ƏLİYEVLƏR PKK ilə İŞBİRLİYİNDƏ İTTİHAM OLUNDU

eliyevler

Bakıdan bu terror təşkilatına silah göndərildiyi haqda deyilənlər beynəlxalq müstəviyə çıxdı

“Azadlıq” radiosunun ingilis dili redaksiyası Naxçıvan MTN-in keçmiş əməkdaşı, sonradan Rusiyaya qaçan və bu yaxınlarda Yaroslavl məhkəməsində Azərbaycana ekstradisiyası haqda qərar çıxarılan İbrahim Musayevin dediklərindən yola çıxaraq, Əliyevlər rejiminin PKK ilə əlaqəsi, o cümlədən bu təşkilata silah ötürməsi iddialarına dair məqlə dərc edib.

Moskva keçmiş MTN əməkdaşını Bakıya niyə verir?

Məqlədə deyilir ki, Yaroslavl məhkəməsinin Rusiyada sığınacaq axtaran keçmiş MTN əməkdaşı Musayevin ekstradisiyasına yaşıl işıq yandırması Moskva ilə Bakı arasında münasibətlərin istiləşməsinə daha bir işarə sayıla bilər.
Məqalədə yazılır ki, İbrahim Musayev Bakıdan Naxçıvan vasitəsilə Türkiyəyə PKK üçün silahlar göndərildiyini öyrənəndən sonra xoşagəlməz vəziyyətlə üzləşdiyini deyib. Ona bu məlumatları verən Turac Zeynalov isə Naxçıvan MTN tərəfindən həbs edilib və öldürülüb.

İbrahim Musayevin dediklərindən

“Qafqazuzel.ru” portalına geniş müsahibəsində Musayev MTN-ə necə cəlb edildiyindən, İranın şimal-qərb rayonlarından məlumat ötürən cəsuz şəbəkəsinə rəhbərlik etməsindən danışıb. O həmçinin həmkarı Turac Zeynalovun ona Bakıdan Naxçıvana PKK üçün nəzərdə tutulan silahların göndərilməsi barədə dediklərini nəql edib. PKK Azərbaycanın strateji tərəfdaşı olan Türkiyə ilə on illərdir silahlı münaqişə vəziyyətindədir. Zeynalov maşında silahları müşayiət edən sərxoş zabitdə onların sayı və çatdırılacağı yerə dair sənədləri gördüyünü və sürətini çıxardığını deyib. Zeynalov iddia edirmiş ki, bu qədər silah yalnız Bakıdakı rəhbər şəxslərin razılığı ilə göndərilə bilər. Zeynalov 2011-ci il avqustun 2-də sənədlərin sürətini Musayevə verib, avqustun 24-də isə cəsusluqda ittiham edilərək həbs olunub. Bir neçə gün sonra isə öldürülüb. Ölümün rəsmi səbəbi kimi dəri xərçəngi göstərilib”- deyə məqalədə qeyd olunur.
Məqalə müəllifləri Musayevə istinadla Zeynalovun ailəsini susdurmaq üçün qurulan əməliyyatdan da bəhs edirlər. Yazıda qeyd olunur ki, Musayevə Zeynalovun dul həyat yoldaşını yoldan çıxarmaq tapşırılıb və o, bunu edib. MTN əməkdaşları onun yataqda şəkilini çəkib və bununla onu ərinin ölümü ilə bağlı etirazlara son qoyması üçün şantaj edib. Musayev isə təhlükəsizlik xidmətinin sonrakı tələblərindən bezərək 2012-ci ilin sentyabrında Azərbaycanı tərk edib və Rusiyaya gedib, 2013-cü ilin yanvarında isə orada rəsmi qaçqın statusu almaq xahişi ilə müvafiq orqanlara müraciət edib. Həmin vaxt Azərbaycan artıq onun həbsi ilə bağlı beynəlxalq axtarış elan edib.

Bakı-PKK əlaqələrinin tarixi

Bundan sonra müəlliflər Azərbaycan hakimiyyətinin PKK ilə əlaqələri haqda iddiaların tarixinə ekskurs ediblər:
“Musayevin Azərbaycandan PKK-yə silah ötürməsini təsdiq edən səndləri Zeynalovdan aldığını deməsi rəsmi Bakının bu təşkilatla əlaqələri haqda iddiaları yenidən aktuallaşdırır. Azərbaycan rəhbərliyinin PKK ilə əlaqələri, ölkə ərazisində bu təşkilatın təlim bazalarının olması ilə bağlı 2000-ci illərin əvvəllərindən müxalifət mətbuatında mütamadi olaraq məlumatlar dərc edilib. Məmurlar arasında Sumqayıt rəhbərliyində təmsil olunanların və o vaxtkı prezident Heydər Əliyevin şəxsi mühafizəsinin rəhbəri, kürd olduğu deyilən Bəylər Əyubovun adı çəkilirdi. 2002-ci ilin iyun ayında MTN rəsmi məlumatla çıxış edərək PKK-nın Azərbaycanda olmadığını bildirdi. Eyni zamanda bu bəyanatdan məlum oldu ki, ötən illərdə Azərbaycan ərazisində 33 PKK üzvü saxlanılıb.
2003-cü ilin əvvəlində Bakıda olan Türkiyə Ədalət və İnkişaf Partiyasının lideri Rəcəb Tayyib Ərdoğan PKK üzvlərinin Azərbaycanda mədəni dərnəklər adı altında fəaliyyət göstərməsindən narahatlığını ifadə etdi. Azərbaycanın Türkiyədəki səfiri Məmməd Əliyev isə PKK-nın Azərbaycanda fəaliyyət göstərməsini inkar etdi. 2002-ci ildən müxalifətdən olan deputatlar ən azı 3 dəfə PKK-nın terror təşktlatı kimi tanınmasını tələb edib. Ancaq hakim Yeni Azərbaycan Partiyası bu məsələ ilə bağlı müzakirələrə imkan verməyib.
Sonuncu dəfə belə bir təklifi 2009-cu ildə hazırda Milli Şuranın prezidentliyə vahid namizədi olan Cəmil Həsənli irəli sürüb. Lakin spiker Oqtay Əsədov deyib ki, Türkiyə PKK-nı terror təşkilatı kimi tanıyandan sonra Azərbaycan da belə bir addım atacaq”.

“Vasif Talıbovun da kürd olduğu deyilir”

Məqalədə daha sonra yenidən İbrahim Musayevin dediklərinə qayıdılır: “Naxçıvan ərazisindən PKK-ya silah ötürüldüyünü deyən Musayev kürdlərin muxtar respublikada dövlət vəzifələri tutduqlarını, banklara, tikinti şirkətlərinə, otellərə sahib olduqlarını, Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun da kürd olduğunu deyir”.
Müəlliflər qeyd edirlər ki, 1947-ci ilin sonlarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırov 1922-ci ildən 1931-ci ilə qədər Laçında mövcud olan kürd muxtariyyatının əvəzində Naxçıvanı kürd müxtar respublikası elan etməyi təklif etmişdi. Məqalədə Əliyevlərin kürd əsilli olduğuna dair iddialara da yer verilir:

Heydər Əliyevə yazılan nekroloqda PKK qeydi

“Nəhayət, qeyd etmək lazımdır ki, Azərbaycanda bəzi siyasətçilər Heydər Əliyevin də kürd olduğunu deyir. Bu iddialara əsas kimi onun qardaşı Həsən Əliyevin sovet Azərbaycanında dissertasiya müdafiə edən ilk kürd olduğunu deməsi göstərilir. Eyni zamanda Tomas de Val Heydər Əliyevə yazdığı nekroloqda onun gənc DTK zabiti kimi PKK-nın yaradılmasında rol oynadığını qeyd edib. Azərbaycanda vəzifədə olan kürdlər arasında Bakı meri və ARDNŞ prezidenti də göstərilir. Rusiyalı blogerlərdən biri Azərbaycanda 150 min kürdün olduğunu yazıb. Baxmayaraq ki, rəsmi məlumatlarda onların sayının 70 min olduğu göstərilir. 1959-cü ildə sovet siyahıya alınmasından sonra kürdlərin Azərbaycanda ayrıca etnik qrup kimi qeydə alıınmadığını nəzərə alaraq bu rəqəmlərdən hansının doğru olduğunu demək çətindir”.

~ tərəfindən Patriot 09/09/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma