LAÇININ İŞĞALINDAN 20 İL ÖTÜR

Laçın

Arif Paşa: “Rayonun işğalında əsas günahkarlar Elbrus Orucovla Şahin Musayevdir”

Laçın rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmasından 20 il ötür. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın rayonu şimaldan Kəlbəcər, şərqdən Şuşa, cənubdan Qubadlı, qərbdən isə Ermənistanla həmsərhəddir. Ərazisi 1835 kvadrat kilometr, əhalisi işğala qədər 64 min nəfər olub. İşğal nəticəsində 1 şəhər, 1 qəsəbə və 120 kənd düşmən əlinə keçib, 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub. Rayon ərazisindəki 133 iri və orta müəssisə, 20 tibb müəssisəsi, 217 mədəniyyət ocağı, 40-dək mədəni və tarixi abidə, onlarla təhsil müəssisəsi hazırda işğal altındadır.

Laçının işğalı zamanı rayondan axırıncı çıxanlardan biri də Laçın alayının keçmiş komandanı Arif Paşa olub. İşğalla bağlı “Yeni Müsavat” a danışan keçmiş alay rəhbəri rayonun ermənilər tərəfindən zəbt olunmasında briqada komandiri Elbrus Orucov və Şahin Musayevin birbaşa məsuliyyət daşıdığını bildirdi. Onun sözlərinə görə, bu gün Laçının necə işğal olunduğu yox, Qarabağı necə qaytarmaq sualı aktual olmalıdır. A.Paşa qeyd etdi ki, Laçın Azərbaycanın müstəqilliyi uğrunda savaşan qüvvələrlə müstəqilliyin əleyhinə olan qüvvələr arasındakı mübarizənin nəticəsində işğal olundu: “Günahkar axtaranda gərək o zamankı siyasi situasiyanı da nəzərdən keçirək. Çünki həmin vaxtlar Azərbaycandakı vəziyyət ürəkaçan deyildi. Həm vəzifə uğrunda gedən mübarizə, ordunun vahid olmaması Laçının işğalında başlıca rol oynayan amillərdən olub. Amma düşünürəm ki,  Laçın kimi  strateji rayonun işğalında günahkar olanlar cavab verməlidirlər. Mən heç nədən çəkinmədən deyə bilərəm ki, Laçının işğalında ən böyük günahkarlar Elbrus Orucov və Şahin Musayev olub”.
Laçının işğalında Rusiyaya meylli qüvvələrin də əlinin az olmadığını deyən keçmiş döyüşçü hesab edir ki, Kremlin də bu məsələdə İrəvana birbaşa dəstək verməsi işğalı daha da sürətləndirdi. A.Paşanın fikrincə, Azərbaycanın hərbi və insan potensialı torpaqlarımızın müharibə yolu ilə geri qaytarılmasına imkan verir: “Hər bir xalqın öz torpağını geri qaytarmaq hüququ var. Bizim müharibə aparmağımız tək bizdən asılı deyil. Bunun üçün ortaya ciddi milli iradə qoymaq lazımdır. Dağlıq Qarabağ münaqişəsinin həlli beynəlxalq qüvvələrə həvalə edilməməli idi. Bu, bizim daxili işimizdir. Münaqişə erməni quldurlarının milli ədavət salmasının nəticəsində baş qaldırmışdı. Azərbaycan bu məsələni öz daxili işi kimi həll etməli idi. İndiki dövrdə belə çıxır ki, biz problemi həm də beynəlxalq güclərin iradəsi ilə hesablaşaraq həll etməliyik. Hakimiyyət bu məsələni dünya dövlətlərinin müzakirə predmetinə çevirməməli idi. Mən millətçi adamam. Düşünürəm ki, Azərbaycanın problemlərinin həlli milli iradədən asılıdır. Şərqin, Qərbin, Şimalın, yaxud da Cənubun Azərbaycanın daxili məsələsinə müdaxiləsi yolverilməzdir. Çox təəssüf edirəm ki, zamanında buna fikir vermədilər”.

~ tərəfindən Patriot 18/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma