ƏLİ KƏRİMLİ: “ƏMƏK HAQQILAR DƏFƏLƏRLƏ ARTIRILACAQ”

eli_ kerimli

“Cəmil müəllim oliqarxların yox, sizin namizəddir”

“Hər biriniz Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənlinin seçki platformasının müəyyənləşməsində iştirak edə bilərsiniz. Axı Cəmil müəllim oliqarxların yox, sizin namizəddir”. Modern.az xəbər verir ki, bu fikirləri AXCP sədri Əli Kərimli Milli Şuranın prezidentliyə vahid namizədi Cəmil Həsənliyə dəstək çağırışında bildirib.

Ə.Kərimli müraciətində Cəmil Həsənlinin seçki platformasında yer alan məsələlərə toxunub:“Müəllimlərin, həkimlərin, orduda xidmət göstərən zabitlərin, polisin, ümumiyyətlə dövlət büdcə təşkilatlarında çalışanların əmək haqqlarını, pensiyaları, təqaüdləri, müavinətləri dəfələrlə artırmaq Cəmil müəllimin planlarına daxildir. Həmçinin dövlət ali məktəb müəssisələrində təhsili yenidən və tam olaraq pulsuz etmək, yüksək göstəriciyə malik xarici universitetlərdə oxumaq haqqı qazanmış bütün tələbələrin dövlət hesabına oxutdurulması, gənclərin mənzil probleminin həllinə ciddi təkan verəcək xüsusi ipateka proqramı, bank kreditləri üçün faizlərin aşağı salınması, qeyri-neft sektorunun real inkişafı nəticəsində gerçək və çoxlu sayda iş yerlərinin açılması da Cəmil Həsənlinin platformasında öz yerini tutacaq.

Cəmil Həsənli Qarabağın, işğal altındakı bütün torpaqlarımızın azad edilməsini, korrupsiya və inhisarçılıqla ciddi mübarizəni, insan hüquq və azadlıqlarını təmin edəcək demokratik islahatların həyata keçirilməsini, mülkiyyət hüququnun toxunulmazlığının təmin edilməsini, sahibkarların fəaliyyətinə dövlətin müdaxiləsini minimuma endirməyi də özünün əsas vəzifələrindən sayır.
Dostlar, siz daha hansı məsələlərin platformada əksini tapmasını istərdiniz? Təkliflərinizi burada da, Cəmil müəllimin öz səhifəsində də https://www.facebook.com/ CamilHasanli yaza bilərsiniz. Xalqın namizədinin platforması da xalqla birlikdə, sizin iştirakınızla yazılacaq”-deyə AXCP sədri qeyd edib.

~ tərəfindən Patriot 13/09/2013.

Bir Cavab to “ƏLİ KƏRİMLİ: “ƏMƏK HAQQILAR DƏFƏLƏRLƏ ARTIRILACAQ””

  1. Bes Qarabağı necə işğaldan icad edəcək? bes ani surətdə əmək haqlarının bir neçə dəfə qaldırılması halında infilyasiya nece olacaq ? bəs axı ali məktəb müəssisələrində təhsili yenidən və tam olaraq pulsuz heç də dönya və inkişaf etmiş ölkələrin praktikası deyil, bəs niyə açıqlanmırki necə olacaq bu ipoteka və iqtisadiyyatımıza necə təsir edəcək, bəs qeyri-neft sektorunu necə real inkişaf elətdirəcək , bəs ….

    xahiş edirəm seçiciləri maarifləndirəsiniz.
    Təşəkkürlər.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma