ELNUR MƏCİDLİ AZADLIQDA (VİDEO)

elnur mecidli

«Həmin Elnuram, heç nə dəyişməyib, yolumdan dönməmişəm»

AXCP Gənclər Komitəsinin üzvü, vicdan məhbusu Elnur Məcidli 13 aylıq məhbəs həyatından sonra mayın 15-də məhkəmənin qərarı ilə azadlığa buraxıldı. Xəbəri axşam saatlarında gənc fəalın atası Arzuman Məcidlidən aldıq. 17 saylı cəzaçəkmə müəssisəsi rəhbərliyinin ona zəng edərək oğlunun azad edildiyini xəbər verdiyini deyən A.Məcidli bununla belə, Elnuru gözü ilə görməyənə qədər onun azad edildiyinə inanmadığını bildirdi. Axşam saat 19-dan sonra isə həm Arzuman Məcidli, həm də biz gənc fəalın azadlığa buraxıldığına əmin olduq.
İlk olaraq “Azadlıq”a açıqlama verən Elnur Məcidli əvvəlcə onu bildirdi ki, azadlığa buraxılması barədə qərarı Xəzər Rayon Məhkəməsi çıxarıb: “Cəzamın ikidə-birini çəkdiyim üçün vaxtından əvvəl azad olunmağımla bağlı məhkəməyə müraciət etmişdim. Bu gün (dünən) məhkəmə işə baxdı və məni şərti olaraq azad etdi. Sözün düzü, məhkəmənin belə bir qərar verəcəyinə inanmırdım. Amma yenə də ümid var idi ki, “Eurovision”a görə azad oluna bilərəm”.

Bununla belə, E.Məcidli hesab edir ki, bu qərar Azərbaycan məhkəmələrinin müstəqilliyinin və obyektivliyinin göstəricisi deyil. Sadəcə olaraq Azərbaycan hökuməti “Eurovision” zamanı gələ biləcək qınaqları azaltmaq üçün belə bir addım atıb: “Bilirlər ki, təzyiqlər çoxdur və getdikcə də artacaq. Ona görə də bu qərarı qəbul etdilər. Bunun özünü də sifarişli qərar hesab etmək olar”.
E.Məcidli azadlığa çıxandan sonra ilk AXCP sədri Əli Kərimlinin ona zəng etdiyini bildirdi: “Zənglərin ardı-arası kəsilmirdi. Amma ilk olaraq partiyamızın sədri Əli bəy zəng etdi. Çox xoş oldu, hisslərimi ifadə edə bilmirəm. Məni müdafiə edən, dəstəkləyən hər kəs minnətdarlığımı bildirirəm”.

Yarımçıq qalan təhsilini bərpa etməyə və səhhətində yaranmış bəzi problemləri yoluna qoymağa çalışacağını deyən E.Məcidli eyni zamanda mübarizə meydanında olacağını bildirib: “Mübarizə davam edir. Həmən Elnuram. Heç nə dəyişməyib, öz yolumdan dönməmişəm. Azərbaycanda demokratiyanın, ədalətin bərpası uğrundan bundan sonra da əlimdən gələni əsirgəməyəcəm”.


Seyr et

~ tərəfindən Patriot 16/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma

 
%d bloqqer bunu bəyənir: