ELŞAD ABDULLAYEV ŞƏXSİ ARXİVİNDƏN DAHA BİR VİDEO YAYDI

elsad abdullayev

«Terrazini» ləqəbli Əli Bayramov adlı şəxs sabiq rektora bir həftəyə Mahir Abdullayevi gətirəcəyi barədə vəd verir

Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsindən “Azadlıq.TV”yə yeni video daxil olub. 31 uyul 2004-cü il tarixində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayevin xidməti otağında qeydə alınan videogörüntülərdə sabiq rektorla Əli Bayramovun (Zəngilanski) danışığı öz əksini tapıb.
Əli Bayramov 1 həftə ərzində Mahir Abdullayevin azad ediləcəyini bildirir. Qeyd edir ki, Mahir Abdullayevi ona Sumqayıtda təhvil verəcəklər. Əməliyyatı həyata keçirmək üçün 5 min manat pul lazım olduğunu bildirir. Bundan sonra Əli Bayramov iltizam yazaraq bildirir ki, Mahir Abdullayevi 1 həftə ərzində Elşad Abdullayevə təhvil verəcək və bunun müqabilində 5 min manat pul alıb. Əli Bayramov iltizamı imzalayaraq Elşad Abdullayevə verir. Elşad Abdullayev öz növbəsində Əli Bayramovun özünə şirinlik olaraq min manat, əməliyyatı həyata keçirən şəxslər üçün isə 5 min manat verir.
Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsinin verdiyi məlumata görə, videolent Elşad Abdullayev tərəfindən komitəyə təqdim edilib.
Xatırladaq ki, Elşad Abdullayev “Azadlıq”a müsahibələrində Əli Bayramovla bağlı video yayacağını anons etmişdi. O, bildirmişdi ki, Əli Bayramov “Terrazina” ləqəbilə tanınır.
Elşad Abdullayevin sözlərinə görə, bu şəxs adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar dəstənin üzvüdür. Eyni zamanda bir sıra hay-küylü qətllərin iştirakçısıdır. Bu sırada o, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı Məmmədxan Rəsulovun zəhərlənməsini göstərib. Sabiq rektor bildirib ki, dekan “Qurd Qapısı” restoranında zəhərlənib və bu işdə Əli Zəngilanskinin də rolu var: “Məmmədxan Rəsulov kifayət qədər nüfuzlu şəxs idi. O əslən Zəngilandan idi. Qarabağla bağlı bir təşkilat yaratmışdı və Qarabağın erməni işğalından azad olunması istiqamətində müəyyən addımlar atırdı. Onun nüfuzu getdikcə artırdı. Bu baxımdan da Məmmədxan müəllimi aradan götürdülər. Məmmədxan müəllim ”Qurd Qapısı” restoranında Əli Zəngilanski ilə çörək yeyib. Məni də ora çağırmışdılar.
Səhəri gün Məmmədxan müəllimin ailə üzvləri mənə zəng etdi. Narahat idilər ki, o evə gəlməyib. Mən bildirdim ki, bəs, o, “Qurd qapısı” restoranında olub. Sonradan Məmmədxan müəllimin meyiti Novxanıdakı bağından tapıldı. Zəhərləmişdilər. Mənim qardaşımı da eyni qaydada “Qurd qapısı” restoranında zəhərləmişdilər. Sevinc Babayeva da bu cür zəhərlənib”.

~ tərəfindən Patriot 17/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma