MÜXALİFƏT AKSİYA QƏRARI VERDİ

müxalifet

İctimai Palata sabah Bakının mərkəzində aksiya keçirəcək

Ictimai Palatanın mayın 19-da mitinq, 20-də isə piket keçirmək üçün aidiyyəti yer ayırması müraciətinə Bakı Şəhər Icra Hakimiyyətindən dünən cavab gəlib. Meriya mitinq üçün müraciətin gec olduğunu bildirib. IP-nin Ictimai Televiziyanın qarşısında mayın 24-də piket keçirmək niyyətinə gəlincə, BŞIH-dən bildirilib ki, həmin gün “Eurovosion” mahnı yarışmasının yarımfinal konserti keçiriləcək, ona görə də ITV-nin qarşısında hər hansı siyasi aksiya həmin beynəlxalq tədbirin pozulmasına yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.

Gülağa Aslanlı: “Meriyanın mitinqlərə icazə verməməsi onu göstərir ki, hakimiyyət aksiyalardan narahatdır”

BŞIH-in cavab məktubundan sonra IP mayın 21-də saat 13.00-da BŞIH-nin qarşısında aksiya keçirmək qərarı verib. Bunu “Yeni Müsavat” qəzetinə açıqlamasında Müsavat Partiyasının başqan müavini Gülağa Aslanlı bildirib. G.Aslanlının sözlərinə görə, BŞIH-in icazə verməməsi onu göstərir ki, hakimiyyət IP-nin keçirdiyi aksiyalardan narahatdır: “Iqtidar indiyədək keçirilən mitinqlərə müxtəlif vasitələrlə mane olub. Onların bu cür addımları insanlarda daha çox qıcıq doğurur”. Müsavat başqanının müavini budəfəki piketdə bir sıra yeniliklərin olacağını bildirsə də, təfərrüatlar barədə danışmaq istəmədi: “Hakimiyyət hansı yolla olursa-olsun bizə mane olmağa çalışır. Amma mən bəyan etmək istəyirəm ki, onların bu niyyətləri alınmayacaq. Əksinə, fikrimcə, budəfəki piketimiz daha da möhtəşəm olacaq. Saat 13.00-da başlayacaq piketimiz BŞIH-in qarşısında olacaq. Amma onların piket iştirakçılarına qarşı zor tətbiq etmələri və aksiyanın qarşısını sərtliklə almaları səbəbindən biz paytaxtın digər nöqtələrində də etirazlar etmək fikrindəyik. Vicdan məhbusları azad, sərbəst toplaşmaq hüquqlarımız bərpa olunmayana kimi biz bu iqtidardan əl çəkən deyilik. Düşünürəm ki, konkret yer adı çəkmək planı poza bilər. Ona görə qoy bu piketimiz iqtidara sürpriz olsun”.
ITV-nin qarşısında mayın 24-də keçirmək istədiyi aksiyaya gəlincə, G.Aslanlı bildirdi ki, bu aksiya da gündəmdə qalır. IP Koordinasiya Şurası mayın 23-də keçirəcəyi yığıncağında mayın 24-də ITV-nin binası qarşısında keçirmək istədiyi aksiya, həm də mayın 25-də müxalifət liderlərinin Milli Parkda düzənləmək istədiyi gəzinti ilə bağlı son qərarı verəcək.

Razi Nurullayev: “Ölkəni azad və demokratik görmək istəyən hər bir vətəndaşı piketə çağırıram”

AXCP sədrinin müavini Razi Nurullayev də Azərbaycanı sevən, ölkəni azad və demokratik görmək istəyən hər bir vətəndaşı piketə çağırdı. R.Nurullayevin sözlərinə görə, “Eurovision” musiqi yarışmasını işıqlandırmaq üçün Bakıda olan əcnəbi jurnalistlərin burada olmasından maksimum istifadə etmək lazımdır. Mayın 21-də keçiriləcək icazəsiz piketi işıqlandırmaq üçün xarici medianın Azərbaycanda olan bütün nümayəndələrinə bu barədə məlumat verildiyini deyən AXCP sədrinin müavini bildirdi ki, artıq bundan narahat olan iqtidar müxtəlif vasitələrlə jurnalistləri BŞIH-in qarşısına getmək fikrindən daşındırmağa çalışır: “Bilirsiniz ki, yüzlərlə əcnəbi jurnalist Azərbaycandadır. Hesab edirəm ki, bundan əlverişli şərait heç vaxt müxalifətin əlinə düşməyəcək. Ona görə də bu aralar boş durmaq lazım deyil. Bütün vasitələrdən istifadə edib Azərbaycandakı antidemokratik vəziyyəti, iqtidarın yarıtmaz siyasətini burada olan əcnəbi jurnalistlər vasitəsi ilə dünyanın diqqətinə çatdırmaq lazımdır. Bu yöndə artıq biz işlərimizi daha da sürətləndirmişik. Növbəti piketin işıqlandırılması üçün biz bütün media nümayəndələrini məlumatlandırmışıq. Hesab edirəm ki, xarici medianın piketi işıqlandırması bizim haqlı işimizə bir növ stimul və effektivlik qatacaq. Piketimiz isə fikrimcə, bu dəfə daha da möhtəşəm olacaq. Çünki, məndə olan məlumata görə, sıralarımız genişlənir, piketdə iştirak etmək istəyənlərin sayı günü-gündən artır”.

~ tərəfindən Patriot 20/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma