CƏMİL HƏSƏNLİNİN İKİNCİ İZDEHAMLI MİTİNQİ BAŞ TUTDU (FOTO – VİDEO)

cemil hesenli_28.09.2013

“Zülmün kökü bu ölkədən kəsilməlidir”

“Bəsdir! Yığdığınız bəsdir! Oğurladığınız bəsdir! Korrupsiya etdiyiniz bəsdir!”

Bu gün prezidentliyə namizəd Cəmil Həsənlinin seçkiqabağı təbliğat-təşviqat kampaniyası çərçivəsində növbəti mitinq keçirilib. Mitinqdən görüntüləri təqdim edirik:

Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənli: “Ar olsun onlara ki, insanlarla əsir düşmüşlər kimi davranırlar, ar olsun onlara.” Cəmil Həsənli şeir oxuyaraq  xalqı mübarizəyə səsləyib. “Ey şərəfli xalq, ey Azərbaycanda yaşayan başqa millətin nümayəndələri ,biz birlikdə zəlalətdən qurtulmalıyıq. Mənə deyirlər ki, platformadan danış. Bunlar xalqı o günə salıblar ki, bircə platforma ilə bunu düzəltmək mümkündür? Platformamız ləyaqətli cəmiyyətdir.”

cemil hesenli_mitinq_28.09.2013Milli Şuranın namizədi daha sonra “Baxın, bir vaxtlar yazılmış bu sözlər bugünkü taleyimizi və tariximizi necə gözəl əks etdirir” deyərək Türkiyənin istiqlal şairi Tofiq Fikrətin “Millət şərqisi” şeirini səsləndirdi.

Çeynəndi yetər varlığımız cəhl ilə qəhrə,
Doğrandı mübarək vətənin bağrı səbəbsiz.
Birlikdə bu gün tapmalıyıq dərdinə çarə,
Can qardaşı, qan qardaşı, şan qardaşıyıq biz.

Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

…Zulmün topu var, gülləsi var, qələsı varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır.

Göz yumma günəşdən, nə qədər nuru qaralsa
Sönməz əbədi, hər gecənin gündüzü vardır.
Millət yoludur, haqq yoludur, tutduğumuz yol,
Ey haqq, yaşa! Ey sevgili millət, yaşa, var ol!

Vaxtilə atan kimsəyə minnətmi edərdi?!
Yox, qalmadı haşa sənə zillət pədərindən.
Dünyada şərəfdir yaşadan milləti, fərdi,
Silkin, bu zəlalət tozu uçsun üzərindən.

İnsanlığı pamal edən alçaqlığı yıx, əz!
Billah yaşamaq! Yerdə sürüklənməyə dəyməz!.

Böyük şairimiz Bəxtiyar Vahabzadə bir vaxtlar bunların bu əməllərini müşahidə etdikdə bir şeir yazmışdı. Onun bir bəndini sizə söyləmək istəyirəm

Tamahın sonu yox dağıdın, yeyin
Hələ yerinizdə cağbacağsınız
Göydən Allah baxır, gələcək bir gün
Yediyiniz qədər qusacaqsınız

AXCP sədri Əli Kərimli: “Əziz xalqım! Ölkəmizdə hakimiyyəti zəbt etmiş qüvvələr sənə böhtan atır. Öz seçki saxtakarlığını, öz zülmünü əsaslandırmaq üçün, xalqımızın demokratiyaya hazır olmadığını söyləyir. Bizim tariximiz bu yalanı ifşa edir. Amma yalnız tariximiz yox, bu günümüz də bu yalanı ifşa edir. Uzun illərdir ki, hakimiyyətin telekanalları, 100-lərlə məddah mirzəsi sizi aldatmaq istəyir, sizi çaşdırmaq istəyir, sizin üçün mübarizə aparan insanlar haqqında böhtanlar deyir. Ancaq sizi aldada bilmir və bir neçə çıxışdan sonra siz həqiqəti gördünüz, Cəmil Həsənlini sevdiniz, ona arxa oldunuz. Və sübut etdiniz ki, Azərbaycan xalqı qədirbiləndir, seçim etməyi bacarandır, haqqı nahaqqa verən deyil, oğruyla doğrunun arasındakı fərqi görür, həqiqətpərəstdir. Eşq olsun bu uca millətə.” 

REAL Hərəkatının təmsilçisi  Erkin Qədirli: “Burada deyirlər ki, nəsə olacaq. Mən bilmirəm nə olacaq, necə olacaq. Amma bilirəm ki, nəsə olacaq. Bu gün heç kimdən aslı olmayan gənclik yetişir. Mən buna görə, sevinirəm.” REAL təmsilçisinin çıxışı mütəmadi olaraq  “Cəmil bəy” şuarları və şeypur səsi ilə kəsilib. Erkin Qədirli  bəzi insanları  iqtidarın atdığı cirkabdan çəkinərək geri durmaqda və Cəmil Həsənlinin isə bu  çirkabdan qorxmadığını deyib.

Müsavat başqanı İsa Qəmbər: “Əziz bacılar və qardaşlar, hamınızı salamlayıram və sizlərə təşəkkür edirəm. Bizə deyirlər ki, dünyanı ağ və qara rənglərdə görmək lazım deyil. Əlbəttə, dünyada çox rəng var və biz bütün rəngləri qiymətləndiririk. Ancaq istənilən halda dünyada ağ və qara rəng  var. Eləcə də dünyada xeyir və şər mövcuddur. Bu gün mübarizə ağ və qara arasında, xeyir və şər arasında gedir. İlham Əliyev özünə nə qədər vəkil tutsa da, müxtəlif insanları namizəd edib debatlara göndərsə də, onlar hamısı eyni rəngdədilər, qara rəngdədilər və onların qarşısında ağ qüvvələr var. Bu ağ qüvvələri sizlər təmsil edirsiniz.

Oktyabrın 9-u Azərbaycan tarixinin  ən önəmli günlərindən biri kimi tarixə yazılacaq, Azərbaycan xalqı seçim edəcək və Cəmil Həsənliyə səs verəcək. Bunu bu meydandakı 1000-lərlə insan sübut edir.  Əgər cəbhəçilər, müsavatçılar və digər aparıcı qurumlar Cəmil Həsənliylə bir yerdədirsə, bu Cəmil Həsənlinin qələbəsinin sübutudur. Azərbaycanın görkəmli ziyalıları, fəal gəncləri, zindanda olan ləyaqətli insanları Cəmil bəyi dəstəkləyirsə, bu Cəmil Həsənlinin qələbəsinin sübutudur. Bu gün 8 il həbsdə olan Əli İnsanov, inanclı insanlar Tale Bağırzadə, Hacı Abgül, hüquqşünas Qurban Məmmədov, Əvəz Zeynallı və digərləri Cəmil bəyin yanındadır.

Bu gün İlham Əliyevin yarıtmaz siyasəti nəticəsində Azərbaycan həbsxanaya çevrilib, 9 milyon xalqı məhbusa çevrilibdi. İlham Əliyevin bərbad siyasəti nəticəsində 100 minlərlə insan ölkədən didərgin düşüb, İlham Əliyevin görməmiş siyasəti nəticəsində milyonlarla insan işsiz qalıb, sahibkarlar normal biznes şəraiti qura bilmir, gənclərimiz özlərinə yer tapa bilmirlər və ölkəni tərk edirlər. Korrupsiya ölkənin bütün imkanlarını iflic vəziyyətə salıb. Cəmil bəyin dediyi kimi ölkəni monapoliya ediblər və bu monapoliyanın başında İlham Əliyev  durur. Ölkənin bütün sərvəti bir ailənin əlindədir və buna görə də xalqımız firəvan yaşaya bilmir. Bu problemlərin hamısın 9 oktyabrdan sonra Cəmil Həsənli həll edəcək. Cəmil Həsənlinin qələbəsi labüddür və bu qələbədən sonra Cəmil bəy Azərbaycanın ən uğurlu ölkə başçısı olacaq. Onun savadı, təfəkkürü, səviyyəsi, elmi buna təminat verir. Azərbaycanın ən proqressiv gəncliyi, ən tanınmış siyasi liderləri, ən ləyaqətli ziyalıları Cəmil Həsənlinin komandasında birləşib və bu komanda Azərbaycan üçün gözəl işlər görəcək.

Bəziləri Cəmil bəyin 2 illik keçid dövrü üçün prezident olmaq niyyətini mənasız şərhlərlə izah etməyə çalışırlar.Əslində isə bu ziyalı mövqeyidir. Hakimiyyətdə illərlə qalmağa ehtiyac yoxdur. Vətənini, millətini sevən insanlar 1ildə də, 2 ildə də xalq üçün böyük işlər görə bilər. Hansıki, 20 ildir  hakimiyyət tərəfindən bu işlərin heç biri görülməyib. Biz insanları 9 oktyabrda seçkiyə səsləyirik.

İlham Əliyevə təklifim qüvvəsində qalır. İlham Əliyevin bir neçə gün şansı var və o namizədliyini geri götürməlidir. İmkan versin azad və ədalətli seçki keçirilsin və xalq öz namizədini seçsin. Mənim təklifim həm xalq üçün, həm də İlham əliyevin özü üçün qurtuluş deməkdir. Əks halda İlham əliyev devrilmiş diktatorların taleyini yaşaya bilər.

İstənilən halda 9 oktyabrda xalq öz sözünü deyəcək, seçimini edəcək və bu seçim Cəmil Həsənli olacaq”.

Mitinqin aparıcısı Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı: “Bizə yalniz 21 gun təbliğat imkanı yaradılıb. Buna baxmayaraq bu məhdud imkanlarla Cəmil Həsənlinin platforması ilə hamı tanış olur, onu dəstəkləyir. Oktyabrin 9-da hər kəs ona səs verəcək.
Bu gun AXCP, Müsavat, VHP, ACP, El, gənclər təşkilatları Cəmil Həsənlini müdafiə edir.
Hakimiyyət bizə insanlarla geniş təmas imkanı vermir. Görüş üçün kiçik meydanlar verir. Biz bütün təzyiqlərə baxmayaraq, mübarizəmizi davam etdiririk və qələbəyədək davam etdirəcəyik”

Mitinq dövlət himninin oxunması ilə açıq elna olundu.

~ tərəfindən Patriot 28/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma