CƏMİL HƏSƏNLİ: «HAKİMİYYƏT DEDİKLƏRİMİZƏ DÖZƏ BİLMƏDİ» (VİDEO)

cemil hesenli

Prezidentliyə namizədlərin debatında qalmaqal oldu. Debatın əvvəlində Cəmil Həsənlinin ailəsi haqda fikirlər səsləndirən Hafiz Hacıyev sonra Milli Şuranın namizədi çıxış edərkən onun səsini təhqirlərlə kəsməyə çalışıb. Sonra isə üstünə su şüşəsi atıb. Bundan sonra Hafiz Hacıyev studiyadan çıxarılıb.

«Hakimiyyət bizim dediklərimizə dözə bilmədi. Nəhayət öz mahiyyətini ortaya qoydu. Hafiz Hacıyevlə eyni mənəviyyata, eyni əxlaqa, eyni düşüncəyə malik olan İlham Əliyev bu hoqqabazlığı təşkil elədi.

Bütövlükdə debatı pozmaq üçün mənəviyyatsız adamları bura göndərməklə Azərbaycan Seçki Məcəlləsinin daha bir qanunu pozmuş oldu».
Bunu AzadlıqRadiosuna Milli Şuranın namizədi Cəmil Həsənli sentyabrın 19-da İTV-nin efirində baş verənlərə münasibət bildirərkən deyib: «Debata dözmək lazımdır. Bizim əlimizdə sənədlər vardı. Hakim ailənin oğurluqları ilə bağlı bütün sənəd-sübutları göstərməyə gətirmişdik. Bunlar artıq gördülər ki, nə baş verir. Hesab edirəm ki, axıra qədər öz mübarizəmizi davam etdirəcəyik. Əliyev ailəsinin ifşası ilə bağlı nə mümkündürsə, hamısını edəcəyik».
Cəmil Həsənli efirdə baş verənlərlə bağlı MSK-ya müraciət edəcəyini də deyib.

~ tərəfindən Patriot 20/09/2013.

Bir Cavab to “CƏMİL HƏSƏNLİ: «HAKİMİYYƏT DEDİKLƏRİMİZƏ DÖZƏ BİLMƏDİ» (VİDEO)”

  1. sadece onu deye bilerem ki chox tesuf.demek ki hakimiyyetde sadece bu yollarla galmag olar.gishgir bagirla ve hede gorxuyla.ayib olsun ve chox utanc verici durumdayig.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma