“LE MONDE” ƏLİYEVİ YIRTICI ADLANDIRDI

le monde

Fransanın ən populyar qəzeti Azərbaycanda diktaturanın hökm sürdüyünü yazdı

“Əliyev ailəsi indi Paşayevlər klanı ilə ittifaqda ölkənin bütün sərvətlərinə nəzarət edir”

Fransanın dünyaca məşhur “Le Monde” qəzeti 20 may tarixli sayında Azərbaycandakı vəziyyətlə bağlı məqalə dərc edib. Giyom Perye adlı müəllifin qələmə aldığı məqaləni təqdim edirik:

Neft bolluğu və azadlıq qıtlığı

“Evrovision” gənc Azerbaycan Respublikasının ev sahibliyi edəcəyi ilk beynəlxalq əhəmiyyətli tədbirdir. Mayın 26-da Bakıda çox bahalı xərclərlə başa gələn, Xəzər sahilində 23 min tamaşaçı tutumu ilə tikilən “Kristal Holl”dan yayımlanan tədbiri dünyada 100 milyon insan izləyəcək.
Bu bayram 2003-cü ildən bəri ölkəni dəmir yumruqlarla idarə edən İlham Əliyevə öz ölkəsini reklam etmək üçün əvəzsiz imkanlar verir. İran və Rusiyanın arasında qısılıb qalan Cənubi Qafqazın bu kiçik və təbii sərvətlərlə zəngin olan türkdilli ölkəsi Qərb investorlarını cəlb etmək üçün özünü dünyəvi və müasir dəyərlərə bağlı ölkə kimi göstərmək istəyir. Amma burada kadrarxası neft dollarlarının doğurduğu faktları mövcuddur. Azərbaycan bütün sərvətləri məhdud bir çevrənin əlində cəmləşdirən yırtıcı və kleptomanik bir rejim mövcuddur.

Siyasi durumun əcayibliyi

2009-cu ilin martında Azərbaycan prezidenti İlham Əliyev hamını heyrətləndirən və 90 faiz seçici səsi ilə möhkəmləndirilən bir referendum təşkil etdi. Bu referendum prezident vəzifəsinə seçilmə məhdudiyyətini ortadan qaldırdı və Əliyevə stədiyi qədər prezident olmaq imkanı verdi. Belə çıxır ki, 2013-cü ildə keçiriləcək prezident seçkiləri artıq indidən sadəcə formal bir akt kimi dəyərləndirilə bilər. Azərbaycanı Sovet hökumətinin zamanından indiyə qədər, demək olar ki, 45 ildir idarə edən Əliyev ailəsi indi birinci ledinin məxsus olduğu Paşayevlər klanı ilə ittifaqda ölkəyə və onun bütün sərvətlərinə nəzarət edir.
Yeni Azərbaycanın lideri İlham Əliyev ölkəni atasının şəxsiyyətinə pərəstiş üzərində idarə edir: onun portretləri və sitatları ölkənin hər yerini bürüyüb, hər il mayın 10-da Heydər Əliyevin ad günü gül bayramı şəklində qeyd olunaraq Azərbaycanı “şimal-qərbi Koreya” adını qazanmağa daha artıq yaxınlaşdırır. İlham Əliyev olduqca böyük ehtiyatla ölkənin demokratikləşdirilməsinin qarşısını almaqdadır. Hər bir seçkidən sonra beynəlxalq müşahidəçilər kütləvi saxtakarlıqları ittiham edən bəyanatlar səsləndirirlər. Son 2010-cu il parlament seçkilərində isə saxtakarlıq o həddə qədər oldu ki, ilk dəfə olaraq parlamentə bircə nəfər də olsun müxalifətçi buraxılmadı.

Müxalifət fəalları ya həbsxanaya, ya da mühacirətə

Zahirən Azərbaycan Xalq Cəbhəsi və Müsavat kimi rəqib partiyalara dözümlü yanaşma göstərilir, amma bu siyasi təşklatların minlərlə üzvü zaman – zaman ya həbsxanalara, ya da ölkə sərhədlərindən kənara atılır. Mitinqlər ciddi qadağan altındadır.
İnsan haqlarından söhbət gedə bilməz. “Evrovision” yaxınlaşdıqca rejim daha amansız olur və təzyiqləri artırmaqdadır. Polis diktaturasının hökm sürdüyü Azərbaycan rəhbəri mətbuatın yırtıcı düşmənləri siyahısına daxildir. İndi orada jurnalistlər həbsdədir. “Human Rights Watch” aprel ayında yaydığı hesabatda yazır: “Hakimiyyəti tənqid edən onlarla jurnalist mühakimə edilib, həbsxanalara atılıb, iri məbləğdə cərimə edilib, hətta tənqidi yazılarına görə insanları narkotika ilə ittiham etmək təcrübəsi də mövcuddur”.

2011-ci ildə “Azadlıq” qəzetinin iki əməkdaşı maskalı insanlar tərəfindən oğurlanaraq döyülüb bə onlara tənqidi yazılarını dayandırmaq haqqında hədə-qorxu gəlinib. 2010-cu ildən başlayaraq dissidentlərə qarşı təzyiqlər xüsusilə artmağa başlayıb.
2011-ci ilin mart ayında sosial şəbəkələrdə fəallıq edən gənclər ərəb ölkələrində baş verən proseslərə dəstək olaraq Bakının mərkəzində mitinqlər təşkil etməyə cəhd göstərmişdilər. Bu aksiyada iştirak edən yüzlərlə insan həbs edilmişdi. Hakimiyyət Azərbaycanda belə bir dalğanın baş qaldıracağından möhkəm qorxur.
Hakimiyyət, eyni zamanda Bakının yenidən qurulması planı ilə də insan haqlarına təcavüzünü davam etdirir. Qabaqcadan xəbərdarlıq etmədən, gecə vaxtı hətta hüquq müdafiəçisi Leyla Yunusun Sülh və Demokratiya İnstitutunun ofisinin yerləşdiyi bina da buldozerlərlə darmadağın edilir.

Heydər Əliyev Fondu – qara xərclər yeşiyi

İri dövlətlər, o cümlədən də Avropa dövlətləri Azərbaycanın neft-qaz resurslarından faydalanmaq və Rusiyanı yan keçərək Avropaya gətirilən alternativ enerji koridoru yaratmaq istəyirlər. NATO Azərbaycanda özünün raket əleyhinə müdafiə qurğularını yaratmaqda israrlıdır. Fransa da regionda fərqli iddialarda deyil: 2007-ci ildə İlham Əliyevə Fəxri Legioner Böyük Xaç ordeni verildi. Həmin ilin martında isə o zamankı mədəniyyət naziri birinci ledi M. Əliyeva ilə birlikdə Heydər Əliyev Fondunun maliyyə dəstəyi ilə sərginin açılışını etdi. Bu Fond Azərbaycanda qara xərclər sxeminin əsas yeşiyi sayılır.
Bu şübhəli münasibətlər amerikan mənbələrində də əks olunub. Məsələn Əliyevləri Vikileaksdə Siciliya Karleonları ilə müqayisə etmişdilər.
İndi Rusiya və İranla gərgin münasibəti olan Azərbaycan İsraillə yaxınlaşmağa başlamışdır ki, bu da bir çox çevrələrdə anlaşılmazlıqla qarşılanmaqdadır. İsrail Azərbaycan ərazisində İran əleyhinə özünün hərbi hava qüvvələrinin bazalarını yerləşdirməyə iddialıdır.

Ermənistanla münaqişə

Qonşu Ermənistan Azərbaycan ərazisinin 16 faizini işğal altında saxlamaqda davam edir. 1994-cü ildən bəri davam edən atəşkəs rejimi olsa da, az qala hər həftə bu təmas xəttində əsgərlər ölür. 20 ildir dondurulan Qarabağ münaqişəsinin həlli hələ də real görünmür. 30 min nəfərə qədər insan həyatını udan Qarabağ münaqişəsi İlham Əliyev üçün göz dağıdır. Ölkədə daxili regionlardan qaçqın olan 1 milyona qədər insan çadır şəhərciklərində və ya şəraiti bərbad olan yerlərdə yaşayır. Amma hakimiyyət enerji gəlirləri hesabına hərbi xərclərini artırmaq haqqında lovğalıqla danışır, müasir hərbi texnolgiyalara bədxərcliklə iri pullar sərf edir. Zaman -zaman Bakı Yerevanı hədələməkdədir ki, əgər işğal edilən torpaqlar azad edilməzsə, hərbi əməliyyatlar başlaya bilər. Təəccüblü deyil ki, Ermənistan Bakıdakı Avrovision mərasimini boykot etməkdədir. Xatırladaq ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsi qədərdir.

~ tərəfindən Patriot 23/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma