“BILD” HƏRƏKƏTƏ KEÇDİ

Bild.de

Əliyevlərin ifşasına Almaniyanın media nəhəngi qarışdı

“Bild” Azərbaycanda sülalə hakimiyyətinin hökm sürdüyünü yazdı

Almaniyanın nüfuzlu “Bild” qəzeti “Eurovision” musiqi yarışması fonunda Azərbaycanda keçirilən antidemokratik seçkilərdən, ölkəmizdə korrupsiyanın geniş yayılmasından və mətbuat azadlığının pozulmasından bəhs edən məqalə yayımlayıb. Məqalədə ölkəmizdə antidemokratik idarəçiliyin hökm sürdüyü xüsusi vurğulanıb. Qəzet yazır ki, Azərbaycanda hakimiyyət 2003-cü ildə Heydər Əliyevdən İlham Əliyevə irsən ötürülüb.

“Bild” 2005-ci ilə ekskursiya edərək hakimiyyətin müxalifətə qarşı hücumlarını xatırladır. “Azadlıq bloku”nun keçirdiyi mitinqlərə toxunaraq insanların cəsarətlə meydanlara axışdığı, polislərin isə onlarla amansızcasına davrandığı bildirir: “İlham Əliyev ölkəni dəmir yumruqları ilə idarə edir. Son aylarda beynəlxalq təşkilatlar dəfələrlə bu ölkədə insan haqlarının, mülkiyyət hüquqlarının, din və vicdan azadlıqlarının sərt formada pozulmasına görə Azərbaycan hakimiyyətini ittiham edir. Dünyada mətbuat azadlığının reytinqinə görə Azərbaycan 152-ci sıradadı. Bu göstəriciylə Azərbaycan Pakistan, Əfqanıstan, İraqdan da geridə qalır”.

Almaniyanın mediasının nəhəngi sayılan “Bild” qəzeti Azərbaycanda korrupsiyanın geniş yayıldığını, ölkəyə külli miqdarda valyuta daxil olmasına baxmayaraq insanlarımızın səfalət içində yaşadığını da vurğulayıb: “2005-ci ildə yeni 1760 km uzunluğunda Bakı-Tbilisi-Ceyhan boru kəməri istismara verilib. Artan neft gəlirlərinə baxmayaraq, əhalinin əksər hissəsi yoxsulluq içərsindədir və işsizlik problemi hələ də öz həllini tapmayıb. Ölkədə korrupsiya geniş yayılıb”.

Xatırladaq ki, “Bild” qəzeti əsası 1952-ci ildə qoyulmuş Almaniyanın ən nəhəng media holdinqinə daxildir. Qəzet düyanın ondan artıq ölkəsində, müxtəlif dillərdə yayımlanır. Almaniyanın keçmiş prezidenti Kristian Vulf məhz “Bild” qəzetində dərc olunan silsilə məqalələrdən sonra istefa verməyə məcbur olmuşdu. Həmin məqalələrdə federal prezident korrupsiyada, söz azadlığına mane olmaqda günahlandırılırdı. Kristian Vulf barəsində ifşaedici məqalələr yayımlandıqdan sonra Almaniya cəmiyyətində prezidentə qarşı geniş kampaniya başladıldı və o, vaxtından əvvəl hakimiyyətdən uzaqlaşdı.

~ tərəfindən Patriot 25/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma