“THE GUARDİAN”- ın ƏLİYEVƏ QARŞI YAZILARI SƏNGİMİR

aliyev-guardian

Britaniyanın nüfuzlu qəzeti yenə Azərbaycan iqtidarını tənqid etdi

Qərb mediasında Azəraycanda ictimai-siyasi durum, insan haqlarının vəziyyəti və “Eurovision” musiqi yarışması fonunda tənqidi məqalələrin dərci davam edir. İngiltərənin nüfuzlu “The Guardian” qəzetində dərc olunmuş növbəti məqalədə deyilir ki, “Eurovision” adətən mədəniyyət təqviminə parlaq qeydlə düşür. Lakin “Eurovision”ın bu il Azərbaycanda keçirilməsi yarışma üzərində boz duman qatı yaradıb. Çünki Azərbaycan “Sərhədsiz Reportyorlar”ın son hesabatında mətbuat azadlığının səviyyəsinə görə 162-ci yerdə qərarlaşıb.

“Mayın 26-da İlham Əliyevin əleyhdarları yarışmanın finalını həbsxanada qoyulmuş televiziya vasitəsilə izləyəcək. Hökumət yarışmadan istifadə etməklə Avropada PR kampaniya apararaq ölkənin imicinin yaxşı mənada təqdim olunmasına çalışır. Amma Berlində bu işlə məşğul olan “Consultum” şirkəti çətinliklə üzləşdi. Almaniya mediası silsilə olaraq Azərbaycanla bağlı tənqidi materiallar dərc etdirir. İngiltərədəki “Freud Communications” və “Ketchum” şirkətləri də Azərbaycan lehinə lobbiçilik edir. “Freud Communications” əsasən mədəni layihələr üzrə ixtisaslaşıb. Şirkət İlham Əliyevin qızı Leyla Əliyevanın layihələri üzərində çalışır. “Freud Communications” şirkətinin rəmisi Azərbaycanda insan haqlarıyla bağlı problem olduğunu etiraf etsə də, “Eurovision” öncəsi bu tip məsələlərin qaldırılmasının əleyhinədir”, – deyə “The Guardian” qəzetindəki məqalədə yazılıb.

~ tərəfindən Patriot 18/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma