BU GÜN MÜXALİFƏTİN MİTİNQİDİR

mitinq

BŞİH aksiyaya razılıq verdi, Mili Şura hazırlıqlara başladı; 12 oktyabrda seçkinin nəticələrinə etiraz olunacaq

Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) Demokratik Qüvvələrin Milli Şurasının (DQMŞ) mitinqlə bağlı müraciətinə müsbət cavab verib. BŞİH-in ictimai təşkilatlar və siyasi partiyalarla iş şöbəsinin müdiri Zaur Ramazanov qəzetimizə bildirdi ki, Milli Şuranın oktyabrın 12-nə təyin etdiyi aksiya paytaxt rəhbərliyi ilə razılaşdırılıb. Mitinq oktyabrın 12-də Yasamal İdman Sağlamlıq Kompleksinin stadionunda (keçmiş “Məhsul” stadionu) saat 16.00-dan 18.00-dək keçiriləcək.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı oktyabrın 11-i, saat 13:00-da partiyanın qərargahında Cəmil Həsənlinin vəkilləri və səlahiyyətli nümayəndələri ilə görüşü olacağını açıqladı. Onun sözlərinə görə, görüşdə mitinqə hazırlıq məsələsi də müzakirə olunacaq: “İnanıram ki, seçki nəticələrindən narazı olan əhalinin ciddi bir qismi mitinqə gələcək və kütləvilik olacaq. Biz hazırlıq işlərini Xalq Cəbhəsi ilə birlikdə koordinasiya edirik”.

Seçki günü müxalifətin niyə ilkin nəticələrə etiraz olaraq piket keçirməməsi sualına cavab verən A.Hacılı dedi ki, bütün məsələlər siyasətçilər tərəfindən müzakirə olunur və qərarlar qəbul olunur.

Partiyanın Divan üzvü Tural Abbaslı isə artıq hazırlıqlara başlandığını açıqladı. Onun məlumatına görə, oktyabrın 11-də Milli Şuranın mitinq komitəsi toplaşacaq: “Həmçinin bu saatlarda Müsavat və AXCP-nin birgə tədbiri keçirilir, müzakirələr aparılır. Müsavatın Sədrlər Şurasının tədbiri də keçiriləcək. Mitinqlə bağlı bütün detallar müzakirə olunacaq. Biz artıq sözügedən stadionda üç dəfə mitinq təşkil etmişik və texniki hazırlıqlar barədə təcrübəmiz var”.

T.Abbaslı xalqı mitinqə çağırdı: “Seçkinin nəticələrindən narazı qalan hər bir seçici gəlib haqqını tələb etsin, səsimizə səs versin. İnanıram ki, bu mitinq daha kütləvi və möhtəşəm keçiriləcək. Onu da deyim ki, 12 oktyabr tarixi simvolikdir. Məhz 10 il öncə 12 oktyabrda müxalifətin izdihamlı və unudulmaz mitinqi baş tutmuşdu. Belə bir mitinqin eyni tarixdə təkrarlanacağına ümid edirik”.

AXCP Rəyasət Heyətinin üzvü Natiq Güləhmədoğlu dedi ki, oktyabrın 10-da partiya sədri Əli Kərimli fəallarla görüşüb: “Bütün xalq kimi cəbhəçilər də bu namərd hadisəni sükutla qarşılamaq fikrində deyil. Bütün qurumlarımız işə cəlb olunub. Mitinq hazırlıqları və təşkilatlanma gedir. Biz 12 oktyabr mitinqinə həm də Cəmil bəyin qələbə mitinqi kimi baxırıq. Xalq gəlib saxta rejimin saxta seçkilərinə etirazını bildirməlidir”.

~ tərəfindən Patriot 12/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma