HAMI SEÇKİYƏ!

secki 2013

Saxtakarlığa imkan verməyin! Səsinizlə tarix yazın!

Bu gün Azərbaycanda prezident seçkisidir. Səsvermə prosesi səhər saat 8.00-dan başlayaraq axşam saat 7-ə qədər davam edəcək.

Seçki kampaniyası göstərdi ki, Azərbaycan hakimiyyəti bu dəfə də seçkini ənənəvi qaydada keçirmək niyyətindədir. Namizədlərə bərabər şərait yaradılmayıb. Xüsusilə Ilham Əliyevin əsas alternativi Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi professor Cəmil Həsənlinin təşviqat kampaniyasına maneələr yaradılıb. Hakimiyyət təxribatçı qruplarla onun seçicilərlə görüşlərini pozmağa cəhd edib. Milli Şuranın vahid namizədi teledabatlarda fiziki hücuma məruz qalıb. Bundan başqa seçki kampaniyası hakimiyyətin repressiv addımları ilə müşayiət edilib. AXCP sədri Əli Kərimlinin oğlu Türkel Kərimli və dostları qondarma ittihamlarla həbs edilib. Demokratik Qüvvələrin Milli Şurasının Mətbuat Mərkəzinin rəhbəri Oqtay Gülalıyevin 16 yaşlı oğlu bıçaqlanıb. Milli Şuranın aksiyasına qatılanlar müxtəlif təzyiqlərə məruz qalıb. Əvəzində YAP-ın və Ilham Əliyevin vəkili statusunda çıxış edən digər namizədlərin görüş-mitinqlərinə insanlar məcburi şəkildə aparılıb.
Bundan başqa hakimiyyətin seçki saxtakarlığına hazırlaşması barədə ciddi məlumatlar var. Ənənəvi olaraq büdcə təşkilatlarında çalışanlar, müəllimlər, həkimlər, MIS işçiləri saxtakarlığa səfərbər edilib. Iqtidar bu dəfə də onbaşı, yüzbaşı, minbaşı sistemindən yararlanmağa üstünlük verib. Bu adamlar “karusel əməlliyatlarına” təhkim ediliblər. Bölgələrdə isə bu əməliyyatlar bir qədər fərqli aparılır. Məsələn, cənub bölgəsindən daxil olan məlumatlara görə, müəllimlərə, tələbələrə, həkimlərə hərəsinə Ilham Əliyevin xeyrinə işarələnmiş 6-7 bülleten verilib. Onların hər biri bu bülletenləri qutuya atdıqdan sonra, başqa məntəqələrdə səs verməyə aparılacaqlar. Bu artıq ikiqat “karusel”dir.
Respublika üzrə bütün büdcə təşkilatlarında çalışan şəxslərə seçki günü işdə olmaq tapşırılıb. Halbuki 9 oktyabr qeyri-iş günü elan edilib. Onlara Ilham Əliyevin xeyrinə işarələnmiş hazır bülletenlər veriləcəyi bildirilir. Eyni zamanda müəllim və həkimlərə tapşırılıb ki, özləri ilə bir neçə dəst paltar gətirsinlər. Hər dəfə səs verdikdən sonra paltarlarını dəyişib yenidən səs versinlər. Bu “maskirovka” müşahidəçilərin gözündən yayınmaq üçündür.
Sumqayıtdan daxil olan məlumatlara görə, xəstəxanalarda artıq müalicəsi başa çatan xəstələr evə buraxılmır. Onlara seçkidən sonra evə buraxılacaqları deyilir. Məqsəd, daşınan qutularda saxtakarlıq etməkdir. Digər tərəfdən artıq bəzi Dairə Seçki Komissiyalarında səsvermə protokollarının hazır olduğu bildirilir.
Hərbi hissələrdə də xidmət müddəti başa çatmış əsgərləri evə buraxmırlar. Onlar da Ilham Əliyevə səs verməyə məcbur edilmələri üçün saxlanılıb.
Qısası, Azərbaycan hakimiyyəti mahiyyətinə uyğun olaraq bu dəfəki seçkini də total şəkildə saxtalaşdırmaq niyyətindədir.
Lakin bununla belə səsvermə hüququ olan vətəndaşlar Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bu siyasi hadisədən kənarda qalmamalı, seçkiyə getməlidirlər. Onlar heç nədən çəkinmədən istədikləri namizədə səs verməlidirlər. Əks təqdirdə hakimiyyətin saxtakarlıq imkanları daha da artacaq. Onların yerinə səs veriləcək. Saxtkarlığa məcbur edilən vətəndaşlarımız isə qətiyyət göstərməli, bu addımı atmamalıdır. Ən pis halda seçki bülletenini korlamalıdırlar.
Yeri gəlmişkən, əhalidə xof yaratmaq üçün hakimiyyət nümayəndələri iddia edirlər ki, səsvermə kabinəsində kameralar yerləşdirilib və onların kimə səs verdiyi bilinəcək. Bu iddiaların heç bir əsası yoxdur. Səsvermə gizlidir. Bu, sadəcə qorxu yaratmaq üçündür. Bəzi məlumatlara görə isə büdcə təşkilatlarında işləyənlərə tapşırılıb ki, səsvermədən sonra bülletenin fotosunu çəksinlər. Həmin seçicilər bu qanunsuz proseduru edəndən sonra bülleteni korlamaqla saxtakarlığın qarşısını ala bilərlər.
Beləliklə, hamı seçkiyə! Hakimiyyətin saxtakarlığına qarşı birgə mübarizə aparaq!

~ tərəfindən Patriot 09/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma