“HAKİMİYYƏTİN MAŞASI”

hafiz haciyev - masa

Bu adam sadəcə bir maşadır və hər dəfə seçkilərdə maşalıq edir.

Maşanın missiyası nədir? Kiminsə əlində alət olmaq. Onunla sobanın külünü eşirlər, közünü qarışdırırlar.

Maşa işlədən adam əlini yandırmır, külə, hisə, quruma bulamır. Əvəzində maşanın rəngi qaralır, ağzı yanır. Beləcə, öz missiyasını yerinə yetirir, funksiyası başa çatanda onu bir küncə söykəyir, növbəti dəfə soba, samovar, manqal qalamaq lazım olanda yada salırlar.

Hafiz Hacıyev də bu cürdür. Hər dəfə nə qədər daha güclü, daha nüfuzlu, 40 min seçici imzasını toplamağa qadir namizədləri min fellə kənarda qoyur, ancaq onu qeydə alırlar.

O, belə günlərdən ötrüdür. Gəlsin studiyada otursun, hakimiyyətin əsas alternativlərinin ünvanına latayır danışsın, onları psixoloji terrora məruz qoysun, təxribata çəksin, yeri gəlsə lap özünü döydürsün.

O, bu işin öhdəsindən məharətlə gəlir. Yəqin ki, ondan başqa bu cür hakimiyyətin əlində maşalıq etməyə başqa namizəd hələlik yoxdur.

Başqa cür olsaydı, ona bir çox başqaları kimi deputat mandatı verərdilər. Ancaq yox, onu sadəcə, bu kimi işlər üçün bir küncdə, qapı ağzında, divara söykəli saxlayırlar, vədə başında kara gəlir və qabağa verib od-alova göndərirlər.

Adam taleyi ilə barışıb. Parlament seçkilərində iştahı qabarsa da, ona missiyasının nə olduğunu başa salıblar və o, artıq bununla qane olub. Dünəndən bəri “namizədliyimi geri götürürəm” deyə haray-həşir salması isə qiymətini, qonorarını artırmaq üçün idi.

Görünür, o, məqsədinə çatıb, umduğunu, yaxud ona dair ciddi vəd alıb, ona görə də bu gün namizədlərin debatında necə kara gələn maşa olduğunu göstərdi.

Seçkilərdə belə adamlardan istifadə ölkənin reputasiyası baxımından ayıb işdir. Bu sayaq davranışlarla regionun lideri olmaq, dünyada ad çıxarmaq olmaz.

Xalid Kazımlı

 

~ tərəfindən Patriot 20/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma