NAZİR MÜAVİNİ ERMƏNİLƏRLƏ QOHUMLUQ ƏLAQƏLƏRİNİ BƏRKİDİR?

eyyub yagubov

“Yaqub Eyyubovun qardaşı qızı Qazaxıstanda erməniyə ərə gedib”

«Hurriyyet.net» saytına istinadən verilmiş məlumata görə, toy mərasiminin Qazaxıstanda keçirildiyi bildirilir…

“Baş nazirin birinci müavini Yaqub Eyyubov bu yaxınlarda ermənilərlə qohum olub. Belə ki, Y.Eyyubovun qardaşı qızı Qazaxıstanda erməni əsilli gənclə ailə həyatı qurub. Bu toy mərasimində Azərbaycandan da bir qrup rəsmi şəxs iştirak edib. O cümlədən, Yaqub Eyyubovun özünün də iştirak etdiyi məclisdə adət üzrə səbəbkarların, onların ailə üzvlərinin və qohumlarının şəninə sağlıqlar deyilib. Ən əsası isə azərbaycanlılarla ermənilərin yaxın keçmişdə bir-biri ilə “dost xalqlar” olması haqda uzun-uzadı çıxışlar olub.

Məlumata görə, adı açıqlanmayan Azərbaycan rəsmilərindən biri toy məclisində Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə bərpa olunacağına ümid etdiyini bildirib. O deyib ki, bundan sonra azərbaycanlılarla ermənilər arasında qohumluq əlaqələri bərpa olunacaq va qarşılıqlı olaraq qiz verib-qız alma hallarının sayı çoxalacaq. “Gəlin arzu edək ki, bu evlilik xalqlarımız arasında dostluq münasibətlərinin bərpa olunmasında körpü rolu oynasın və qonşu xalqlar olaraq, 20 il öncəyə qədər olduğu kimi, dinc və mehriban yaşayaq” – deyə Azərbaycan rəsmisi bildirib.

Nəzərə almaq lazımdır ki, Yaqub Eyyubov sıradan bir vətəndaş deyil və ölkə hakimiyyətində çox önəmli bir mövqeyə sahibdir. Ölkədə Ramil Səfərov hadisəsinin hələ də dartışıldığı bir məqamda hakimiyyətin belə bir önəmli şəxsinin ermənilərlə qohum olmasının ictimai rəydə iqtidar üçün xeyli siyasi-mənəvi problemlər yaradacağı şübhəsizdir. Bunun üstünə bir də ölkə prezidentinin srağagünkü səfirlərin toplantısında ermənilər və erməni lobbisi haqda dediklərini gəlsəniz nəticənin Yaqub Eyyubov üçün o qədər də ürəkaçan olmayacağını düşünmək olar (Prezident toplantıda erməni lobbisini Azərbaycanın bir nömrəli düşməni adlandırmışdı).

Qeyd edək ki, 2003-cü ildə tanınmış jurnalist Rey Kazımoğlu Yaqub Eyyubovun ermənilərlə qohumluq əlaqəsi olduğunu yazdığına görə Baş nazirin birinci müavini tərəfində fiziki təzyiqlərə məruz qalmışdı. Həmin dövrdə Qarabağ əlili olan jurnaliti evinə dəvət edən Yaqub Eyyubov evində onu söyüşlərlə təhqir edərək döymüşdü.

Advertisements

~ tərəfindən Patriot 27/09/2012.

Bir Cavab to “NAZİR MÜAVİNİ ERMƏNİLƏRLƏ QOHUMLUQ ƏLAQƏLƏRİNİ BƏRKİDİR?”

  1. Gor nece dovletdi bu Azerbaycan dovleti…..Indi bir wey elesinde “Cenab prezident”…Niye hechne elemir??…Hele qiz alib-vermekden denn vurulur..nc nc…Utanin!!!!

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış /  Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: