HAKİMİYYƏTİN İBRAHİMBƏYOVLA BAĞLI PLANI

rustem-ibrahimbeyov

Milli Şuranın sədri Rüstəm Ibrahimbəyov qarşıdan gələn prezident seçkisinə qatıla bilməsə də, hakimiyyət hələ də onu özünə təhlükə sayır.

Bu baxımdan da Rüstəm Ibrahimbəyovu bitirmək qərarı verilib.
Hakimiyyət mətbəxindən sızan məlumatlara görə, iqtidarın nəzarətində olan media orqanlarında Rüstəm Ibrahimbəyovun Milli Şuranın sədri postundan gedəcəyi, ümumiyyətlə siyasi səhnədən çəkiləcəyi, hakimiyyətlə anlaşdığı barədə məlumatların dərc edilməsi məhz onu bitirmək planının tərkib hissəsidir. Hakimiyyət Rüstəm Ibrahimbəyovun hələ də müxalifətlə bir sırada olmasından narahatdır. Geniş əlaqələrə və nüfuza malik bu şəxsin Milli Şuranın sədri kimi fəaliyyəti iqtidarın maraqlarına uyğun deyil. Məlumatlarda deyilir ki, hakimiyyətin fikrincə, Rüstəm Ibrahimbəyovu gözdən salmaq və müxalifətdə ona etimadsızlıq yaratmaq üçün onun artıq hakimiyyətlə anlaşması barədə rəy formalaşdırmaq lazımdır.
Iqtidar bütün potensialını işə salsa da, hələ istəyinə nail olmayıb.

İbrahimbəyov: “Bu, başdan-ayağa təxribatdır”

Rüstəm Ibrahimbəyov özü də barəsində yayılan məlumatların əsassız olduğunu deyib. O, haqqında yazılanlarla bağlı musavat.com-a açıqlamasında bildirib: “Eşitdim ki, guya Milli Şuradan getmək, istefa vermək istəyirəm, bu barədə xəbərlər yayılıb, yazılar gedib. Bu, başdan-ayağa təxribatdır. Kim bu informasiyaları yayır, bunları nəyə əsasən deyirlər, başa düşmürəm”.
O sonuncu müsahibəsindən də danışıb: “Mən azərbaycanca müsahibə vermişəm. Onlar tərcümə edəndə ya qəsdən, ya da rus dilini guya pis bildiklərindən başqa ifadə işlədiblər. Mən demişəm ki, mən vahid namizədliyi məcburi şəkildə qəbul etdim, bu missiyanı öz öhdəmə götürdüm. Onlar isə bunu tərcümə ediblər ki, məni məcbur etdilər –  ”menya zastavili”. “Zastavili i vınudili” – bunlar ayrı-ayrı şeylərdir. Mənim heç fikrimdə də olmayıb ki, prezident seçkilərində iştirak edəcəyəm. Heç vaxt. Amma vəziyyət elə yarandı ki, söhbət Milli Şuranın birliyindən gedirdi. O anda mənim məsuliyyət hissim belə qərar verməyimə səbəb oldu. Özümə borc saydım və bu ağır məsuliyyəti öz öhdəmə götürdüm. Amma mənim heç vaxt bununla bağlı məqsədlərim olmayıb”.

Cəmil Həsənli: “Öz işini eyni əzmkarlıqla davam etdiririr və etdirəcək”

Milli Şuranın vahid namizədi Cəmil Həsənli də dünən keçirdiyi mətbuat konfransında Rüstəm Ibrahimbəyov barədə yazılanların əsassız olduğunu deyib: “Rüstəm Ibrahimbəyov Milli Şuranın sədri kimi qurumun bütün fəaliyyətinə, seçki strategiyasına rəhbərlik edir və sona qədər də edəcəyinə qərarlıdır. Onun barədə mətbuatda yayılan məlumatların heç bir əsasın yoxdur. Rüstəm Ibrahimbəyov fəaliyyətinin ilk dövründə necə idisə, Milli Şuranı formalaşdırmağa necə başlamışdısa, öz işini eyni əzmkarlıqla davam etdiririr və etdirəcək”.

 

~ tərəfindən Patriot 17/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma