DÖVLƏT QULLUQÇULARININ AYLIQ VƏZİFƏ MAAŞLARI (SİYAHI)

prezident aparatı

Prezident Administrasiyasında kim nə qədər maaş alır?

Dövlət orqanlarında aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 175 manat, yardımçı vəzifələr üçün – 120 manat müəyyən edilib. Bəs maksimum məbləğ nə qədərdir?

Azərbaycanda dövlət qulluqçularının əməyinin ödənilməsi “Dövlət qulluğu haqqında” qanunla tənzimlənir. Dövlət qulluqçusuna verilən məvacibin məbləği dövlət qulluğunun təsnifatına uyğunlaşdırılıb. Bura vəzifə maaşı, mükafatlar və vəzifə maaşına əlavələr da daxildir.

Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyasından Modern.az saytına verilən məlumata görə, ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə Azərbaycandakı dövlət orqanlarında qulluq edən dövlət qulluqçularının aylıq vəzifə maaşının minimum məbləği inzibati vəzifələr üçün – 175 manat, yardımçı vəzifələr üçün – 120 manat müəyyən edilib. Dövlət orqanlarında dövlət qulluqçularının aylıq vəzifə maaşının maksimum məbləği isə 1900 manat civarındadır.

Modern.az-ın araşdırmasına görə, Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşlarının məbləği sonuncu dəfə ölkə başçısının 2008-ci il 9 iyul tarixli, 2934 nömrəli sərəncamı ilə müəyyənləşdirilib. Sonralar bir neçə dəfə dövlət qulluqçularının sosial müdafiəsini gücləndirmək məqsədi ilə onların məvaciblərində cüzi artım olub.

Dövlət orqanlarında aylıq vəzifə maaşlarının məbləği ictimaiyyət üçün maraqlı ola bilər. Bu səbəbdən də ilk olaraq Prezidentin Administrasiyasında işçilərinin aylıq vəzifə maaşlarının siyahısını təqdim edirik?

Vəzifələrin adları Vəzifə maaşları (manat)
İnzibati vəzifələrin təsnifatı üzrə:  
Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri 1900
Azərbaycan Respublikasının Dövlət müşaviri 1660
Azərbaycan Respublikası Prezidentinin İşlər müdiri 1550
Azərbaycan Respublikası Prezidenti Katibliyinin rəisi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının şöbə müdiri; Azərbaycan Respublikası Prezidentinin köməkçisi, mətbuat katibi, Protokol xidmətinin rəisi 1500
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin birinci müavini 1450
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin müavini 1350
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı şöbəsinin müdir müavini 1300
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı rəhbərinin köməkçisi 1230
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında sektor müdiri 1200
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsindəAzərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdiri 1200
Azərbaycan Respublikası Dövlət müşavirinin köməkçisi 1100
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsindəAzərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda şöbə müdirinin müavini 1050
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsindəAzərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda sektor müdiri, baş mühasib 1000
Azərbaycan Respublikası Prezidentinin İşlər müdirinin köməkçisi 910
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında:  
baş məsləhətçi 1150
böyük məsləhətçi 1100
aparıcı məsləhətçi 1050
məsləhətçi 1000
Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsindəAzərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda:  
baş məsləhətçi 980
böyük məsləhətçi 960
aparıcı məsləhətçi 930
məsləhətçi 900
Yardımçı vəzifələrin təsnifatı üzrə:  
Azərbaycan Respublikası Prezidentinin İcra Aparatında, Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsində, Azərbaycan Respublikasının Prezidentinin İşlər İdarəsinin tabeliyində olan dövlət büdcəsindən maliyyələşdirilən və Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin sektoru statusuna malik olan təşkilatlarda texniki vəzifələr tutan:  
baş mütəxəssis (korrektor, stenoqrafçı, arxivarius, montajçı, sürücü, fotoqraf, videooperator, kinooperator, qrup rəhbəri və s.) 510
böyük mütəxəssis (makinaçı, inspektor, kitabxanaçı, xəzinədar, komendant, anbar müdiri və s.) 450
aparıcı mütəxəssis (kargüzar, katibə, ekspeditor və s.) 390
mütəxəssis (kuryer, ixtisas dərəcəsi olan fəhlə və s.) 330
Advertisements

~ tərəfindən Patriot 19/07/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: