün böyük əhəmiyyət kəsb edir”

Gürcüstanda keçirilən prezident seçkilərində qalib gədən Georgi Marqvelaşvili baş nazir İvanişvili ilə birgə keçirdiyi mətbuat konfransında noyabrın sonunda Vilnyusda keçiriləcək sammitin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini deyib. Çünki bu Gürcüstanın Avropa seçiminin təsdiqi və bu seçimin onun tərəfdaşları tərəfindən tanınması olacaq.

O xatırladıb ki, Vilnyusda Assosiasiya sazişinin və onun tərkib hissəsi olan Aİ ilə Azad ticarət sazişinin paraflanması gözlənilir. Bu hadisə Gürcüstanın Avropa gələcəyinin institusional əsaslarının təməlinin başlanqıcı olacaq.

Gürcüstan prezidenti həmçinin bildirib ki, sazişin imzalanmasına qədər olan bir il müddətdə Gürcüstan uzun yol keçməli olacaq: «Biz Vilnyus sammitinə Avropa seçimimiz, həmçinin ehtiyac və problemlərimizlə gedirik. Arada vaxt itirdiymizə görə Avropa ölkələri ilə ikitərəfli münasibətləri sürətləndirməliyik ki, bir ildən sonra saziş imzalanandan sonra öhdəliklərimizi tez bir zamanda yerinə yetirək. Vilnyusda ikitərəfli münasibətlər formatını təsdiqləmək və dərinləşdirmək üçün yaxşı imkanımız olacaq».

~ tərəfindən Patriot 28/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma