“LE MONDE” “ƏLİYEV FONDU” HAQDA YAZDI

le monde

İşgəncələr diyarı- Azərbaycan

“Le Monde” “Heydər Əliyev Fondu”nu hakim ailənin “şəxsi bankı” adlandırdı

Səhnə quraşdırılıb. Fəhlələr son tamamlama işləri ilə məşğuldurlar. Şəhərin orta əsrlərdən qalma binalarının yaxınlığında bircə ay içində təmir edilən funikulyorun açılışına prezident İlham Əliyev gəlir. Az qala hər gün Azərbaycan paytaxtının simasını dəyişən hansısa prospekt yenidən qurulur, yüksək mərtəbəli bir bina istifadəyə verilir. Bu ölkənin liderləri paytaxtı “Qafqazın Dubayı”na çevirmək arzusundadırlar. Ən çətin məsələ buradakı köhnə gəmi qəbristanlığını buradan rədd etmək idi.
Azərbaycan Evrovisionun yarımfinalına hazır olmaq üçün misli görünməmiş resursları səfərbər etmişdi. Körfəz boyu, 165 metrlik hündürlükdə küləklərin döydüyü nəhəng bayraq qülləsinin ətəklərindəki “Kristal Holl”un köhnə tərsanənin yerində qəsdən tikildiyini söyləyirlər. Rejim 23 minlik bu zalın tikintisinə 135 milyon dollar (106 milyon evro) xərcləyib. Bu tikinti 1993-cü ildən bəri hakimiyyətdə qalan Əliyev klanına məxsus olan tikinti şirkətləri üçün göydəndüşmə olub.
Azərbaycan üçün Evrovision əla alver olub. 100 milyondan artıq tamaşaçının izlədiyi bu hadisə misilsiz reklam imkanı deməkdir. Bu musiqi şousu Qafqazın bu balaca neft ölkəsinin müasir özəlliklərini təbliğ etmək imkanı verir: əlbəttə ölkənin ən seçilmişləri də hakimiyyətdə olan sülalənin nümayəndələri sayılmaq şərtilə. Onlardan biri Evrovisionun təşkilat işlərini öz üzərinə götürən birinci ledi Mehriban Əliyevadır. Ölkənin reklam rolikində isə prezidentin qızı Arzu Əliyeva göstərilir. Şənbə günü mahnıların arasındakı fasilədə isə liderin estrada müğənnisi olan kürəkəni Eminin çıxışı nəzərdə tutulub.

“FIGHT YOUR LIAR!” (Yalanla döyüş)

“Light your fire!” (öz odunla alovlan). Avtobusların, taksiləri üzəri, restoranların divarları, bir sözlə bütün Bakı bu şüarla suvaqlanıb. Elə bu şüar da rejimin müxalifləri tərəfi üçün əla mövzu verib. 24 yaşlı musiqiçi, şənbə günü səsi eşidilə bilməyəcək Camal Əli Evrovisionun şüarını korrektə edir: “Yalanla döyüş!” “Fight your liar!” Bu saqqallı rokçu musiqi şousuna bircə həftə qalmış ölkədən Almaniyaya qaça bilib. Mart ayında o, müxalif gənclərin mitinqinə dəstək vermək üçün podiumdaydı və əlbəttə “sərxoş” vəziyyətdə. İki çıxış arasında Camal Əli prezidentin əleyhinə bir lənət səsləndirdi. Bir neçə sahiyə ərzində polislər və mülki geyimlilər səhnəyə sıçrayaraq onu qamarladılar və 15 gün həbs cəzasına məhkum etdilər. Camal Əli sonrakı sui-istifadəni belə təsvir edir: “Hər səhər onlar məni oyadaraq başıma torba keçirir və dabanlarıma döyməyə başlayırdılar”. Və tamamilə ironiyasız əlavə edir: “Yəqin ki, siz bunu işgəncə adlandırardız”.
Bu cür hadisələr həmişə ələ düşmür. Evrovision ərəfəsində ölkədəki dissidentlər səslərini duyurmaq istəyirlər. Müstəqil jurnalistlər, insan haqları müdafiəçiləri, hakimiyyəti tənqid edənlər təqib edilir, işgəncələrə məruz qoyulur, həbsxanalara doldurulurlar. Hələ aprel ayında Human Right Watch öz hesabatında elan edirdi ki, polis nümayişçiləri qəddarlıqla dağıdır, döyür, həbsə alır.
2009-cu ildə İlham Əliyev Konstitusiyanı dəyişməklə müddətsiz seçim hüququ ilə öz hakimiyyətini möhkəmləndirib. 2010 seçkilərindən sonra isə müxalifət parlamentə buraxılmadı.
Əliyevin tarixi əleyhdarlarından olan Müsavat partayisının başqanı İsa Qəmbər deyir: “Hər şey daha da pisləşməyə doğru gedir”. Onun partiyası Bakının ucqar bir məhəlləsinə sıxışdırılıb. “Onlar bizi susdurmaq üçün əllərindən gələn hər şeyi edirlər. Minlərlə müxalifətçi təqib edilir, həbs olunur, işgəncələrə məruz qalır…”. Mayın 21-də Müsavat və Xalq Cəbhəsi partiyalarının təşkil etdiyi mitinqi polis qəddarlıqla dağıtdı, onlarla insan həbs edildi.

Jurnalistlərə qarşı zorakılıqlar və həbslər

Bakıda Parisin nümunəsində olan qəzet köşkləri yerləşdirilir. Fərq yalnız bundadır ki, bu köşklərdə qəzet satışına hakimiyyət ciddi nəzarət edir. Köhnə və narahat bir ofisə sıxışıdırılan əsas müxalifət qəzeti olan “Azadlıq” qəzetinin redaktorlarından biri Rahim Hacıyev deyir: “Bizim hansı təzyiqlərə məruz qaldığımızı siz təsəvvür edə bilməzsiniz”. Bu qəzetin bir çox əməkdaşı ölkədən getməyə məcbur olub, qəzetin vebsaytı dəfəklərlə dağıdılıb. 2011-ci ildə qəzetin iki əıməkdaşı- Seymur Həzi və Ramin Deko maskalı adamlar tərəfindən oğurlanaraq yazılarına görə qəddarlıqla döyülüblər.
İndi Azərbaycanda ən azı 7 jurnalist həbsdədir. Hakimiyyət müntəzəm olaraq öz əleyhdarlarına qarşı qurama narkotika ittihamından istifadə edir.
Aprel ayında SOKAR-ın mühafizəçiləri vətəndaşların evlərini qanunsuz olaraq buldezerlə uçuranda bu hadisəni lentə alan jurnalist ölümcül çşəkildə döyülmüşdü.
Jurnalist Xədicə İsmayılova qarşı xüsusi qərəz nümayiş etdirilib. Rejimin əlaltıları hətta onun mənzilinə də gizli kamera quraşdırıblar. Bu jurnalist xanımın araşdırmaları korrupsiyaya uğrayan dövlət orqanlarının, prezident sarayının iqtisadiyyata, maliyyə mexanizmlərinə necə əl qoyduğunu ifşa edir və Əliyev ailəsinin Panamadakı ofşor şirkətləri vasitəsilə nələri əldə etdiyini açıb göstərir.
Azərbaycanda əsas mobil rabitə brendlərindən biri, banklar, inşaat holdinqləri Leyla və Arzu Əliyeva bacılarının adına sənədləşdirilib. İsveçrəli biznesmen Oliver Mestelan ise xanım Mehriban Əliyevanın gizli biznesi üzrə konsultantıdır. Son zamanlar Xədicə İsmayılova aşkar edib ki, Azərbaycanda 2,5 milyard dolar dəyərləndirilən qızıl yataqları da ofşor şirkətləri vasitəsilə Əliyeva bacılarının mülkiyyətinə verilib.

Neft hasilatına bəabər cərimələr

Bakıdakı diplomatik çevrələrdə bildirirlər ki, bütün nazirlik öz büdcəsinin 20 faizini nəqd olaraq Əliyevlər ailəsinin büdcəsinə keçirir. Hakimiyyətin əsas gəlirləri neftdən və qazdandır. Bloger Arzu Qeybullayeva iddia edir ki, xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu Əliyevlər ailəsinin “şəxsi bank”ı kimi nəzərdə tutulur…

~ tərəfindən Patriot 29/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma