NAZIR VLADİMİR KOLOKOLTSEV MİLLİYƏTÇİLƏRİN HÜCÜMLARINA HAQQ QAZANDIRDI

Vladimir Kolokoltsev

Rusiyanın daxili işlər naziri qafqazlılara qarşı hücumlara haqq qazandırdı

Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev Yeqor Şerbakovun qətlindən sonra bir qrup şəxsin etiraz aksiyası keçirməsi və Biryulyovda meyvə-tərəvəz bazasına hücum etməsinə haqq qazandırıb. Vladimir Kolokoltsev deyib ki, ictimai asayiş və stabilliklə bağlı öz mövqeyini aktiv şəkildə ortaya qoyan vətəndaşları dəstəkləyir. Lakin o bildirib ki, bütün bu proseslər qanunvericilik çərçivəsində həyata keçirilməlidir.

Daxili işlər naziri Biryulevoda vəziyyətin polislərin adekvat addımları nəticəsində stabilləşdirildiyini deyib. O, Yeqor Şerbakovun qatilinin tapılmasının ictimai sifariş olduğunu bildirib və bu sifarişin yerinə yetirilməsi üçün polislərin gecə-gündüz çalışdığını vurğulayıb. Vladimir Kolokoltsev Orxan Zeynalovun saxlanması zamanı yol verilən qanunsuzluqlara münasibət bildirməyib.

~ tərəfindən Patriot 21/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma