“CHANEL 4” ƏLİYEV REJİMİNİ İFŞA ETDİ (VİDEO)

chanel 4

Britaniya telekanalı İctimai Palatanın etiraz aksiyalarını yayımladı

Britaniyanın dünyaca məşhur telekanallarından biri “Chanel 4” Azərbaycanla bağlı reportaj yayımlayıb. Reportajda “Eurovision” musiqi yarışmasına hazırlıq, ölkəmizdə insan hüquqları, söz azadlığı və mülkiyyət hüquqlarının durumundan bəhs olunur. “Chanel 4” Avropanın ən nüfuzlu musiqi yarışmasına ev sahibliyi edən ölkədə insanların fundamental azadlıqlarının qorunmadığını, vətəndaşların mülkiyyət hüquqlarının tapdandığını bildirir.

Kanalın əməkdaşı gənc musiqiçi Camal Əlinin gənclərin aksiyası zamanı oxuduğu mahnının sözlərinə görə təzyiqlərlə üzləşdiyini deyir. Daha sonra neft şirkətinin əməkdaşlarının Sulutəpə qəsəbəsində evləri sökdüyünə toxunaraq jurnalist İdrak Abbasovun şirkətin mühafizəçiləri tərəfindən döyüldüyünü xatırladıb.

“Chanel 4” İctimai Palatanın keçirdiyi dinc etiraz aksiyalarına və müxalifətçilərin səsləndirdiyi tələblərə də diqqət ayırıb. Bununla yanaşı, vicdan məhbuslarının azad olunması və sərbəts toplaşmaq azadlığının bərpa edilməsi tələbiylə keçirilən aclıq aksiyası da İngiltərə kanalının diqqətindən yayınmayıb. Kanalın əməkdaşı aclıq aksiyası keçirənlərə baş çəkərək onların fikirlərini öyrənib.


Seyr et

~ tərəfindən Patriot 22/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma