ELŞAD ABDULLAYEV: “BUNLAR ÇOX TƏHLÜKƏLİ ADAMLARDI, SƏNİ ÖLDÜRƏRLƏR..” (AUDIO)

sevinc babayeva - elsad abdullayev

Sevinc Babayevaya ölüm xəbərdarlığının audioyazısı

Sevinc Babayeva: “Sən nə danışırsan? MTN-ə 6 saat ərizə yazmışam, müraciət etmişəm ki, nəyə görə qorxa-qorxa yaşamalıyam?”

Lisenziyası ləğv olunmuş Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacirətdə olan Elşad Abdullayev “Azadlıq”a açıqlamasında bildirmişdi ki, yaydığı rüşvət videosunun “qəhrəmanı” Sevinc Babayevanı arzuolunmaz şahid kimi, “aradan götürüləcəyi” haqda hələ illər öncə xəbərdar edib. Bir telefon söhbəti zamanı bu haqda danışdıqlarını deyən sabiq rektor həmin söhbətin audioyazısını da “Azadlıq”a göndərəcəyini bildirmişdi.

Elşad Abdullayev sözügedən telefon danışığının bir hissəsini  redaksiyamıza göndərib. Həmin audioyazını təqdim edirik.

 

Stenoqram

Sevinc Babayeva:
– Bəli, müəllim.

Elşad Abdullayev:
– Hə, mənəm.

– Hə, müəllim nə olub? Müəllim mən sənə dedim axı… Icazə ver, qoy Ramiz Mehdiyevlə görüşüm, səninlə görüşəcəm. Mən bilirəm də nə demək lazımdır, neyləmək lazımdır.

– Beş dəqiqə səninlə görüşə bilərik, ya yox?

– Nə deyəcəksən ki? Yenə köhnə söhbət. Yenə çevir tatı, vur tatı. Mən gərək bu kişi ilə görüşüm də. Bu həftə mənə söz veriblər ki, onun yanına düşməliyəm. O komanda versə, 50 saniyədə sənin işin həll olunacaq. Hamı götürülüb qaytarılacaq. Kim götürübsə, gətirib qaytaracaq. O kişi bunu bilməlidir ki, kimin əlindən nə gəlib, nə keçib. Yenə deyirəm, onsuz da onun (Gülər Əhmədovanı nəzərdə tutur-red.) vəziyyəti ağırdır, yaxşı deyil. Özün də öyrənə bilərsən. O gün bir nəfərə də atıb. Gediblər Vilayət Eyvazovun üstünə şikayətə. Vilayət Eyvazov həmin adama deyib ki, bilirəm, alçaq adamdır, pis adamdır. Bunu bilirik, amma nə edə bilərik? Toxunulmazlığı var. Heç nə edə bilmərik. Sübut lazımdır mənə, sübut. Kimin yanında verib, necə verib, harada verib, niyə vermişdin? Toxunulmaz olduğuna görə də əl vura bilmərik. Rəhbərlik, Ramiz Mehdiyev son qoymalıdır bu işə. Bilinməlidir ki, bu adam nə yolla pul qazanır. Kimlərin evlərini yıxır bu. Gəlib mənə dedi ki, özü gedib Ramiz müəllimin yanına girib. Heç bilməmişik ki, aldadıb məni. Səbrli ol da bir az. Bu qədər gözləmisən, bir az da səbrli ol. Indi kim kimin pulunu yeyir eee?.. Gülməlidir eee… Indi nə zamandır? Sən fikirləşirsən ki, sənə atmaq olar? Sən fikirləşirsən ki, səni aldatmaq olar? Bir gün, iki gün, üç gün… Sonu var da bunun…

– Onu gərək özü fikirləşməlidir, mən niyə fikirləşməliyəm?

– Ay sağ ol! Bilirsən ki, o, “mandrajdadır”? Onun özünə demişəm bunu. Demişəm ki, o zaman getdi eee. Atmaq zamanı getdi. Qaytarmaq lazımdır, qurtardı getdi. Qaytarmaq lazımdır…

– Istəyir ki, onun dalında Ramiz Mehdiyev dayansın…

– Nüfuzu ölüb eee. “Nol” dərəcəsindədir, nüfuzu ölüb. Gör nə günə qalmışdı ki, oğlu maşınla “avariya” elədi, ona kömək eləmədilər. Verdilər işi məhkəməyə. Inanırsan? Heç kim kömək eləmədi. Vəziyyəti dəhşətli dərəcədə xarab olub, belə hərəkətlərinə görə. Bax, belə-belə şeylərinə görə. O, bu oyunlarda “iqrok”a çevrilmək istəyir, ancaq çevrilə bilmədi. Mən ona, sənin canın üçün, keçən həftə də demişəm, ondan da qabaq demişəm. Demişəm ki, ara sakitləşsin, qaytarmaq olar. Dedim ki, mədəni surətdə ver, qaytarım yiyəsinə, qutarsın getsin. Mən indi onu ayıltsam, o, “momentalni” gedib agentlərinə – KQB-nin agentlərinə gedib deyər. Ondan sonra da başlanacaq yoxlama, yoxlamalar göndərəcəklər… Sənə başağrı lazımdır? Ona görə də mən ona deyə bilmərəm qaytar. Görürəm ki, demək əhəmiyyətsizdir. Deyirəm, sözüm elə orada qalır. Deyir ki, nə cür bilir, elə eləsin, əcəb eləmişəm. Deyir ki, məndə deyil, yiyəsindədir. Hamısı bəhanələrdir, gic bəhanələr. Ona görə də onunla bu sözləri danışmağın mənası yoxdur. Onu gətirən adam bilməlidir ki, bu, nə işlə məşğul olur. Mən də onu eləyəcəm. Mən də söz verirəm ki, onu eləməliyəm. Özündən də zəhləm gedir. Özün də biləsən ki, mənim onunla heç bir əlaqəm yoxdur. Ona görə ki, məni çörəyə vay eləyib. Elə bilmə ki, mən sənə yaltaqlanıram, gözünə xoş gəlmək üçün bunları deyirəm. Bunu hamı da bilir, bütün dost-tanışlar da bilir ki, mən onunla hansı əlaqədəyəm. Çox dəhşətli pis münasibətlərimiz var bizim. Elə birinci növbədə sənə görə, sonra başqa bir şeyə görə. Bu-bu şeylərə görə. Sən narahat olma. Nə sənin pulun yeyiləcək, nə də…

– Daha bu qədər də olmaz eee. Iki-üç aydır eee…

– Mən sənə deyirəm ki, qaytaracaq. Şef bilməlidir. Prezidentin başının üstündən bunlar işlər görürlər. Yazıq prezidentin xəbəri yoxdur eee bu işlərdən. Səninlə yox eee, tək sən deyilsən, bir neçə nəfər var ki, bunlar onunla oyun oynayıblar…

***

“Azadlıq”a göndərilən audioyazının bu hissəsində söhbət kəsilir və az sonra yenidən başlanır:

Sevinc Babayeva:
– Bəli, mən orada ərizə yazmışam. Sən maraqlana bilərsən, mən orada danışmışam da. Demişəm də bütün məsələləri.

– Ərizə vermisən Əliyə bu məsələ ilə bağlı?

– Bəli.

– Yazmısan ki, borc alıb səndən?

– Yox, yazmışam ki, bu hadisələrdə özünü atıb ortaya. Camaatdan da pul alıb, indi də qaytarmayıb.

– Bəs, Əli nə deyir?

– Əli də deyir bu problemli məsələdir. Bunu qaldırmaq üçün gərək yuxarı rəhbərlik bilsin də. Rəhbərlik bilməlidir ki, nə var, nə yox. Başa düş də, bu işin başında duran adam bilməlidir. Sən savadlı adamsan, akademik adamsan, bilmirsən bunların rəhbəri var. Rəhbər! Bilməlidir ki, bunu seçirsən, bu xalq düşmənidir. Bilməlidir ki, bu adam bu işlə məşğuldur. Ona görə də rəhbər bilməlidir. O bilsə, hər şey qaydasına düşəcək. O desə ki, camaatın pulunu qaytar, gətirib qayataracaq. Gecəyənən gətirib qayataracaq. Özünü satacaq, evini satacaq, uşağını satacaq… Sənə nə var eee, gətirib qaytaracaq da. Sənə nə dəxli var eee…

– Bunun başında kim dayanır eee?..

– Necə kim dayanır? Deyir ki, mənim “krışam” Ramiz Mehdiyevdir.

– Onda gəlsin gedək… Bu sözü Ramiz Mehdiyevin yanında deyə bilərsən?

– Necə?

– Deyə bilərsən ki, Ramiz müəllim, özü deyir ki, alıb vermişəm sənə?

– Bəli. Niyə demirəm ki? Başa düşmədim… Niyə görə ağzına gələnləri deməlidirlər? Mən gündə çaqqal olmalıyam, mənim arxamca ağızlarına gələnləri deməlidirlər? Mən niyə görə başqasına görə söz eşitməliyəm? Başa düşmədim, mən yiyəsiz-zadam bəyəm. Nə zamandır ki belə? Mən ad çəkəcəyəm, sən nə danışırsan? Milli Təhlükəsizlik Nazirliyinə 6 saat ərizə yazmışam. Bundan o yana var? Ərizə ilə müraciət etmişəm ki, nəyə görə qorxa-qorxa yaşamalıyam? Kimsə pul yeməlidir, mən niyə arada qalmalıyam? Nədir bunun səbəbi?

– Qoy sənə bir söz deyim…

– Sən küçədən keçən idin ki, səndən pul alsınlar? Təşkilatçı bu idi…

– Alo…

– Buyur.

– Sən başa düşmürsən eee vəziyyət nə yerdədir. Bunlar çox təhlükəli adamlardır. Bu adamlar, səndən pul alanlar səni vurub öldürərlər, deyərlər ki, öldü, get tap.

– Mən elə ərizə yazmışam, sən narahat olma. Gülər Əhmədovanın adını qeyd eləmişəm.

– Ərizəyə baxan var indi? Allah səni saxlasın…

– Bəli baxan var ərizəyə. Sən nahaq elə fikirləşirsən ki, yoxdur. Bunu çox adam bilmir. Mən sənə açıqlamaq istəmirəm. Üç güc naziri var, onlar da bilir. Yox, tökülmüşdü elə… Niyə məni öldürəcək? Gedib onu öldürsünlər də… “Atanşik” odur, bəyəm mənəm?..

Advertisements

~ tərəfindən Patriot 30/12/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma