ƏLİ KƏRİMLİ XALQA SƏSLƏNDİ

eli_kerimli

“Vicdanlı və vətənpərvər insanlar ölkənin xilası uğrunda mübarizəyə qoşulmalıdırlar!”

AXCP sədri Əli Kərimli 9 oktyabr prezident seçkisinin kütləvi saxtalaşdırılmasına münasibət bildirib. O, xalqı ruhdan düşməməyə və mübarizəni davam etdirməyə çağırıb. Əli Kərimlinin rəsmi Facebook səhifəsində yazdıqlarını təqdim edirik:

“Kütləvi və həyasız saxtakarlıqla yenə də xalqı təhqir etdilər. Açıq dedilər ki, xalqın səsi ilə hesablaşmaq fikirləri yoxdur. Bu dəfə saxtakarlığa səhər tezdən başladılar. Deməli, xalqın İlham Əliyevə səs verməyəcəyini özləri də bilirmişlər. İndi hökumətin istədiyi budur ki, biz ruhdan düşək, gələcəyə ümidimizi itirək, daxilimizdə günahkar axtarmağa başlayaq, xalqımızdan küsək, “biz düzələn deyilik” qənaətinə gələk.
Xeyr, hamımız bilməliyik ki, seçkilərin saxtalaşdırılmasının günahkarı İlham Əliyev və onun başçılıq etdiyi rejimdir. Minlərlər insanı bu gün şahidi olduğunuz rəzilliyə də onlar sürüklədi. Həm təşviqat kampaniyası dövründə, həm də bu gün – seçki günündə Cəmil müəllimə dəstək olmuş vətəndaşlarımıza təşəkkürlər!
Səslərimiz uğrunda dinc mübarizəyə başlayacağıq. Bugünkü kütləvi seçki saxtakarlığından sonra hələ də tərəddüdü olan vicdanlı və vətənpərvər insanlar ölkənin xilası uğrunda mübarizəyə qoşulmalıdırlar!”.

 

~ tərəfindən Patriot 11/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma