LEYLA YUNUS: “AZƏRBAYCANDA MAFİYA HAKİMİYYƏTDƏDİR”

leyla yunus

Hüquq müdafiəçisi Istanbul, Cenevrə və Brüsseldə beynəlxalq tədbirlərdə nədən danışıb?

Sülh və Demokratiya Institutunun rəhbəri, hüquq müdafiəçisi  Leyla Yunus Avropaya səfərdən qayıdıb. Səfər barədə “Azadlıq”a məlumat verən hüquq müdafiəçisi bildirib ki, ilk dayanacağı Türkiyənin Istanbul şəhəri olub: “Istanbulda Beynləxalq qadınların insan hüquqları və inkişafı forumuna qatılmışdım. Forum qadınların hüquqlarına, insan hüquqlarının müdafiəsi ilə məşğul olan qadınların problemlərinə, qısaca, gender məsələlərinə həsr olunmuşdu. Insan hüquqlarının müdafiəsi il məşğul olan qadınların təzyiqlərə məruz qalması ilə bağlı Azərbaycan və Özbəkistanın adları hesabatı salındı”.
Leyla Yunus bildirib ki, daha sonra Cenevrədə OMSITÜ təşkilatının toplantısına qatılıb: “Mən bu təşkilatın Baş Assambleyasının üzvüyəm. Təşkilatın plenumu 3 gün davam etdi. Bir gün isə Baş Assambleyanın iclası keçirildi. Iclasda təşkilatın gələcək fəaliyyəti müzakirə olundu. Tədbirdə AŞ PA-nın üzvləri də iştirak edirdi. Orda çıxışlar oldu ki, Azərbaycan hökuməti AŞ PA-nın nümayəndələrini ələ almaq üçün külli miqdarda pullar xərcləyir. Bu faktı da mən də diqqətə çatdırdım. Həmçinin qeyd etdim ki, əvvəlki həmməruzəçilər Herkel və Qross daha prinsipial idilər. Lakin indi Maltadan və Ispaniyadan olan Azərbaycan üzrə həmməruzəçilər onlar kimi çalışmır. AŞ PA-nın insan hüquqları komitəsinin üzvü olmuş Dik Martin də Parlament Assambleyasının nümayəndələrinin pulla ələ alınması faktından danışdı. O, hətta bildirdi ki, ona da pul təklif olunub, lakin imtina edib. Daha sonra mən orada Azərbaycanda dörd hüquq müdafiəçisinin – Oqtay Gülalıyevin, Vidadi Isgəndərovun, Taleh Xasməmmədovun və Zeynal Bağırsoyun həbsini diqqətə çatdırdım. Bu tədbir olanda Zeynal Bağırsoy hələ azadlıqa buraxılmamışdı”.
Hüquq müdafiəçisi deyib ki, Cenevrədən sonra Brusselə səfər edib. Orada Avropa Birliyinin təşkil etdiyi konfransa qatılıb: “Konfrans” Vətəndaş cəmiyyəti institutları ilə hökumətin dialoqu” mövzusunda idi. Tədbirdə jurnalistlər də iştirak edirdi. Əsas müzakirə olunan məsələlərdən biri də Avropa Birliyinin vətəndaş cəmiyyəti ilə hökumətin birgə fəaliyyəti üçün vəsait ayrılması oldu. Mən bildirdim ki, Azərbaycanda bu mümkün deyil. Çünki Azərbaycanda mafiya hakimiyyətdədir. Azərbaycan hakimiyyəti ölkəni kriminal qaydalarla idarə edir. Digər tərəfdən onlara pul vermək lazım deyil, çünki korrupsiya yolu ilə ölkənin milyonlarını mənimsəyiblər”.
Leyla Yunus sonda bildirib ki, bu səfərlər Azərbaycanda demokratikləşmə prosesinin sürətlənməsinə fayda verəcək.

~ tərəfindən Patriot 20/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma