ƏLİYEVLƏRİN DAHA BİR MALİKANƏSİ (VIDEO)

aliyev-ukrayna-mulk

Ukraynanın “1+1” telekanalı məşhur Konça-Zaspedə 5 milyonluq imarətdən reportaj yayınladı

Ukrayna mediası bu ölkədə Azərbaycan prezidenti İlham Əliyevin ailəsinə məxsus mülk barədə məlumat yayıb. Bu ölkənin “1+1″ telekanalı Əliyevə məxsus olduğu ehtimal edilən malikanə haqda reportaj hazırlayıb. Televiziyada yayımlanandan sonra “tsn.ua” saytında yerləşdirilən videoreportaj belə adlandırılıb: “Ulduzlu daşınmaz əmlak: Azərbaycan prezidentinin ailəsinin evi?”

Kiyev ətrafında yerləşən məşhur Konça-Zaspedə bir xeyli malikanələr ucalıb. Deyəsən, bu elit Ukrayna torpağının yarım hektarını Azərbaycan prezidenti Ilham Əliyev və onun ailəsi də sevib. Bu barədə Ukraynanın “1+1″ telekanalının müxbirinə yerli sakinlər və orada çalışan fəhlələr danışıb. Rieltorların qiymətləndirmələrinə görə, bu yarım hektarlıq ərazinin dəyəri beş milyon dollara çatır.
Konça-Zaspedəki yarım hektarlıq Ukrayna torpağının sahibi barədə ətrafdakıların hamısı məlumatlıdır, lakin bu haqda danışmaq istəmirlər. Bu məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyinə göndərilən sorğuya cavab olaraq bildirilib ki, Əliyevlər ailəsinin Ukraynada əmlakı yoxdur və heç bir tikinti işləri də aparmırlar. Eyni zamanda, sözügedən ərazinin yerləşdiyi Kozinsk qəsəbə şurasından bildirilib ki, 9 il əvvəl həmin yerdə dörd ayrı-ayrı torpaq sahələri vardı və onlar Ukrayna vətəndaşlarına məxsus idi. Sonra onları eyni şəxs aldı və birləşdirdi.

Şəxsin razılığı olmadan onun haqqında informasiyaların açıqlanmasını qadağan edən qanunu əsas gətirərək, qəsəbə şurasında da yeni sahibin adını demədilər. Bu elit malikanənin qonşuluğunda yaşayanlar da bildiklərini qapalı saxlamağa üstünlük verdilər. Üstündə “Stop” işarəsi olan hasarın arxasında bütün sutka ərzində oturan mühafizəçilər tanımadıqları şəxslərlə, hətta salamlaşmırlar da. Lakin jurnalistlər araşdırma aparan zaman bu qapalı ərazidə uzun illərdir çalışan və danışmağa razılıq verən bir kişi ilə rastlaşdılar. O təsdiqlədi ki, yeni evi Əliyev tikdirir, amma prezident özü yox, onun yaxın qohumu. Onu da əlavə etdi ki, mühafizəçilər yaxşı pul alırlar və bunun müqabilində vəzifələrini yaxşı yerinə yetirirlər. Bu malikanədən kənara heç bir informasiya çıxmır.

~ tərəfindən Patriot 27/01/2013.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma