“YA ÖZ XOŞUNLA GEDƏCƏKSƏN, YA DA BİZ SƏNİ GÖNDƏRƏCƏYİK”

aliyev-ramiz mehdiyev

Administrasiya rəhbərinin qızı Mehriban Əliyeva haqqında nə danışıb?

Dekabrın 17-də Gülər Əhmədovanın həbs edildiyi xəbəri yayılandan sonra, ABU-nun keçmiş rektoru Elşad Abdullayevə Fransada köməklik göstərən azərbaycanlı fəal Elnur Məcidli “facebook” səhifəsində maraqlı bir status paylaşıb.

O, bildirib ki, Gülər Əhmədovanın həbsi ilə hakimiyyət Ramiz Mehdiyevi qorumaq istəyir, lakin buna imkan verməyəcəklər: “Gülər Əhmədovanın həbsi Ramiz Mehdiyevi qoruma xarakteri daşıyır. Ramiz gedənə qədər videolar davam edəcək, hətta onun qızının və oğlunun da danışıqlarını qoyacayıq.
P.S. Ramizin qızı Kama bir danışıqda Mehriban Əliyeva haqqında olmazın ifadələr işlədir. Ramiz Mehdiyev ya öz xoşunla gedəcəksən, ya da biz səni göndərəcəyik”.

Məlumata görə Prezident Admnistrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev Elşad Abdullayevin son videolarından sonra tamamilə müdafiəsiz qalıb. Artıq onun komandası da tərəddüd içindədir. Vaxtilə bir məqaləsindən sonra fikirlərini təkrarlamaq və ona dəstək olmaq üçün növbəyə düzülən Ramiz Mehdiyevin siyahısı ilə seçilən deputatlar indi susmağa üstünlük veriblər. Bildirilir ki, onların susması PA rəhbəri barədə konkret qərar verilməməsilə bağlıdır. Prosesin Ramiz Mehdiyevin “vurulması”, hətta həbs edilə bilməsi həddinə çatmasına baxmayaraq hələlik onunla bağlı birmənalı qərar yoxdur. Bu baxımdan da PA rəhbərinin deputatları nə edəcəklərini bilmirlər. Hakimiyyətdəki Qərbi Azərbaycan qruplaşması və Naxçıvan klanının digər qanadları da Ramiz Mehdiyevi müdafiə etməkdə maraqlı görünmür. Qərbi Azərbaycan qruplaşması ilə bağlı məsələ aydındır. Ramiz Mehdiyev bu qruplaşma tərəfindən arzuedilməz şəxs sayılır. Çünki vaxtilə  hakimiyyətdə böyük güc olan Qərbi Azərbaycan qruplaşmasını məhz Ramiz Mehdiyev sarsıdıb. Naxçıvan klanın digər qanadlarına – fövqəladə hallar naziri Kəmaləddin Heydərovla, prezidenin şəxsi mühafizə xidmətinin rəhbəri Bəylər Əyyubovun rəhbərlik etdiyi qruplara gəlincə ehtimal olunur ki, onların Ramiz Mehdiyevin postuna öz namizədləri olduğu üçün PA rəhbərinin “vurulması”nı istəyirlər.   Bu arada Ramiz Mehdiyevlə bağlı daha bir maraqlı məlumat əldə etmişik. Həmin məlumatda bildirilir ki, PA rəhbərinin keçirdiyi iclasa yeni təyin edilən müavinlərinin qatılmaması heç də onların saymamazlığı ilə bağlı deyil. Məlumata görə, Ramiz Mehdiyev özü müavinlərinin iclasda iştirakını məqəsədəuyğun saymayıb və onları toplantıya dəvət etməyib. Bu isə bir daha göstərir ki, PA rəhbərinə müavinlərin təyin edilməsi hökumətdaxili ziddiyyətlərin təzahürüdür. Ramiz Mehdiyevə müavinlər təyin edilən bu onun nəzarətə götürülməsi kimi dəyərləndirilirdi. Lakin PA rəhbəri bu təyinatları işin həcminin artması ilə izah etmişdi..

Advertisements

~ tərəfindən Patriot 19/12/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma