ƏLİ KƏRİMLİ MİTİNQ ÇAĞIRIŞI ETDİ

eli_kerimli

“Milli Şuranın və şəxsən Cəmil Həsənlinin apardığı uğurlu seçki kampaniyası onunla nəticələndi ki, xalqın rejimdən narazılığı seçki qutularında səsə çevrildi.

Seçkiyə gələnlərin çoxu – 100 minlərlə seçici İlham Əliyevə deyil, onun bu seçkilərdəki rəqibi Cəmil Həsənliyə səs verdi. İlham Əliyev mənəvi-siyasi cəhətdən məğlub edildi. ATƏT, ABŞ, Böyük Britaniya, bu gün isə Avropa Birliyinin parlamenti prezident seçkilərinin kütləvi şəkildə saxtalaşdırıldığını, beynəlxalq standartlardan çox uzaq olduğunu bəyan etdi. Son 20 ildə heç bir seçki beynəlxalq ictimaiyyət tərəfindən belə sərt tənqid edilməmişdi. Oğurlanmış səslərimiz uğrunda mübarizə də ardıcıl və planlı şəkildə davam edir”. Bu sözləri AXCP sədri Əli Kərimli “facebook” səhifəsində yazib. O daha sonra hər kəsi Milli Şuranın 27 oktyabr mitinqinə çağırılıb: ”Növbəti mitinqimiz 27 oktyabrda yenə də “İnşaatçılar” metrostansiyasının yaxınlığındakı “Məhsul” stadionunda keçiriləcək. Mitinq razılaşdırılıb. İndi yaxın dövrün vəzifəsi mitinqlərdə kütləviliyin daha da artmasıdır. Oğurlanmış səslərimiz uğrunda, demokratik dəyişikliklər naminə yeni bir xalq hərəkatı başlatmalıyıq. Biz birlikdə narazılığı etiraz səsinə çevirə bildik. İndi hədəfimiz rejimdən narazılığı aktiv və dinc etiraz hərəkatına çevirməkdir. Birlikdə çalışsaq, bunu da bacararıq”.

~ tərəfindən Patriot 24/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma