İTV-də TƏRCÜMƏ SAXTAKARLIĞI (VİDEO)

Lorin

İctimai Televiziya “Eurovision-2012” mahnı yarışmasının ikinci yarımfinalının qaliblərinin mətbuat konfransının birbaşa yayımı zamanı açıq saxtakarlığa yol verib

“Reuters” agentliyi müxbirinin İsveç təmsilçisi Lorinə verdiyi sual İTV-nin efirində Azərbaycan dilinə yanlış tərcümə edilib. Jurnalist qadın Lorindən onun Azərbaycanın müxalifət nümayəndələri ilə görüşünü şərh etməsini istəyib. Ancaq sual Azərbaycan dilinə elə çevrilib ki, guya jurnalist Lorindən özünü səhnədə necə hiss etməsini soruşub.

Bununla yanaşı, mətbuat konfransının yerli aparıcısı Lorinin bu suala istədiyi kimi cavab vermək haqqının olduğunu qeyd edərək, deyib ki, burada hamının ovqatı yaxşıdır, yəqin ki, siyasət barədə danışmağa dəyməz.

Müğənninin özü isə suala fəlsəfi cavab verərək qeyd edib ki, sanki iki Lorin var və bu saat yalnız öz səhnə çıxışı barədə danışmaq, “öz ovqatını, eyforiyasını çatdırmaq istəyir”.

Maraqlıdır, Azərbaycanın İctimai Televiziyasının ayıbını daima örtən Avropa Yayım Birliyi İTV-nin saxtakarlığına nə deyəcək?

Sosial şəbəkələrdə İTV-nin “buraxdığı quş” qızğın müzakirələrə səbəb olub. Axı Azərbaycanda ingilis dilini təkcə bu kanalda işləyənlər bilmir, onların sayı on, bəlkə də yüz minlərlədir.

~ tərəfindən Patriot 25/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma