ABŞ DEPARTAMENTİNİN RƏSMİSİ SEÇKİLƏRİ PİSLƏDİ

usa

“Azərbaycandakı seçkilər beynəlxalq standartlara cavab verməyib”

ABŞ hökuməti hesab edir ki, Azərbaycanda keçirilən prezident seçkiləri beynəlxalq standartlara cavab verməyib. Reuters-ə istinadən verildiyi məlumata görə, bunu ABŞ Dövlət Departamentinin rəsmisi Mari Harf deyib.

Mari Harf bildirib ki, qutulara kütləvi bülleten atılması və səslərin sayılmasında səhlənkarlıq halları olub.

“Birləşmiş Ştatlar hər zaman Azərbaycan hökumətini azad və ədalətli seçki prosesini təmin etməyə, toplaşma və ifadə azadlığına hörmətlə yanaşmağa çağırıb. Təəssüflə bu nəticəyə gəldik ki, seçkilər beynəlxalq standartlara cavab verməyib”, – Mari Harf deyib.

Mari Harf onu da əlavə edib ki, ABŞ səsvermədə nöqsanlar aşkarlayan ATƏT və digər təşkilatları rəyi ilə razıdır.

“Seçki günündən əvvəl Azərbaycan hökuməti siyasi repressiyalar atmosferi yaranıb. Hakimiyyət mətbuata və vətəndaş cəmiyyətinə manne olub, seçki kampaniyası zamanı mitinq və nümayişlərin dağıdılması zamanı zorakılıqdan istifadə edib, bir sıra müxalif və gənc fəallar həbs edilib”, – Dövlət Departamentinin nümayəndəsi bəyan edib.

Bununla belə, ABŞ Azərbaycan hökumətinin müxalifət təşkilatları və namizədlərinin qeydə alınması, seçkiləri müşahidə etmək üçün ATƏT-in dəvət olunması və seçkilərə effektli texniki hazırlıq da daxil olmaqla konstruktiv addımlarını da qeyd edir: “Demokratiya bir seçkidən daha böyükdür”, – Marif Harf deyib.

Daha sonra “Amerikanın Səsi”nin müxbiri bu bəyanatın Amerikanın-Azərbaycan əlaqələrinin gələcəyinə hər hansı təsirinin olub olmayacağını soruşub. Sözçü vəziyyəti dəyərləndirəcəklərini deyib:

“Biz vəziyyəti dəyərləndirməyə davam edəcəyik və siyasətimizi nəzərdən keçirərək bundan sonra necə addım atacağımıza baxacağıq,”,- deyə ABŞ Dövlət Departamentinin sözçüsü Marie Harf bildirib.

~ tərəfindən Patriot 11/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma