RƏSUL QULİYEV AVROPA PARLAMENTİNDƏ

resul guliyev

Azərbaycanda demokratik proseslərə dəstək olacaqlar

Acıq Cəmiyyət Partiyasının lideri, eks-spiker Rəsul Quliyev Avropa Parlamentində görüşlərini davam etdirir. Bu haqda “Yeni Müsavat”a R.Quliyev özü məlumat verib. O bildirib ki, görüşlərdə Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev və R.Quliyevin Skandinaviya ölkələri üzrə müşaviri Rauf Kərimov da iştirak edirlər.

resul guliyevEks-spiker deyib ki, bu görüşlər 2013-cü ildə keçiriləcək prezident seçkilərində saxtalaşdırmanın qarşısını almaq planının tərkib hissəsidir. R.Quliyev deyib ki, 2012-ci ilin fevralından Azərbaycan hökumətinə qarşı başlanan təzyiqlər ölkə rəhbərliyi Azərbaycan vətəndaşlarının konstitusion seçki hüquqlarını real bərpa edilməyənə, müstəqil məhkəmələrin yaradılmasına imkan verilməyənə qədər intensiv inkişaf etməlidir. Ona görə, ölkə rəhbərliyinin korrupsiya və rüşvətlə oğurlanmış qara pullarının hesablarının xarici banklarda dondurulması prosesinə start verilməlidir: “İnsan hüquqlarını pozan polis və prokurorluq işçiləri, qərar çıxaran məhkəmələr və həmçinin hökumət təmsilçilərinin Avropa ölkələrində hərəkət etmələrinə viza məhdudiyyətləri qoyulması müzakirə olunmalıdır. Real qərarlar qəbul olunmalıdır”.

Mayın 29 mayda R.Quliyev Avropa Parlamentinin xarici əlaqələr, insan haqları, iqtisadiyyat, birbaşa Rusiya və Qafqaz regionu ilə məşğul olan komitələrin üzvləri və rəhbərləri Knut Flekşteyn, Ulrike Lunaçeklə, həmçinin AP hökumətinin xarici əlaqələr üzrə prezidentinin əsas müşaviri ilə görüşüb. Görüşlərdə yuxarıda qeyd edilən məsələlər müzakirə edilib, Azərbaycanda demokratik proseslərə real dəstəyin olacağına söz verilib.

~ tərəfindən Patriot 30/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma