“CƏMİL BƏY, SİZİNLƏ QURUR DUYURUQ!” (FOTO – VIDEO)

cemil bey

Xalq saxtakarlığa etiraz etdi

Mitinq qətnamənin oxunması ilə başa çatıb. Qətnamə oxunarkən meydan İlham Əliyevin ünvanına “İstefa” şüarı səsləndirib. Sonda ənənəyə uyğun olaraq Koroğlu Uvertürası səsləndirilib.

***

Mitinqdə çıxışlar başlayıb.

mitinq 12 oktyabrAXCP sədri Əli Kərimli saxtakarlıqla barışmayıb meydana çıxdığı üçün xalqa təşəkkür edib. O, Cəmil Həsənlinin adını prezident deyərək çəkib və bu, meydanda böyük coşqu yaradıb.

Müsavat başqanı İsa Qəmbər çıxışında İlham Əliyevin saxtakarlıqla hakimiyyəti mənimsədiyi bildirib və “Saxtakarlıq etdiyin bəsdir” deyə ona xitab edib.

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirib ki, bu gün Azərbaycan xalqı həm daxili, həm də xarici düşmənlərinə qarşı mübarizə aparmaq zorundadır. O, Cəmil Həsənlinin 9 oktyabr seçkilərinin qalibi olduğunu deyib.

Sonrakı çıxışçı “El” hərəkatının sədri Eldar Namazov olub. O deyib ki, Cəmil Həsənli milli-mənəvi dəyərlərlə silahlanaraq mübarizəyə girib, bu dəyərlər heç vaxt məğlub ola bilməz.

Cəmil Həsənli meydana “Sevgili millət, dəyərli xalq” deyə xitab edib. Meydan ona “Cəmil bəy, sizinlə qürur duyuruq!” şüarı ilə cavab verib.

Cəmil Həəsnli çıxışnda seçkinin saxtalaşdırılmasından danışıb və deyib: “İlham Əliyev ətrafındakı oğrularla xalqa dünyanın heç bir diktatorunun etmədiyi qədər zülm edir. Bizim ölkədə oğrulara yer olmayacaq. İlham Əliyev getməlidir və gedəcək!”.

Cəmil Həsənli məlumat verib ki, oktyabrın 14-də Avropaya səfəri başlayır. Oradan qayıtdıqdan sonra isə ABŞ-a səfər edəcək. Bu səfərlərdə İlham Əliyev hakimiyyətinin səs oğurluğu müzakirə ediləcək.

Cəmil Həsənli çıxışında daha sonra bunları deyib:

Tələbimiz odur ki, saxta seçkinin nəticələri ləğv edilməli və yeni seçkilər keçirilməlidir.
Hesablamalarımıza görə, seçkilərdə 20 faiz həndəvərində adam seçici iştirak edib. Onların 60-65 faizi Milli Şuranın namizədinə səs verib.
Bu saxtakarlığa müsbət rəy verən Avropa siyasətçilərinin də əməllərini ifşa edəcəyik və onlar öz ictimaiyyətlərinə cavab verməli olacaqlar.
Azərbaycan Avropa Şurasını kürüyə təslim etdi, natəmiz işlərə bulaşdırdı.
Türkiyənin burda seçkini tərifləyən Mərmərə qrupu var. O qrupun rəhbərinə hansı məmur tərəfindən hansı məbləğdə pul verilməsi barədə dəqiq məlumatlar var. Bunların hamısı açıqlanacaq.
İlham Əliyev başda olmaqla seçki saxtakarlığı edən hər kəs cavab verəcək.

***

Milli Şuranın namizədi Cəmil Həsənli və quruma daxil olan partiyaların liderləri meydana daxil olub. Meydanda müxtəlif milli marş və musiqilər səsləndirilir.

play 2

play 1

play 3

~ tərəfindən Patriot 12/10/2013.

Bir Cavab to ““CƏMİL BƏY, SİZİNLƏ QURUR DUYURUQ!” (FOTO – VIDEO)”

  1. Artiq umid var…

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma