HAMI ŞƏRLƏ MÜBARİZƏYƏ!

mitinq

Bu gün saat 16:00 da Yasamal Rayon Idman-Sağlamlıq Kompleksinin stadionunda (M.Seyidov küçəsi, 3155-ci məhəllə) Milli Şuranın növbəti mitinqi keçiriləcək.

Sosial şəbəkələrdəki aktivlik, cəmiyyətdə insanların münasibəti onu göstərir ki, bugünkü mitinq əvvəlkilərdən daha kütləvi və effektli olacaq. Eyni zamanda tanınmış gənclər təşkilatları, hərəkatlar, siyasi partiyalar da bu mitinqdə iştirak edəcəklər.
Milli Şuranın vahid namizədi Cəmil Həsənli ölkə gəncliyini, dindarları, ziyalı təbəqəsini, qadınları və digər sosial təbəqələrin nümayəndələrin mitinqə dəvət edib. O bildirib ki, bu mitinq təkcə Milli Şuranın deyil, 20 ildir zülmün əlində əsir qalmış xalqın mitinqidir.
Bu gün keçiriləcək mitinqlə bağlı ölkənin tanınmış siyasi xadimləri də xaqla çağırış edib.

“Bu mitinq hamımızın haqqa, ədalətə, mübarizəyə dəstəyimizi ifadə etmək üçün bir fürsətdir”

AXCP sədri Əli Kərimli bugünkü, mitinqin mübarizənin yeni mərəhələsi və xalqın ləyaqət mitinqi olduğunu bildirib: “Cəmil Həsənli 6 dəqiqəlik çıxışı ilə hakimiyyəti sarsıdıb. Hazırda hakimiyyət çıxılmaz vəziyyətdədir və həqiqətlərin milyonlara çatdırılmasından qorxuya düşüb. Bütün hiylələrini işə salıblar ki, Cəmil Həsənlini susmağa vadar etsinlər. Bu gün keçirilən mitinq belə bir şəraitdə keçirilir. Cəmil Həsənli necə eşqlə, mübarizə əzmilə, cəsarətlə bu prosesi aparırsa, bizim də borcumuzdur ki, Cəmil Həsənliyə dəstək verək. Bu gün keçirilən mitinq bizim hamımızın haqqa, ədalətə, mübarizəyə dəstəyimizi ifadə etmək üçün bir fürsətdir. Bu fürsəti qaçırmayın. Unutmayaq ki, Cəmil Həsənlinin başlatdığı mübarizə elə bir mərhələyə gəlib çatıb ki, bugünkü mitinq sadəcə seçicilərlə görüş, seçki kampaniyasının bir hissəsi olmayacaq, həm də Azərbaycan xalqının ləyaqət uğrunda mübarizə mitinqi olacaq. Hamınızı ləyaqət uğrunda mübarizə mitinqində görmək istəyirəm”.

“Bu mitinq seçki mübarizəsinin çox uğurlu bir mərhələsi olacaq”

Müsavat partiyasının başqanı Isa Qəmbər bu gün keçiriləcək mitinqin Milli Şuranın vahid namizədinin qeydə alınmasından sonra keçirilən ilk aksiya olduğunu və bu mitinqin uğurlu olacağını bildirdi: “Seçki işinin təşkili, imzaların toplanması, namizədin yüksək səviyyəli televiziya çıxışları, radioda debatlarda onun nümayəndələrinin üstün gəlməsi Milli Şuranın potensialından və xalqın namizəd seçiminin müəyyənləşdirməsindən xəbər verir. Bugünkü mitinq bu uğurların davamı olacaq və əhalinin müxtəlif təbəqələri bu mitinqdə iştirak edəcək. Cəmil Həsənlinin platformasını yaxından izləmək istəyən minlərlə insan var və bu mitinq seçki mübarizəsinin çox uğurlu bir mərhələsi olacaq”.

“Oğru hakimiyyətə qarşı olan insanları mitinqə dəvət edirik”

KXCP sədri Mirmahmud Mirəlioğlu bildirdi ki, bu mitinq həm də seçicilərlə görüş mitinqidir və hər bir layiqli vətəndaş bu mitinqdə iştirak etməlidir: “Bu mitinqə təkcə partiya üzvlərimizi, Milli Şura üzvlərini deyil, həm də oğru hakimiyyətə qarşı olan, halallıq və düzlük istəyən,  ailəsinin taleyinə biganə olmayan insanları dəvət edirik. Hesab edirəm ki, sabah haqqın yanında olanlar, haqsızlığa yox deyənlər meydanda olacaq. Bu mitinq Azərbaycanı, millətimizi və dövlətimizi sevən hər kəsin tribunasına çevrilməlidir”.

“Ləyaqətli həyat sürmək istəyən hər bir vətəndaş 2 saat vaxtını bu mitinqə həsr etməlidir”

ACP sədri Sülhəddin Əkbər mitinqlə bağlı ciddi hazırlıq görüldüyünü, partiyanın genişləndirilmiş iclasının keçirildiyini və əhalinin bu mitinqdə aktiv iştirak edəcəyini bildirdi: “Biz bütün Azərbaycan vətəndaşlarını bu mitinqdə iştirak etməyə çağırırıq. Azərbaycan gəncləri, xanımları, övladı hərbi xidmətdə olanlar, mülkiyyəti əlindən alınanlar, xırda sahibkarlıqla məşğul olanlar, ziyalılar, professor-müəllim heyəti və digər təbəqələrin təmsilçiləri bu mitinqdə iştirak etməlidir. Azərbaycanın demokratik, azad, ədalətli bir ölkəyə çevrilməsi ilk növbədə sadaladığım bu təbəqələrin nümayəndələri üçün vacibdir. Öz hüquqlarını müdafiə etmək istəyən, ləyaqətli həyat sürmək istəyən hər bir vətəndaş bu gün 2 saat vaxtını mitinqə həsr etməlidir”.

“Özünün və yaxınlarının taleyinə biganə olmayan insanları Milli Şuranın mitinqinə çağırıram”

ALP sədri Əvəz Temirxan hesab edir ki, bu toplantı həm də Milli Şuranın namizədi Cəmil Həsənlinin seçicilərlə görüşüdür və ölkənin taleyi üçün mühüm məqamdır: “Mən ALP adından bütün ölkə vətəndaşlarını, öz taleyinə, övladlarının, yaxınlarının taleyinə biganə olmayan insanları Milli Şuranın mitinqinə çağırıram. Cəmil Həsənli təkcə Milli Şuranın deyil, Azərbaycan xalqının namizədidir. Cəmil Həsənli yoxsul xalq kütləsinin problemlərini həll edəcək və prezident olacağı təqdirdə hər bir vətəndaşın hüquqlarını müdafiə edəcək. Bu mitinqdə kütləvi iştirak etmək həm də ona görə vacibdir ki, Cəmil Həsənli xalqın dəstəyini hiss etdikdən sonra daha inmalı mübarizə aparacaq”.

“Hər bir vətəndaş bu gün meydanda olub, ölkəsində baş verənləri yaxından izləməlidir”

Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimov ölkədəki bütün sosial təbəqələri mitinqdə iştirak etməyə və Cəmil Həsənliyə dəstək olmağa çağırdı: “Bu mitinq xalqın gələcəyi, ölkədə ədaləti bərqərar etmək üçün mühüm bir mesajdır. Hər bir vətəndaş bu gün meydanda olub, ölkəsində baş verənləri yaxından izləməlidir. Mən ölkə gəncliyini, yaşlı nəslin nümayəndələrin, inanclı insanlarımızı bu mitinqdə iştirak etməyə səsləyirəm. Haqqın yanında olmaq, haqlını müdafiə etmək imandandır”.

~ tərəfindən Patriot 22/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma