ATƏT SEÇKİNİ TANIMADI

atet - azerbaycan

“İlk növbədə birləşmək, toplaşmaq və fundamental insan azadlıqlarına maneələr olub, ədalətli seçki mühiti təmin olunmayıb. Eyni zamanda seçki prosesinə müdaxilə olunub”

Bunu seçkinin nəticələri ilə bağlı ATƏT-in demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyasının rəhbəri Michel Vousin oktyabrın 10-da Bakıda keçirdiyi mətbuat konfransında deyib.
O ümumilikdə 1143 məntəqədə müşahidə apara bildiklərini qeyd edib. Michel Vousin seçki günü proseslərin hər bir mərhələsində əhəmiyyətli problemlərin müşahidə olunduğunu vurğulayıb:
“Bunlar  da ATƏT qarşısında həqiqi və demokratik seçkilərlə bağlı Azərbaycanın götürdüyü öhdəliklərin yerinə yetirilməsindəki ciddi maneələrin olduğunu göstərir”.
Michel Vousin seçici fəallığının 72 faiz olmasını Avropa ilə müqayisə oluna bilən fəallıq adlandırıb. Amma o problemlərə də toxunub:
“Səsvermənin 12 faizi düzgün olmayıb. Kopenhagen aktına zidd olaraq məntəqələrin 58 faizində pozuntu olub”
Tana de Zulueta:
– Ən ciddi narahatçılıq seçkilər başa çatandan sonra səslərin sayılması zamanı olub. Seçki müşahidə missiyasının səslərin sayılması prosesində belə qənaətə gəlib ki, əhatə etdiyi ərazilərdə 58 faiz pis və ya çox pis kimi qiymətləndirilib.
Azərbaycanda qanunvericiliyə edilən dəyişiklərdən sonra seçki təşfiqatı 22 günə endirilmişdi. Bu 22 gün namizədlər üçün həddindən artıq az idi. Məhdudiyyətlərin daha bir forması mitinqlər və görüşlər üçün ancaq 152 yerin təklif olunması idi. Ondan kənar aparılan görüşlərdə ciddi problemlər var idi.
O sonda ümid edib ki, Azərbaycan vətəndaşları bütün bu haqlarının bərpasına nail olacaqlar:
“Mən buna çox ümid edirəm ki, Azərbaycan rəhbərliyi Müşahidə Missiyasının səsvermə ilə bağlı nəticələrini və tövsiyyələrini nəzərə alacaq. Çünki Azərbaycan xalqı daha təkmil islahatlara qadirdir”

~ tərəfindən Patriot 11/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma