“MUSTO” LƏQƏBLİ KEÇMİŞ DÖYÜŞÇÜ HƏBSXANADA DÜNYASINI DƏYİŞDİ

mehbus - qehreman

Xosrov Mustafayevin azadlığa çıxmasına bir neçə ay qalırdı

Qarabağ müharibəsi veteranı, Goranboydakı 157 saylı briqadanın keçmiş komandir müavini, iki dəfə “Azərbaycan bayrağı” ordeni ilə təltif olunmuş Xosrov Ramazan oğlu Mustafayev noyabrın 6-da cəza çəkdiyi 13 saylı cəzaçəkmə müəssisəsində (Qobustan türməsində) vəfat edib.

Bu barədə haqqin.az saytı məlumat yayıb. Xəbərdə deyilir ki, onun ölümünün səbəbləri hələlik bəlli deyil. Hüquq-mühafizə orqanlarından lent.az-a daxil olan məlumata görə isə X.Mustafayev həbsxanada ürək tutması nəticəsində keçinib.

Qeyd edək ki, X.Ramazanov Qarabağ müharibəsində fəal iştirak edib. “Musto” ləqəbi ilə tanınan keçmiş döyüşçü 1994-cü ilin yanvar və oktyabr aylarında prezident Heydər Əliyevin fərmanı ilə “Azərbaycan Bayrağı” ordeni ilə təltif edilib. Lakin 1995-ci ildə mart hadisələri zamanı Rövşən Cavadovun dəstəsinə qoşulduğu və dövlətçilik əleyhinə silahlı birləşmədə iştirakına görə vətənə xəyanət maddəsi ilə həbs edilib və məhkəmənin hökmü ilə ömürlük azadlıqdan məhrum edilib.

Dövlət başçısı İlham Əliyev 2006-cı ildə Xosrov Mustafayevin 1994-cü ilin yanvar və oktyabr aylarında aldığı “Azərbaycan Bayrağı” ordenlərindən məhrum edilməsi barədə fərman imzalayıb.

~ tərəfindən Patriot 08/11/2012.

Bir Cavab to ““MUSTO” LƏQƏBLİ KEÇMİŞ DÖYÜŞÇÜ HƏBSXANADA DÜNYASINI DƏYİŞDİ”

  1. gelib bic eyami namerd dunyasi,caqqallari aslanlari yeyen zamani

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google foto

Google hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma