HEYDƏR ƏLİYEVİN HEYKƏLİ BELƏ GÖTÜRÜLDÜ (VIDEO)

heyder heykel mexiko

Yanvarın 25-dən 26-na keçən gecə Heydər Əliyevin Mexikonun mərkəzi küçəsində yerləşən heykəli dostluq parkından götürülərək, naməlum yerə aparılıb.

heyder mexikoHeykəlin yerinin dəyişdirilməsilə bağlı rəsmi məlumat yoxdur. Şəhər rəhbərliyi Azərbaycan tərəfilə danışıqlarda abidənin daşınması üçün rəsmi səbəb kimi, şəhərsalma normalarının pozulmasını göstərib.
Heykəlin demontajı zamanı əraziyə 200 nəfərə yaxın polis əməkdaşı cəlb olunub, küçədə avtomobillərin hərəkəti dayandırılıb.
Abidənin hazırda harada olması haqda rəsmi məlumat yoxdur. Heykəlin köçürülməsi xərcləri Mexiko büdcəsi hesabına ödəniləcək.

Meksikada Heydər Əliyevin heykəli ilə bağlı məsələ Meksika telekanallarında da ciddi ajiotaj doğurub. Dünyanın çox məşhur televiziya, qəzet və agentlikləri məsələyə hələ də diqqət yetirir. Meksika telekanallarında göstərilən müxtəlif telereportajlarda açıq görünür ki, ölkə əhalisi heykəlin Meksikada qalmasına etiraz edir.

Xatırladaq ki, Heydər Əliyevin heykəli ötən ilin avqustunda Mexikodakı Dostluq parkında ucaldılmışdı. Buna görə Azərbaycan hakimiyyəti heykəl üçün 99 ilə 5 milyon pul xərcləmişdi. Həmin vəsait Dostluq parkının abadlaşdırılmasına sərf olunmuşdu. Mexiko rəhbərliyi məhz parkın abadlaşdırılması müqabilində heykəlin qoyulmasına razılıq vermişdi.
Heç bir ay keçməmiş yerli hüquq müdafiəçiləri və parkın ətrafında yaşayan sakinlər şəhər rəhbərliyinə kəskin etirazlarını bildirərək, heykəlin götürülməsini tələb etdilər. Buna səbəb kimi, Heydər Əliyevin “KQB” generalı, kommunist rəhbər və müstəqil Azərbaycanın diktatoru olmasını göstərirdilər.

~ tərəfindən Patriot 27/01/2013.

Bir Cavab to “HEYDƏR ƏLİYEVİN HEYKƏLİ BELƏ GÖTÜRÜLDÜ (VIDEO)”

  1. Reblogged this on HƏR ŞEYİ BİLƏN ALLAHDIR!!!.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma