KLİNTONUN GƏLİŞİ REJİMİ ƏNDİŞƏYƏ SALİB

aliyev - clinton

ABŞ dövlət katibi səfəri çərçivəsində müxalifətlə də görüşəcək

Vəfa Quluzadə: «Bu göstərir ki, ABŞ Azərbaycanda da ciddi, köklü və demokratik dəyişikliklərin keçirilməsində maraqlıdır»

ABŞ dövlət katibi Hillari Klinton 4-7 iyun tarixlərində Azərbaycan, Gürcüstan və Ermənistana səfər edəcək. Hillari Klinton Azərbaycana iyunun 6-da gələcək. Dövlət katibi səfər zamanı Azərbaycan, Gürcüstan və Ermənista prezidentləri, yüksək vəzifəli rəsmiləri ilə vacib regional, demokratiya, iqtisadi inkişaf və terrorizmlə mübarizə məsələlərini müzakirə edəcək.

Dövlət Departamentinin saytında yerləşdirilən məlumatda qeyd olunub ki, Hillari Klinton bu ölkələrdə vətəndaş cəmiyyətinin liderləri ilə görüşəcək, Gürcüstanda isə siyasi xadimlərlə geniş görüş keçirəcək. Dövlət katibi Gürcüstanda olarkən iyunun 5-də Batumda keçiriləcək ABŞ-Gürcüstan Strateji Tərəfdaşlıq üzrə Komissiyanın iclasında iştirak edəcək.

Qeyd edək ki, Hillari Klinton Cənubi Qafqaz ölkələrinə səfərini 31 may-7 iyun tarixlərində həyata keçirəcəyi Avropa turnesi çərçivəsində gerçəkləşdirəcək. Hillari Klinton Avropa turnesi çərçivəsində əvvəlcə Danimarka, Norveç və Isveçdə olacaq. Daha sonra Cənubi Qafqaz ölkələrinə səfər edəcək, buradan da Türkiyəyə yollanacaq.
Klinton Bakıya gəlməmişdən öncə Azərbaycan xalqına ünvanlanan xüsusi bəyanatla çıxış edib: “Burada biz, vətəndaş cəmiyyəti və hökumət nümayəndələri ilə Azərbaycanın qarşılaşdığı çətinliklər və imkanlar, Birləşmiş Ştatların hər iki xalqın daha işıqlı gələcəyini necə dəstəkləyə biləcəyi barədə söhbət edəcəyik. Biz bölgədə təhlükəsizliyin və sabitliyin təmin edilməsi, enerji təhlükəsizliyinin genişləndirilməsi, iqtisadi və siyasi islahatların gücləndirilməsi üzrə tərəfdaşlığın yeni yollarını müzakirə edəcəyik. Siz, milli gününüzü qeyd edərkən bilin ki, ABŞ sizinlədir. Sizi təbrik edir, sizə əmin-amanlıq və rifah dolu illər arzu edirik”.

Maraqlıdır ki, bu səfər ABŞ prezidenti Barak Obamanın 28 May Respublika Günü ilə bağlı Azərbaycanın dövlət başçısına və xalqına ünvanladığı məktubdan sonra gerçəkləşir. Respublika Günü münasibətilə xalqımızı təbrik edən ABŞ prezidenti məktubunda yazıb ki, Azərbaycan xalqı həmişə demokratiya arzuları ilə yaşayıb və 70 ildən artıq müddətdən sonra 1991-ci ildə Azərbaycanın öz müstəqilliyini bərpa etməsi həmin arzuları bir daha canlandırdı.

Ekspertlərin fikrincə, Obamanın Azərbaycana ünvanladığı məktubdan dərhal sonra dövlət katibi Klintonun ölkəmizə səfər etməsi çox əlamətdar dövrə təsadüf edir. Hazırda beynəlxalq aləmin Azərbaycana çox böyük diqqət göstərməsinin fonunda, son vaxtlar Azərbaycan hakimiyyəti ilə demokratik Qərb dünyası arasında böhran yaşanır. Xüsusilə ekspertlər o məqamı qabardırlar ki, son günlər qarşılıqlı sərt ittihamlar ara vermir. Xüsusi qeyd etmək vacibdir ki, Avropa Parlamentində Azərbaycan rəsmilərinə qarşı sanksiyaların vacibliyinin vurğulanması ilə eyni vaxtda ABŞ Konqressinin Insan Hüquqları üzrə Helsinki Komissiyasında 2013-cü ildə keçiriləcək seçkilərin müzakirəsi təşkil edilir. Və Azərbaycanda korrupsioner saxtakar hakimiyyətin olması açıq şəkildə bildirilir. Bu isə, əlbətt, münasibətlərdə böyük gərginliyin olmasından xəbər verir.
Düşünürük ki, bir məqamı da vurğulamaq yerinə düşər. Qərbin əvvəlki dövrlərdən fərqli olaraq hakimiyyətə qarşı münasibətinin günü-gündən sərtləşdiyi vaxtda Klintonun səfəri Azərbaycanda demokratiya sahəsində mövcud problemlərin həllinə müsbət təsir göstərəcək amil kimi qiymətləndirilməlidir.

vefa guluzadePolitoloq Vəfa Quluzadə də hesab edir ki, Klintonun regiona səfəri ABŞ-ın bölgəmizlə bağlı maraqlarını əyani şəkildə göstərir. Cənubi Qafqazın hər zaman ABŞ-ın maraq dairəsində olduğunu deyən V.Quluzadə vurğuladı ki, Azərbaycanın strateji əhəmiyyətini fövqəldövlətin ölkəmizə münasibətdə qabartması təsadüfi deyil. Bu üzdən ABŞ-ın Azərbaycanda normal dövlətin qurulması ilə bağlı vaxtaşırı bəyanatları və rəsmilərin açıqlamaları təəccüblü qarşılanmamalıdır: “ABŞ özünə yaxın dövlətlərdə normal cəmiyyətlərin qurulmasını istəyir. ABŞ dəfələrlə bəyan edib ki, Azərbaycanla əlaqələrdə demokratik dəyərlərə hörmət mühüm əhəmiyyət daşıyır. Ona görə ABŞ Azərbaycanda da ciddi, köklü və demokratik dəyişikliklərin keçirilməsində maraqlıdır. Bu baxımdan ABŞ Azərbaycanda da demokratik dövlətin qurulması üçün bütün səylərini göstərəcək. ABŞ Azərbaycanın da Gürcüstan kimi demokratik dövlət olmasını arzulayır. Bu mövqeyini də Amerika heç zaman gizlətməyib”.
V.Quluzadənin sözlərinə görə, bəzilərinin düşündüyünün əksinə olaraq Amerika heç zaman Azərbaycanda demokratik dəyərlərin pozulmasına göz yummayıb. V.Quluzadə vurğuladı ki, ABŞ həmişə ölkəmizdə insan haqları və demokratiyanın səviyyəsinə diqqət yetirib: “Heydər Əliyev 93-cü ildə hakimiyyətə gələndə ABŞ Dövlət Departamentinin Azərbaycandakı durumla bağlı bir hesabatı verilmişdi. Həmin hesabatda ölkədəki real durum obyektiv şəkildə işıqlandırılmışdı. ABŞ heç zaman Azərbaycanda demokratiyanın pozulmasına göz yummayıb. Sadəcə olaraq ABŞ-ın maraqları və tələbləri hər dövr üçün müəyyən dərəcədə olub. 90-cı illərdə ABŞ Azərbaycanla geosiyasi məsələləri həll edirdi. Amma demokratiya ilə bağlı tələbləri də olsa, təkid etmirdi. Indi isə artıq dövr dəyişib. 21-ci əsrdə artıq demokratiya ilə bağlı tələbləri ertələmək olmaz”.
Rəsmilər təkzib edir
“ABŞ-ın dövlət katibi Hillari Klintonun iyunun 6-da Azərbaycana planlaşdırılan səfəri təxirə salınıb”. Prezident Adminstrasiyasının Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov bu barədə ANS-ə eksklüziv müsahibəsində məlumat verib.ÿO bildirib ki, onda olan məlumata görə, belə bir səfər gözlənilsə də təxirə salınıb: “Hillari Klintonun iş proqramı ilə əlaqədar olaraq bu səfər başqa vaxta keçirilib”.
Maraqlıdır ki, ABŞ Dövlət Departamentinin rəsmi saytında da Hillari Klintonun deyilən vaxtda regiona səfərinin gerçəkləşəcəyi bildirilir. “Azadlıq”ın diplomatik mənbəələrdən əldə etdiyi məlumata görə, dövlət katibinin səfər proqramında heç bir dəyişiklik edilməyib və o, iyunun 6-da Azərbaycanda olacaq.

~ tərəfindən Patriot 28/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma