“MƏQSƏDİMİZ ƏDALƏTLİ CƏMİYYƏT QURMAQDIR”

cemil hesenli - metbuat

Milli Şuranın vahid namizədi ilk mətbuat konfransında önəmli mesajlar verdi

“Əliyevlər rejiminin 20 illik hakimiyyəti dövründə üçün işğal altında olan ərazilərdən 20 metr belə azad edilməyib”

“Milli Şura Azərbaycanda müxalifət partiyalarının birlik modeli kimi yaranıb. Bu ideyanın başında Rüstəm İbrahimbəyov dayanır. Hakimiyyətin nəzarətində olan media orqanları belə yaratmağa çalışırdılar ki, Rüstəm İbrahimbəyovun namizədliyi baş tutmasa Milli Şura dağılacaq. Hakmiyyət bütün vasitələrlə Milli Şuranı dağıtmağa, siyasi səhnədən silməyə qərarlı idi. Lakin Milli Şura bu böhrandan yekdil, qərarlı çıxdı, bununla Azərbaycan siyasi mühitinin aparıcı bir qüvvəsi olduğunu təsdiq etdi”. Bu sözləri Demokratik Qüvvələrin Milli Şurasının vahid namizədi Cəmil Həsənli dünən keçirdiyi mətbuat konfransında deyib.

Cəmil Həsənli Londonda kimlərlə görüşüb?

Cəmil Həsənli daha sonra Londonda keçirdiyi görüşlərdən danışıb. O, bildirib ki, sentyabrın 11-dən 14-nə qədər davam edən London səfərində iki gün intensiv görüşlər keçirib: “İlk olaraq Böyük Britaniyada fəaliyyət göstərən nüfuzlu vətəndaş cəmiyyəti instutları ilə təmaslar oldu Bu görüşlər nüfuzlu “Artikl 19” təşkilatının ofisində baş tutub. Görüşlərdə Azərbaycandakı seçkiqabağı vəziyyət, seçki prosedurları, baş verən qanun pozuntuları, siysi məhbuslar, jurnalistlərin, din xadimlərinin həbsi müzakirə mövzusu olub. Daha sonra Böyük Britaniyanın Xarici İşlər Hazirliyində görüşümüz oldu. Hazirliyin Avropa, Rusiya və Cənub Qafqaz departamentinin rəhbərləri ilə görüşdük. Azərbaycan-Britaniya münasibətləri, Azərbaycanda keçiriləcək prezident seçkisi ilə bağlı müzakirələr apardıq. Bu görüşü London səfərinin ən əhəmiyyətli hadisəsi kimi dəyərləndirmək olar. Hövbəti görüşümüz Böyük Britaniyanın beynəlxalq məsələlər üzrə Kral İnstitutu – “Chatham House”da oldu. Bilirsiz ki, bu institut Böyük Britaniyada xarici münasibətlər üzrə beyin mərkəzi hesab olunur. Bu görüşü mən Milli Şuranın prezentasiyası adlandırardım. Görüşdə Milli Şuranın təqdimatı oldu, qurumun bəyannaməsi, memorondumu, vahid namizədin üzərinə götürdüyü öhdəliklər, Azərbaycanda ictimai-siyasi vəziyyət, Avropa ilə əlaqələrin ən ümdə məsələləri müzakirə edildi.
Daha sonra Böyük Britaniyanın nüfuzlu media quruluşu BBC-nin Azərbaycan xidmətində oldum. Orada keçirdiyim görüşlər haqqında, seçki prosesi, seçki mühiti və siyasi proseslər barədə söhbət oldu. Səfər çərçivəsində həmçinin Londondakı “Azərbaycan Evi”nin rəhbərliyi və üzvləri ilə Türkiyənin diaspor təşkilatlarının rəhbərlərilə görüşlər keçirdik.
Keçirilən görüşlərdə mənimlə yanaşı Milli Şuranın icra aparatının rəhbəri Eldar Hamazov və Milli Şuranın Britaniyadakı nümayəndəsi Murad Həsənli də iştirak edib”.
Cəmil Həsənli əlavə edib ki, London səfərindən qayıtdıqdan sonra Tiflisdə Milli Şuranın sədri Rüstəm İbrahimbəyovla görüşüb. “Görüşdə Milli Şuranın seçki strategiyası geniş müzakirə olundu”, –  deyə o, bildirib.

İlham Əliyev seçki qanunvericiliyini pozur

Milli Şuranın vahid namizədi seçki prosesində baş verən qanun pozuntularına da diqqət çəkib. Cəmil Həsənli bildirib ki, İlham Əliyev seçki qanunvericiliyinin tələblərinə riayət etmir: “Bizim üçün seçki təşviqatı bu gündən başlayır. Amma İlham Əliyev üçün təbliğat kampaniyası seçkilərə start verildiyindən gündən başlayıb. Hər gün televiziyalarda İlham Əliyevin təbliğatı aparılır. Gündüz verilən süjetlər axşam da təkrar olunur. Bunu hüquqi cəhətdən yanlış olaraq İlham Əliyevin prezident olması ilə əlaqələndirirlər. Amma o həm də namizəddir. Hamizədlik başlaynadan sonra bununla bağlı qaydalara riayət etmək lazımdır. Prezidentin fəaliyyəti ilə bağlı 10-20 saniyə məlumat verilə bilər. Amma bu yarım saat, 40 dəqiqə olanda artıq məlumat olmur, təbliğat materialı olur”.

Milli Şuranın məqsədi nədir?

Cəmil Həsənli deyib ki, Milli Şuranın məqsədi Azərbaycanda ədalətli cəmiyyət qurmaqdır: “Son 20 il ərzində yeridilən siyasətin nəyə gətirib çıxardığı göz qabağındadır. Biz nə istəyirik? Biz ilk növbədə istəyirik ki, Azərbaycanda ədalətli cəmiyyət olsun. Məqsədimiz belə bir cəmiyyət qurmaqdır. İstəyirik ki, vətəndaş ləyaqətli həyat haqqına malik olsun. Biz istəyirik ki, böyük bəlaya çevrilmiş korrupsiya ölkənin iqtisadi, eyni zamanda ictimai-siyasi həyatından çıxsın”.
O, əlavə edib ki, Milli Şura Avroatlantik məkana inteqrasiyanın tərəfdarıdır: “İndiki hakimiyyət “Qoşulmayanlar” blokuna üzv olub. Bu yanlış addımdır. Ərazisi işğal edilən bir ölkə bu cür bloklarda təmsil olunmaqla əl-qolunu bağlamamalıdır. Biz hesab edirik ki, Azərbaycanın Avroatlantik məkana inteqrasiyası daha məqsədəuyğundur. Bu, Milli Şuranın proqram sənədlərində də öz əksini tapıb. Eyni zamanda biz qonşularımızla faydalı əməkdaşlığın tərəfdarıyıq. Hesab edirik ki, qonşularla etibarlı və etimadlı münasibətlər qurulmalıdır”.

Əliyevlərin Qarabağ siyasəti nəyə xidmət edir?

Qarabağ problemindən danışan Cəmil Həsənli münaqişənin hələ də həll olunmamasını Azərbaycan və Ermənistanda demokratik hakimiyyətlərin olmaması ilə izah edib. “Azhərbaycan torpaqlarının 20 faizi işğal altındadır. Əliyevlər rejiminin 20 illik hakimiyyəti dövründə işğal altında olan ərazilərin azad edilməsi istiqamətində effektli iş görülməyib. Hümunə üçün  20 metr torpaq belə azad edilməyib. Qarabağ problemi Azərbaycanda, o cümlədən Ermənistanda mövcud hakimiyyətlərin saxlanılması üçün bir vasitəyə çevrilib. Bu da xalqlar üçün məqbul sayıla bilməz. Hər iki ölkədə demokratik təsisatların işə düşməsi əhəmiyyətli qarşıdurmanın həllinə təkan verə bilər”, – deyə Cəmil Həsənli vurğulayıb.
Milli Şuranın vahid namizədi aksiyalar üçün ayrılan yerlərlə də bağlı fikrini açıqlayıb. Cəmil Həsənli deyib ki, ayrılan yerlərin əhəmiyyətli hissəsi aksiya keçirilməsi üçün yararsızdır: “Prezidentliyə namizədləri və seçiciləri incitmək üçün, görüşlərə süni maneələr yaratmaq üçün bu yerləri ayırıblar. Bakıda daha münasib, daha abad yerlər var. Bu sadəcə namizədlərin və seçicilərin hüquqlarının pozulmasıdır. Prezident seçkisi ciddi siyasi kampaniyadır. Bu kampaniyanın çıxış nöqtəsi namizədin seçicinin ayağına getməsi üzərində qurulmalıdır. Amma indiki halda seçici bir neçə nəqliyyat dəyişməli və çox çətinliklə şəhər kənarında yerləşən bu yerlərə gəlməlidir”.

~ tərəfindən Patriot 17/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma