ÖZÜNÜZÜN VƏ ÖLKƏMİZİN XİLASI NAMİNƏ AYAĞA QALXIN!

istefa

Siyasi mühacirlərimiz xalqa çağırış etdi

Fəal azərbaycanlı siyasi mühacirlərin yaratdığı Demokratik Azərbaycan Hərəkatı Azərbaycanda baş verən son proseslər –  jurnalist Pərviz Həşimovun həbsi, həbsdəki NİDA-çı Rəşadət Axundovun babasının faciəli intiharı və seçki prosesi ilə bağlı bəyanat verib.

Bütün dünyaya azad və ədalətli seçkilər keçirəcəyini vəd etmiş Azərbaycan hakimiyyəti hər seçkidə olduğu kimi, yenə də müxalifətçi aktivlərə qarşı sərt mübarizə vasitələrinə əl atmaqdan çəkinmir. Əhalini güc qurumları vasitəsiylə təzyiq altında saxlayan iqtidar seçki öncəsi siyasi həbslər həyata keçirməkdən, xalqda qorxu yaratmaq üçün ənənəvi maddələrlə müxalifətçi aktivləri və jurnalistləri şərləməkdən çəkinmir.
Sentyabrın 17-də jurnalist, hüquq müdafiəçisi və ictimai aktivist Pərviz Həşimovun zor tətbiq edilərək həbs olunması, onun ailə üzvlərinə basqı edilməsi, yaşadığı evdən guya silah və qumbara tapıldığının bildirilməsi məhz hakimiyyətin seçki ərəfəsində xof yaratmaq istəyindən irəli gəlir. Çox güman ki, Azərbaycan hakimiyyəti Pərviz Həşimov ətrafında qurulan şounu və saxta ittihamları daha da artıraraq Azərbaycan seçicilərinin gözünü qorxutmağa, polis və güc orqanlarının xofu altında seçki keçirməyə cəhd göstərəcəkdir.
Bununla belə, seçki kampaniyasının təbliğat dövrünün azaldılması, neçə gündür ki, namizədliyi qeydə alınmasına baxmayaraq, İlham Əliyevin səlahiyyətlərindən imtina etməməsi, dövlət aparatının gücündən yararlanaraq özünü qanunsuz təbliğ etdirməsi, hakimiyyətin yalnız görüntü xatirinə seçki şousu yaratmaq istədiyini göstərir.
Bütün bunlar onu təsdiqləyir ki, İlham Əliyev prezidentliyə namizədliyini 3-cü dəfə qanunsuz sürməklə yanaşı, ümumiyyətlə, xalqın rəyi ilə hesablaşmır. Məhz bu hesablaşmamağın nəticəsidir ki, bir neçə gün öncə qanunsuz olaraq həbsə atılmış və artıq beynəlxalq insan haqları müdafiə təşkilatları tərəfindən siyasi məhbus kimi tanınmış Nida və Azad Gənclik təşkilatlarının üzvlərinə də yeni saxta ittihamlar elan edildi. Bu saxta ittihamlara etiraz edərək Nida Hərəkatının üzvü Rəşadət Axundovun babası Ənayət Axundov özünü öldürdü. Lakin Azərbaycan hakimiyyəti adi etika xatirinə olsa belə, buna münasibət bildirmədi, Rəşadət Axundov babasının dəfninə buraxılmadı.
Bütün bu və digər olaylar Azərbaycanda elə bir vəziyyət yaradıb ki, insanlar nə edəcəklərini bilmir, rejimə etirazlarını çatdırmaq üçün ixtiyar insanlar özlərini öldürməkdən çəkinmirlər. Bunlar xalqın qəzəbini daha da artırır. Azərbaycanı dünyada vəhşi bir ölkə kimi tanıdır, gərgin vəziyyət yaradır, ölkənin gələcəyini təhlükə də qoyur.
Biz siyasi mühacirlər olaraq, Azərbaycan xalqına, büdcə təşkilatlarında çalışanlara, dövlət qurumları ilə əlaqəli işləyənlərə, iqtidardakı vicdanlı insanlara müraciət edirik. Bildiririk ki, onlar cəza aparatından qorxub rejimə dəstək verdikcə, saxtakarlıqlarda iştirak etdikcə, Azərbaycanı daha da uçuruma sürükləyirlər. Bu gün hardasa işlərini itirəcəklərindən qorxub saxtakarlıq edənlər bilməlidirlər ki, onların bu əməlləri Azərbaycanı Suriya, Misir və digərləri kimi iç savaşa sürükləyir. Hakimiyyətin saxtakarlıqlarına dəstək verənlər anlamalıdırlar ki, bu addımla özlərinin, övladlarının və bütün xalqın taleyini faciəyə aparıb çıxaracaqlar. Bu səbəbdən biz bütün dünyada yaşayan azərbaycanlılara, Azərbaycan xalqına müraciət edərək bu özbaşınalıqlara, qanunsuzluqlara etirazlarını bildirməyə, bir yumruq kimi birləşərək ölkənin xilası naminə ayağa qalxmağa çağırırıq.

Demokratik Azərbaycan Hərəkatı

18 avqust, 2013-cü il. Avropa

~ tərəfindən Patriot 20/09/2013.

Bir Cavab to “ÖZÜNÜZÜN VƏ ÖLKƏMİZİN XİLASI NAMİNƏ AYAĞA QALXIN!”

  1. mene bu insa lazimdir:ayaga dur azerbaycan seirinde vetenimize goz diken dusmene nifretin ifadesi

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma