SUMQAYIT CƏMİL HƏSƏNLİ DEDİ (FOTO – VIDEO)

sumqayit seciciler

“Millət iradə göstərib, sülalə hakimiyyətinə son qoymalıdır”

Görüş Dövlət Himninin səsləndirilməsi ilə açıq elan olunub. Görüşü Milli Şura üzvü Vəfa Cümşüdlü aparır. Vəfa Cümşüdlü zala toplaşanları salamlayıb.

AXCP sədri Əli Kərimli çıxışı zamanı bildirib ki, Əliyevlər hakimiyyəti dövründə işsizlər şəhərinə çevrilib: “Cəmil Həsənli sonuncu mitinqdə bir daha göstərdi ki, İlham Əliyev hakimiyyətdə olduğu bu müddət ərzində xalqla obyekt kimi davranıb. Elə ona görə də, o bu gün nəyinki Azərbaycanın, həm də dünyanın ən varlı adamıdır”.

cemil hesenli - sumqayitÇıxış edən Müsavat başqanı İsa Qəmbər bildirib ki, bütün seçkilərdə Sumqayıt camaatı demokratik düşərgənin namizədlərinə səs verib: “Azərbaycan hamımızındır. Azərbaycan oğruların deyil, Əliyevlərin deyil. 2003-cü ildə siz bunu onlara əyani şəkildə sübut etdiniz Sumqayıt Azərbaycanın modelidir. Burada Azərbaycanımızın bütün bölgələrindən olan insanlar yaşayırlar. Bu dəfə də hər şey həddindən artıq aydındır. Onlarla oğru ilə təkcə Cəmil Həsənli mübarizə aparır”.

Çıxış edən Milli Şuranın vahid namizədi Cəmil Həsənli deyib ki, Sumqayıt gənc olsa da tarixi ənənələr yaradıb:” Sumqayıt sırf sənaye potensialı üzərində qurulduğundan Sovet İttifaqı dağılan kimi şəhər tamamilə yoxsullaşdı. İndiki hakimiyyət də bu yoxsulluğu aradan qaldırmağa qadir olmadı. 9 oktaybrda növbəti beş il üçün ölkənin prezidenti seçiləcək. Ölkənin birinci postu üçün keçirilməsi planlaşdırılan yerlərə görün haranı ayırıblar. Bu onların prezident postuna olan münasibətidir. Bu xalqa özlərinin kökəri kimi baxırlar. Əgər sən səs uğrunda mübarizə aparmırsansa, deməli sən padşahlıq eşqindəsən. Bizim millətimiz buna imkan verməyəcəyik. Biz Məhəmməd Əmin Rəsulzadənin nəvələriyik”. 

Cəmil Həsənli bildirib ki, millətin yüksəlişi onun birliyindədir: “Belə olmasa bu oğrular bizə özlərini indi olduğu kimi doğru olaarq təqdim etməyə çalışacaqlar. Biz Qarabağ müharibəsində böyük şəhid ordusu vermişik. Onların ailəsi bu gün səfalət içərisində yaşayır. İlham Əliyev hansı rayona gedirsə ancaq atasının heykəlini, muzeylərini və mərkəzlərini ziyarət edir. Bəs nəyə görə bir dəfə şəhid məzarlığına getməyib? Atasının heykəlini xarici ölkədə qoymaq üçün milyonlar xərcləyib”.

Cəmil Həsənli bildirib ki, millətin yüksəlişi onun birliyindədir: “Belə olmasa bu oğrular bizə özlərini indi olduğu kimi doğru olaarq təqdim etməyə çalışacaqlar. Biz Qarabağ müharibəsində böyük şəhid ordusu vermişik. Onların ailəsi bu gün səfalət içərisində yaşayır. İlham Əliyev hansı rayona gedirsə ancaq atasının heykəlini, muzeylərini və mərkəzlərini ziyarət edir. Bəs nəyə görə bir dəfə şəhid məzarlığına getməyib? Atasının heykəlini xarici ölkədə qoymaq üçün milyonlar xərcləyib”. (musavat.com)

***

~ tərəfindən Patriot 07/10/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma