“BBC” AZƏRBAYCANDA HAQSIZLIĞIN HÖKM SÜRDÜYÜNÜ YAYIMLADI (VİDEO)

bbc panarama

BBC Əliyevlərin biznes fəaliyyəti haqda yeni material yaydı

“BBC” media korporasiyasının “Panorama” proqramının Azərbaycanla bağlı verilişi mayın 21-də efirə verilib. Verilişdə Azərbaycanda yüksək rütbəli məmurların biznes maraqlarından, “Eurovision” musiqi yarışmasının finalına bir neçə gün qalmış Bakıda müxalifətə göstərilən təzyiqdən bəhs olunub, eyni zamanda ölkə başçısı İlham Əliyevin ailəsinin biznes fəaliyyəti haqda danışılıb.

“Panorama” proqramının müxbiri Pol Kenyon Azərbaycan rəhbəri İlham Əliyevin yaxın qohumlarının ofşor zonalarda, o cümlədən Panamada qeydiyyatdan keçmiş şirkətləri olduğunu təsdiqləyən sənədlər əldə edib.

Reportajda Əliyevin qızları – Arzu və Leyla Əliyevaların Azərbaycanda mobil telefon operatorları ilə bağlılığı barədə danışılıb. Həmçinin ölkənin qərbindəki qızıl yataqlarının istismarının da onların adıyla bağlı olduğu proqramda vurğulanıb. Proqramda İlham Əliyevin 15 yaşlı oğlunun da Bakıda otel və Dubayda 40 milyon dollarlıq mülkü olduğu xatırladılıb.

Azərbaycanın Britaniyadakı səfiri Fəxrəddin Qurbanov BBC-yə məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib və bildirib: “Qəzetlərdə hər yazılana inanmaq olmaz. Sözsüz ki, bir az çətin məsələdir. Mən Əliyevlər ailəsinin üzvü deyiləm və ailə ilə bağlılığı olmadan belə suallara cavab verə bilmərəm”. BBC Azərbaycan rəhbərinin yaxın qohumlarından da şərh ala bilməyib.

Verilişdə həm də “Eurovision” musiqi yarışmasına hazırlıq və bu fonda baş verənlər, eləcə də hakimiyyətin tənqidçilərinə sərt münasibətdən də söz açılıb

~ tərəfindən Patriot 22/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma