AVROPA PARLAMENTİNDƏN CƏMİL HƏSƏNLİYƏ DƏSTƏK (VIDEO)

cemil hesenli - avropa

Oktyabrın 16-da Demokratik Qüvvələrin Milli Şurasının prezidentliyə namizədi Cəmil Həsənli Brüsseldə, Avropa Parlamentində rəsmi görüşlərə davam edib.

Bir çox avropalı deputat və komitə üzvləriylə keçirilən görüşlərdə əsas müzakirə mövzusu 9 oktyabr seçkiləri və onun nəticələri olub.

Cəmil Həsənli həmçinin Avropa Parlamentində Xarici Əlaqələr komitəsinin sədri Elmar Brok (Almaniya Xristian Demokrat Partiyası) və Anna Gomeslə (Xarici Əlaqələr Komitəsinin sosialist nümayəndəsi) maraqlı görüş keçirib.
Avropa parlamentinin iki ən böyük siyasi qruplarının iki nüfuzlu üzvü Avropa Parlamentinin qısamüddətli müşahidə missiyasının Azərbaycanda seçkilərin azad və ədalətli keçirildiyinə dair bəyanatı ilə razılaşmadıqlarını bildiriblər. Hər iki deputat öz həmkarlarının verdiyi bəyanatla əlaqədar təəccübləndiklərini bildirərək, təəssüf hissi keçirdiklərini qeyd ediblər.
Həmçinin görüşdə o da qeyd olunub ki, onlar sözün həqiqi mənasında şokdadırlar ki, Avropa Parlamenti (AB) və Avropa Şurası Parlament Assambleyası seçkilərdə ciddi qanun pozuntusu olduğunu iddia edən ATƏT-in uzunmüddətli müşahidə missiyasının nəticələri ilə bir-birinə bu qədər zidd bəyanatlar veriblər.
Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Elmar Brok  görüş zamanı 7 nəfərdən ibarət Avropa Parlamentinin müşahidə missiyasının rəyinin müzakirəyə çıxarılacağını və orada göstərilən faktların araşdırılacağını bildirib.
Dünən axşam, Cəmil Həsənliylə görüşdən dərhal sonra Avropa parlamentinin bir sıra xarici əlaqələr komitəsinin Azərbaycandakı seçkilərin nəticələri ilə bağlı növbədənkənar görüşü keçirilib və Avropa parlamentinin bir sıra deputatları qurumun müşahidə missiyasının Azərbaycandakı 9 oktyabr prezident seçkilərinə verdiyi rəylə qəti şəkildə razı olmadıqlarını bildiriblər.
Oktyabr ayının 17-də Cəmil Həsənli öz görüşlərini Strasburqda davam etdirib.

~ tərəfindən Patriot 18/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma