HAMBURQ-AZƏRBAYCAN CƏMİYYƏTİNİN SƏDRİ AXCP-yə GƏLDİ

azer rovsen

Azər Rövşən nə üçün AXCP-ni seçdiyi ilə bağlı bəyanat yaydı

Almaniyada yaşayıb fəaliyyət göstərən həmvətənimiz, Hamburq-Azərbaycan Cəmiyyətinin sədri Azər Rövşən AXCP-yə üzv olmaq üçün müraciət edib. Bununla bağlı yaydığı bəyanatda A.Rövşən bildirir:

“1998-ci ildən bəri Almaniyada mühacir həyatı yaşayıram. Bu zamana qədər nə Almaniyada, nə də Azərbaycanda hər hansı siyasi partiyanın üzvü olmamışam. Amma həmişə aktiv ictimai fəaliyyətlə məşğul olmuşam. Son zamanlar Azərbaycanın siyasi həyatını müntəzəm olaraq izləyirəm. Azərbaycanda avtoritar rejimin möhkəmlənməsi bir azərbaycanlı olaraq məni çox məyus və narahat edir. Hesab edirəm ki, Azərbaycanda müxalif düşərgənin avtoritarizmə qarşı fədakar mübarizəsi istər Avropada, istərsə də dünyanın başqa yerlərində yaşayan siyasi mühacirlər üçün görk olmalıdır və biz hamımız Vətəndəki əqidə dostlarımıza mənəvi-siyasi dəstək verməliyik. Bir neçə ildir ki, Azərbaycan Xalq Cəbhəsinin siyasi proseslərdəki mövqeyini, demokratiya uğrunda mübarizəsini davamlı müşahidə edirəm. Bundan sonrakı siyasi fəaliyyətimi Məhəmməd Əmin Rəsulzadə və Əbülfəz Elçibəy ideyalarının daşıyıcısı olan Xalq Cəbhəsi ilə birlikdə davam etdirməyi özümə borc bildim. Xalq Cəbhəsi Partiyasının Rəyasət Heyətindən və Partiya sədri Əli Kərimlidən xahiş edirəm, bu müraciətimi nəzərə alaraq məni AXCP üzvlüyünə qəbul etsinlər”.

“Azadliq”

~ tərəfindən Patriot 22/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma