RƏHİM QAZİYEV: «ONLAR NAXÇIVANA NİYƏ GETMİŞDİLƏR?»

«Onlar Naxçıvana niyə getmişdilər?»

Şuşanın işğalı vaxtı Azərbaycanın Müdafiə naziri olmuş Rəhim Qazıyev deyir ki, bu işğalda xəyanət də, xəyanətkar da, cinayət də, cinayətkar da var. Amma gedən iki məhkəmə prosesinin heç birində Şuşa xəyanətinin üstü açılmayıb:

«Şuşanın işğalından bir müddət əvvəl komandirlər Naxçıvana gedib Heydər Əliyevlə görüşüblər. Media nümayəndələri bunun şahidi olublar.

1992-ci il aprelin 29-da Elbrus Orucov (Şuşa Laçın qarnizonunun komandiri – İ.R.) Naxçıvanda olub. Ondan iki gün sonra isə Nizami Bəhmənov (Şuşanın keçmiş icra başçısı – İ.R.) Heydər Əliyevin yanında olub. Təəssüf ki, bu barədə heç nə deyilmir və heç yerdə də göstərilmir. Niyə getmişdilər ora? Bu gün həmin işlər də qalır. Bu boyda xəyanəti gizlətmək olmaz. Gəlsinlər, təzədən araşdırsınlar ki, kimin günahı olub bu işğalda. Mənim günahım varsa, gedib daha artıq çəkməyə hazıram. Amma kimin günahı var, cəzasını çəkməlidir. Eləcə də Xocalının ovaxtkı icra başçısı Elman Məmmədov Naxçıvana getmişdi. Faciədən sonra özü bəyan etdi. İndiyədək də deputatdır. Niyə getmişdilər Naxçıvana? Soruşan yoxdur. Bəllidir də niyə».

R.Qazıyev deyir ki, Şuşa ilə bağlı 11 min səhifəlik cinayət işi materialları var. Orada yetərincə ziddiyyətlər var. Amma heç kim onlara diqqət yetirmək istəmir. R.Qazıyev hesab edir ki, məqsəd bütün günahları onun üzərinə qoyub diqqəti əsl həqiqətdən yayındırmaqdır.

~ tərəfindən Patriot 08/05/2012.

Rica olunur şərh yazarkən təhqirə yol verməyin

Sistemə daxil olmaq üçün məlumatlarınızı daxil edin və ya ikonlardan birinə tıklayın:

WordPress.com Loqosu

WordPress.com hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Twitter rəsmi

Twitter hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Facebook fotosu

Facebook hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

Google+ foto

Google+ hesabınızdan istifadə edərək şərh edirsinz. Çıxış / Dəyişdir )

%s qoşulma